Afsəddin Nəbiyev: “Şuşa bəyannaməsi təkcə hərbi-siyasi müttəfiqliyi deyil, ümumən bütün sahələri əhatə edir”
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıran Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Sözügedən məsələ ilə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq: - Məlum olduğu kimi, Şuşa bəyannaməsindən iki il ötdü. Sözügedən bəyannamənin fəaliyyət göstərdiyi bu iki il ərzində onun maddələrinə uyğun olaraq hansı nəticələr əldə olundu? - Şuşa Bəyannaməsi bütün parametrlərinə görə
“Laçında hərbçimizin yaralanması, erməni tərəfinin çox riyakar olduğunu bir daha sübut edir…”
Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddimizdə bir neçə dəfə təxribat törədilib. Səhər saatlarında “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub. Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. İki ölkə arasında sülhün əldə edilməsi istiqamətində danışıqların intensivləşdiyi bir zamanda dövlət sərhəddimizdə erməni təxribatları durmadan davam edir. Bu təxribatların arxasında nə dayanır? Ermənistan nəyə nail olmaq istəyir? Münasibətlərin gərginləşməsi fonunda 2023-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanması nə dərəcədə real görünür? Bu suallarla bağlı Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Visiontv.az saytına açıqlamasında bunları şərh
Arzuxan Əlizadə: “Ermənipərəst konqresmenlərin cəhdləri vəziyyəti separatçıların xeyrinə dəyişə bilməyəcək”
Ermənipərəst konqresmenlərin Azərbaycana qarşı çağırışları səngimək bilmir. Bu dəfə Baydenə ünvanlanan məktubda ABŞ prezidentini “Artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməyə, eləcə də Laçın dəhlizinin bloklanmasına görə Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırıblar. Konqresmenlər ABŞ prezidentini bütün tərəflərə, o cümlədən Azərbaycan rəsmilərinə başa salmağa çağırıb ki, “Artsax”ın statusu ilə bağlı heç bir yekun qərar bərabər əsaslarla danışıqlarda “Artsax” nümayəndələrinin iştirakı olmadan qəbul edilə bilməz: “Artsax” xalqı siyasi, mədəni və iqtisadi zülmdən azad yaşamaq hüququna malikdir və demokratiyanın müdafiəçisi kimi Birləşmiş Ştatlar bütün xalqlar arasında layiq
Bakı-İrəvan anlaşmasına qarşı fransız – rus gizli birliyi
Bakının 5 məlum baza prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalanmasına əsas əngəl əslində İrəvandan çox Moskva və Parisdir. Rusiyanın maneə yaratmasının səbəbləri haqda dəfələrlə təhlillər yazmışıq. Şimal qonşumuz öz maraqları çərçivəsində elə bir “sülh” sənədinin imzalanmasına çalışır ki, Kreml istədiyi vaxt konflikti təzədən qızışdıra bilsin, bölgədə hərbi varlığını saxlasın. Ermənistanın böyük “bacısı” Fransa da Rusiyadan geri qalmır. Rəsmi Paris bir yandan özünü qərəzsiz göstərib guya sülh prosesinə töhfə vermək istəyir, o biri yandan isə altdan-altdan İrəvanın danışıqlarda destruktiv mövqe tutması üçün əlindən gələni edir. Fransanın
Afsəddin Nəbiyev: “Bu, sərsəm və siyasi əsası olmayan bir çağırışdır”
İrəvanda keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının sədri Mixael Rott deyib ki, ümid edir Azərbaycan tərəfi də Aİ-nin mülki missiyasının orada fəaliyyətinə razılıq verəcək, lakin bununla bağlı optimist siqnallar alınmayıb. Həmçinin qeyd edib ki, regionda sülhü təmin etmək, bunun üçün çalışmaq təkcə Ermənistanın işi deyil: “Biz Aİ-nin mülki missiyasını Ermənistanda monitorinq keçirməyə dəvət etdiyinə görə Ermənistan hökumətinə minnətdarıq. Aİ missiyasının yaxın gələcəkdə fəaliyyətini genişləndirəcəyini məmnuniyyətlə elan edirik. Və ümid edirik ki, Azərbaycan tərəfi də Azərbaycan tərəfdən analoji missiyanın fəaliyyətinə razılıq verəcək. Azərbaycan həm
“Mehridən keçəcək yollarla bağlı praktiki işlər aparılmır” – Arzuxan Əlizadə
Ermənistan mətbuatında Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” gündəm olub. Bir sıra dairələr bunu ciddi narahatlıq içində izləyirlər. Erməni KİV-ləri Prezidentin sərəncamını belə şərh edib: “Zəngəzur dəhlizinin açılışı Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsini zəruri edir. Bu barədə İlham Əliyevin təsdiq etdiyi NMR-in 2023-2027-ci illər üçün Dövlət İnkişaf Proqramında deyilir. Sənədə əsasən, dəmir yolu infrastrukturu yenidən qurulacaq, eləcə də təhlükəsiz və sürətli daşıma xidməti təmin ediləcək. Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Layihə SOCAR tərəfindən
Sülh sazişi başqa paytaxtda imzalansa… – Moskvadan açıq hədələr
Moskvadakı “Russia Today” beynəlxalq media mərkəzində “Kişinyovda böyük görüş: Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri” mövzusunda dəyirmi masa keçirilməsi barədə xəbər vermişdik. Avropa İttifaqının himayəsi altında keçirilən “beştərəfli görüş”lə bağlı müzakirələrdə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov, Rusiya Federasiyası Hökuməti yanında Beynəlxalq Araşdırmalar İnstitutunun məlumatların tədqiqi laboratoriyasının direktoru Nikolay Silayev iştirak ediblər. Aleksey Muxin deyib ki, Avropa vasitəçiləri əslində heç bir məsuliyyət daşımırlar, onların siyasəti problemi həll etməyə yönəlməyib, daha çox təbliğat xarakteri daşıyır: “Bu gün sülh müqaviləsi
Rusiyanın şok planı: Kreml ikinci cəbhəni Kosovoda açır?
Türkiyə Kosovoda baş verən siyasi proseslərə cəlb oluna bilər. Qeyd edək ki, Kosovonun serblərin məskunlaşdığı şimal ərazilərində mövcud vəziyyətin gərginləşməsini nəzərə alaraq NATO-nun bir çox üzv ölkələri, eləcə də Türkiyə də bu bölgəyə qoşun hissələri göndərməyə hazırlaşır. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Kosovanın şimalında baş verən hadisələrdən sonra NATO-nun tələbi ilə bölgəyə hərbçilərin göndərilməsi barədə qərar qəbul edilib. Nazirlik, həmçinin vurğulayıb ki, Türkiyənin BMT, NATO və ATƏT missiyaları, ikitərəfli əlaqələr çərçivəsində regionda sülhə və sabitliyə töhfə verməyə davam edəcək. Kosovoda son prosesləri şərh edən bəzi ekspertlər iddia