AMİP-30
a

Sentyabr 2024

Məlum olduğu kimi, sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub. Xarici işlər nazirlərinin iştirakı ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilib. Tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin Azpost.info-ya verdiyi müsahibəsini təqdim edirik: İlk dəfədir ki, millət vəkili olan A.Əlizadə ilkin təəssüratlarını, AMİP-in parlament fəaliyyətini necə quracağı, hansı təkliflərlə çıxış edəcəyi və digər məsələlər barədə danışıb: –Yeddinci çağırış Milli Məclisin ilk iclası barədə təəssüratlarınız nədir, sizin üçün toplantı nə ilə yadda qaldı? -Təəssüratlarım normaldır. Prezident İlham Əliyev çıxış etdi, deputatları təbrik etdi və mesajlar verdi. Ölkə başçısının bir saatlıq çıxışında əsasən də beynəlxalq aləmə ciddi mesajlar ünvanlandı. Daha sonra Milli Məclisin daxili Nizamnaməsinə əsasən,

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Paraqa razılaşmasının nəyə görə pozulması ilə bağlı məqamlara aydınlıq gətirib:  “Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO

Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.  Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib. R.T.Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Prezident Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.(apa) Azərbaycan

İsrail Müdafiə Qüvvələri “Hizbullah”a qarşı qabaqlayıcı hücum əməliyyatına başlayıb və hərəkatın hərbi infrastrukturuna zərbələr endirir. Bunu İsrail ordusunun yeraltı komandanlıq mərkəzində keçirilən görüşdə Baş Qərargah rəisi Herzi Halevi deyib. "Bu səhər İsrail ordusu qabaqlayıcı hücum əməliyyatına başlayıb. “Hizbullah”ın son 20 ildə inşa etdiyi hərbi infrastrukturu vururuq", - o bildirib. Halevinin sözlərinə görə, İsrail hədəfləri vurur və növbəti mərhələlərə hazırlaşır. “Son nəticədə hər şey İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına yönəlib”, - Baş Qərargah rəisi qeyd edib. Hücumlar nəticəsində artıq 180 nəfər həyatını itirib. Livan ordusu da gündüz saatlarında

Azərbaycan Milli İstiqlal Partiyasının tanınmış simalarından biri, bir müddət partiyada sədr səlahiyyətlərini icra edən Fuad Muxtarov vəfat edib. Bununla bağlı AMİP rəhbərliyi başsağlığı verib. Başsağlığında deyilir: “Dərin kədər hissi ilə bildiririk ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, partiyanın inkişafında, təşkilatlanmasında, fəaliyyətində və beynəlxaq əlaqələrin inkişafında əvəzsiz xidmətləri olan əqidəli istiqlalçı, uzun illər ərzində AMİP-in Beynəlxalq məsələləri üzrə katibi, Partiyanın Baş Katibi və sədr əvəzi olaraq fəaliyyət göstərmiş AMİP Ali Məclisinin üzvü Fuad Muxtarov dünyasını dəyişib. AMİP lideri Etibar Məmmədov, AMİP sədri,

“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”.  Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı deyib.  Dövlətimizin başçısı vurğulayıb ki, media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur: “Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.  Qeyd edək ki, son zamanlar bəzi xarici qüvvələr

Amerikalı konqresmendən Azərbaycana qarşı növbəti hücum. ABŞ konqresmeni Adam Şiff Azərbaycan aktivlərinin müsadirə edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. İkipartiyalı qanun layihəsində deyilir:  1.Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat vermələrii tələb edilsin. Prezident, qanunun qəbul edildiyi gündən 60 gün müddətində bu aktivlərlə bağlı əməliyyatları bloklamalı, bloklandığı gündən 90 gün ərzində isə onları müsadirə etməlidir.  2.Müsadirə edilmiş Azərbaycan aktivlərini alacaq “Artsax gəlirlərinin bərpası Fondu” yaradılsın və sonra bu vəsait Azərbaycanın “hərbi hücumu nəticəsində Artsaxdan

“Ermənistanın Baş naziri Nikol Paşinyan çox gözəl anlayır ki, Azərbaycanın sülhün əsas prinsipləri ilə bağlı mövqeyi qəti və dəyişməzdir”. Bunu Bakıvaxtı.az-a Azərnbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Nikol Paşinyanın “Ermənistanın təhlükəsizliyinə təminat yalnız sülh ola bilər" fikrinə münasibət bildirərkən deyib. A.Əlizadə bildirib ki, beynəlxalq hüquqda qəbul edilmiş prinsiplərə görə, əgər müqavilə imzalanırsa, bütün əsas nüanslar nəzərə alınmalıdır: "Əsas məqamlar razılaşdırılmadan sülh sazişininin imzalanması mümkün deyil. Hətta çərçivə sənədi belə yarımçıq formada imzalana bilməz. Rəsmi Bakının tələbləri aydın və tam hüquqidir. Azərbaycan tələb edir ki, Ermənistan konstitusiyasında sülhə

Ermənistanda hökumətə qarşı dövlət çevrilişinə cəhd olub. Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupu aşkarlayıb. İstintaq Komitəsi məlumat yayıb ki, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdığına dair sübutlar toplanıb: “Xüsusən də bu qrup silahdan istifadə qaydalarını öyrənmək məqsədilə bir sıra Ermənistan vətəndaşlarını Rostovda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Sonradan məlum olub ki, qruplaşmanın məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti