Arzuxan Əlizadə: “Türkiyəsiz bütün bunların həyata keçməyəcəyinin fərqindədilər”
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono ilə görüşüb. Görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Bundan başqa, Baş nazir Nikol Paşinyan mətbuat konfransı zamanı Qərbdə Türkiyəni Ermənistan-Azərbaycan nizamlanması prosesinə cəlb etmək meylinin olub-olmaması ilə bağlı suala cavab verərkən deyib ki, geosiyasi aktorlar neytral qalmalıdırlar; əks halda onlar Ermənistan-Azərbaycan nizamlanması prosesində konstruktiv rol oynaya bilməzlər. Türkiyənin regionda və dünya səhnəsindəki roluna gəlincə, baş nazir qeyd
Afsəddin Nəbiyev: “Rusiya hazırda iki cəbhədə vuruşmaq istəmədiyi üçün Ermənistanla bağlı sərt addımlar atmağa tələsmir”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya KTMT ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün Ermənistana məsləhətləşmələr təklif edib. O bunu Ermənistanın KTMT-yə üzvlüyünün “dondurulması” ilə bağlı sualı cavablandırarkən deyib. “Əvvəllər biz erməni müttəfiqlərini əsaslı şəkildə müzakirə etmək və narahatlıqlarını aradan qaldırmağa çalışmaq üçün idarələrarası məsləhətləşmələr keçirməyə dəvət etmişdik. Hələlik cavab yoxdur, bəlkə də görünəcək”, - Zaxarova qeyd edib. Kreml daha əvvəl qeyd edib ki, Ermənistanın KTMT üzvlüyünü “dondurması” ilə bağlı bəyanatı ilə bağlı Rusiyada aydınlıq yoxdur. Burada diqqəti çəkən məqam odur ki, Ermənistan Rusiyadan
Partiyalar parlament seçkilərinə HAZIRLAŞIR? – SORĞU
Prezident seçkilərinin ardınca bu ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi gözlənilir. Bu fonda parlamentdə təmsil olunmağı hədəfləyən siyasi partiyaların artıq lazımi tədbirlərə start verməsi zəruri görünür. Görəsən, partiyaların bu yöndə hazırlıqları hansı səviyyədədir? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ümid partiyasının mərkəzi aparatının rəhbəri Taleh Əliyev hesab edir ki, təmsil etdiyi təşkilatın seçki strategiyası haqqında indilikdə geniş açıqlama vermək hələlik tezdir: “Ölkə qanunvericisinə görə növbəti parlament seçkiləri vaxtında keçirilərsə, proses 2025-ci ilin fevralın 9-da, yaxud həmin ilin noyabrın 3-nə deyil, məhz 2024-cü ilin noyabrın 3-də keçirilməlidir. Son zamanlar bu istiqamətdə
Parlament seçkiləri gələn ilə qalır? – ŞƏRH
Bir müddətdir ölkədə yeni parlament seçkiləri ilə bağlı müzakirələr gedir. Belə iddia vardı ki, növbədənkənar seçkilər elan olunacaq və bu, yay aylarında baş tuta bilər. Son olaraq isə bildirilir ki, parlament seçkilərinin bu il yox, gələn il keçirilməsi gözlənilir
Afsəddin Nəbiyev: “Avropalı parlamentariləri düşündürən əsas məsələ sanksiyalar deyil, şəxsi maraqlarıdır”
Ukrayna müharibəsi ilə əlaqədar Avropa İttifaqı Rusiyanın, demək olar, bütün sahələrdə ixracına qarşı sanksiya tətbiq edir. Ancaq tək-tük sahələr var ki, ona qarşı sanksiya tətbiq olunmur. Məsələn, Rusiyadan brilyant, almaz idxalına sanksiya tətbiq olunmasına Avropa Parlamentində tam şəkildə mane olurlar. Ona görə ki, Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan almaz biznesinin başında dayanır. O üzdən, erməni lobbisi AP deputatlarını rüşvətlə ələ alaraq Rusiyadan alınan brilyant və almaza sanksiya tətbiq olunmasına mane olur və bugünə qədər də ona nail olublar. Həmçinin, Ermənistandan da Aİ-yə brilyant ixrac