AMİP-30
a

Dekabr 2024

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.  İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır. Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Rəsmi Kreml

Məlum olduğu kimi, Gürcüstanda siyasi proseslər səngimir. Bu arada Euronews kanalının yaydığı məlumata görə, Tbilisidə xüsusilə azərbaycanlılar, ermənilər və digər milli azlıqlar da ölkədə dərin siyasi islahatlar tələbi ilə birlik aksiyasına qoşulurlar.  Yəni Qərb təbliğatı artıq Gürcüstanda milli azlıqların da bu prosesə qoşulduğunu geniş şəkildə təbliğ etməyə başlayıb. Həmçinin milli azlıqları da bu prosesə təşviq etmək istəyirlər.  Gürcüstanda bu və ya digər siyasi proseslərlə bağlı AMİP sədri, millət vəkili Arzuxan Əlizadəyə bir sıra suallar ünvanladıq. - Qərbin Gürcüstanda milli azlıqların da bu prosesə geniş şəkildə qoşulduğunu təbliğ

Qəzadan dərhal sonra hadisə yerindən yayılan foto və videolarda təyyarəyə kənardan müdaxilə edilməsi versiyası dominantlıq təşkil edirdi.Təbii ki, istintaq orqanları bununla bağlı araşdırmalar aparırlar. İstənilən halda son qərarı gözləməliyik". Bu sözləri Sitat.info-ya açıqlamasında təyyyarə qəza ilə bağlı açıqlama verən millət vəkili, AMİP sədri Arxuxan Əlizadə bildirib.Deputat vurğulayıb ki, artıq “Caliber.az “ saytında və digər KİV-lərdə verilən məlumata əsasən, təyyarəyə hava hücumundan müdafiə sistemi vasitəsilə kənar müdaxilə edilib: "Bir məsələni də qeyd etmək lazımdır ki, təyyarənin istiqamət götürdüyü Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov da belə bir məlumat yayıb ki,

“Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq”. Bu sözləri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib. Dövlət başçısı qeyd edib ki, biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik: “Bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb. Bəyanatı təqdim edirik: “2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salıb, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirib. Dövlətimizin başçısının imzaladığı

Azərbaycan Milli İstiqlal Partiyası nın fəxri lideri Etibar Məmmədov , AMİP Sədri millət vəkili, Arzuxan Əlizadə bütün İstiqlalçılar adından, bu gün dekabrın 25 -də Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

İran prezidenti Məsud Pezeşkian Rusiya baş naziri Vitali Savelyevlə görüşdə hökumətinin strateji beynəlxalq "Şimal-Cənub" dəhlizinin tikintisini tamamlamaq qətiyyətini təsdiq edib.  İRNA Agentliyinin məlumatında deyilir ki, Pezeşkian Rəşt-Astara dəmiryolu hissəsinin tikintisini prioritet adlandırıb. Onun sözlərinə görə, İran Rusiya ilə sazişdə nəzərdə tutulan bütün öhdəliklərini yerinə yetirməyə hazırdır: “İran sazişin şərtlərinə riayət edir və yaxın gələcəkdə Rusiya tərəfin marşrutu çəkməyə və layihənin həyata keçirilməsinə hazırlığa başlamasını gözləyir. Bundan başqa, Pezeşkian İranın yol üçün torpaq sahələri almaq və bütün zəruri sənədləri müəyyən edilmiş müddətdə təqdim etmək planlarını açıqlayıb”.  Savelyev

Azərbaycana qarşı daim xüsusi qərəzi ilə seçilən Avropa Parlamenti ilin sonunda yenə də köhnə xislətindən əl çəkə bilmədi. Qurumun Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media ilə bağlı həftəsonu qətnaməsi bunun növbəti təzahürüdür. Avropa Parlamenti daha əvvəl aprelin  25-də və oktyabrın  24-də Azərbaycanda siyasi təqibləri və insan hüquqları pozuntularını pisləyən qətnamələr qəbul edib.  Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam

Bu günlərdə Avroparlment Azərbaycana qarşı insan haqlarının  pozulması ilə əlaqədər sanksiya tətbiq etməklə bağlı qərar qəbul elədi. Qərara 400 deputat səs verdi. Avroparlament belə humanist qurumdursa, Fransanın Mayottedə törətdiyi genosidi, indiyə qədər o adaları müstəmləkə altında saxlamasını nə əcəb müzakirəyə çıxarmır?  Bu onun göstəricisi deyilmi ki, Avroparlamentin asılı olduğu qüvvələrdən biri də Fransadır? Fransa və Almaniya Avroparlamentdə ən çox deputatı olan ölkələrdir. Bu ölkələrlə bağlı hələ heç bir neqativ hal Avroparlmentdə müzakirəyə çıxarılmayıb. Nə əcəb, bunlar "süddən çixmış ağ qaşıq"dır yoxsa? Məsələn, dekabrın 20-si axşam Almaniyanın