AMİP-30
a

Author: admin_amip

Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib. “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq”, - deyə dövlətimizin başçısı əlavə edib. Eyni vaxtda ABŞ və Rusiya ilə strateji tərəfdaşlıq Azərbaycan üçün hansısa diplomatik çətinliklər yarada bilərmi? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP-in sədr müavini

Müstəqilliyin elan edilməsindən bu yana, son otuz beş ildə Azərbaycan bir çox regional təşkilatlara üzv olub. Həmin təşkilatlardan biri Müstəqil Dövlətlər Birliyidir. Ölkəmiz MDB-yə 1993-cü ilin sentyabrın 24-də üzv olub. 1991-ci ilin dekabrın 8-də SSRİ-nin üç qurucu respublikasının rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətini dayandırdıqlarını bəyan edən Belovejskaya müqaviləsi imzaladılar. Beləliklə, Müstəqil Dövlətlər Birliyinin əsası qoyuldu. Sözügedən müqavilə imzalandıqdan dərhal sonra Ukrayna, Belarus və RSFSR Ali Soveti tərəfindən ratifikasiya olundu. 1991-ci il dekabrın 21-də Almatıda (Qazaxıstan) keçmiş sovet respublikalarının dövlət rəhbərlərinin görüşündə

“Ötən il avqustun səkkizində Vaşinqtonda Azərbaycan prezidenti cənab İlham Əliyevlə ABŞ prezidenti Donald Tramp arasında bir razılaşma əldə olundu, müqavilə imzalandı. Eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlanması qərarı verildi. Bu məqsədlə hökümətlərarası işçi qruplar formalaşdı. Ötən altı ay ərzində işçi qrupların nümayəndə heyətlərinin qarşılıqlı səfərləri reallaşıb və artıq bir mükəmməl sənəd ərsəyə gətirildi. Fevralın 10-da isə, ABŞ-nin vitse prezidenti JD Vensin Azərbaycana səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında, prezident İlham Əliyev, qarşı tərəfdən isə vitse prezident Vensin imzası ilə Strateji Tərəfdaşlıq

“Azərbaycanın əsas hədəflərindən biri regionda dayanıqlı sülhün təmin olunmasıdır. Ermənistanla sülh prosesinin irəliləməsi yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, həm də regional təhlükəsizlik sisteminin qurulması, iqtisadi əməkdaşlıq platformalarının yaradılması, Cənubi Qafqazın sabitlik məkanına çevrilməsi deməkdir. Bu yanaşma regionu geosiyasi qarşıdurma zonasından əməkdaşlıq məkanına transformasiya edir”. Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, bu gün bölgədəki təhlükəsizlik strategiyasının müəllifi Prezident İlham Əliyevdir.“Bu proseslərin mərkəzində Prezident İlham Əliyevin yürüdüyü siyasət dayanır. Onun təhlükəsizlik strategiyası üç əsas istiqaməti birləşdirir. Bunlar regional sülh təşəbbüsləri, qlobal təhlükəsizlik sisteminə inteqrasiya,

TRİPP marşrutu çərçivəsində Ermənistan-Türkiyə əlaqələrinin nizamlanması prosesinin məntiqi şəkildə başa çatdırılması, o cümlədən Gümrü-Qars dəmir yolunun açılması da mühüm əhəmiyyət daşıyır. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə birgə keçirilən mətbuat konfransında bildirib. Bununla Paşinyan nə demək istəyir? Bununla sülh sazişinin imzalanmasından əvvəl Paşinyan Türkiyə-Ermənistan sərhədinin açılmasınımı nəzərdə tutur, yoxsa nə? Bunu Venslə görüşdə hallandırması hansı qənaətə gəlməyə əsas verir? Ermənistan ABŞ-dan xahiş edə bilərmi Türkiyəni məcbur etsinlər ki, sülh sazişindən qabaq Gümrü-Qars dəmir yolunu açsın? Biz bilirik ki,

Məlum olduğu kimi, Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məsələ ilə bağlı Azinforum.az AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikirlərini öyrəndi. - Prezidentin Tahir Budaqovla bağlı qərarını necə dəyərləndirirsiniz? Bəziləri bunu onun vəzifəsinin aşağı salınması kimi baxır. Sizin buna münasibətiniz necədir? - Bəli, cənab Prezidentin sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ola

Norveç polisi keçmiş Baş nazir Torbyorn Yaqlandın mərhum məhkum pedofil Ceffri Epşteynlə əlaqələri ilə bağlı mümkün korrupsiya ilə bağlı araşdırmaya başlayıb. Hazırda 75 yaşı olan Yaqland 1996-cı ildən 1997-ci ilə qədər Norveçin Baş naziri vəzifəsində çalışıb. Daha sonra o, 2009-cu ildən 2019-cu ilə qədər 10 il Avropa Şurasının Baş katibi vəzifəsində çalışıb və 2009-cu ildən 2015-ci ilə qədər Nobel Sülh Mükafatını verən Norveç Nobel Komitəsinə sədrlik edib. Yaqlandın adı Epşteynlə birlikdə pedofiliyada çəkilir, onunla birgə ittiham olunur. Yəni Tornboyn Yaqlandın da adı Epşteyn fayllarında çıxıb və

Ötən günlərdə erməni separatçılarının liderləri, silahlı birləşmələrin və terrorçu dəstələrinin rəhbərləri, həmçinin üzvlərinin bir neçəsinə hökm oxundu. Azərbaycan məhkəməsi tərəfindən onlar müxtəlif cəzalara məhkum edildilər. Azərbaycan qanunvericiliyə müvafiq olaraq 65 yaşına çatmış şəxslər ömürlük həbs cəzasına məhkum edilə bilməzlər deyə, 65 yaşa qədər olanlar Araik Arutunyan və digərləri ömürlük həbs cəzasına, 65 yaşına çatmışlar isə 20 il müddətinə azadlıqdan məhrum edildilər. Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, bu məhkəmə prosesi ötən ilin yanvarın 9-dan başlamaqla bir ildən çox idi ki,