AMİP-30
a

Yanvar 2024

Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycana “sürpriz” hazırlamışdı. Əsl sürprizi isə Azərbaycan AŞPA-ya yaşatdı. Nümayəndə heyətimiz bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən vaxtadək dayandırdı.  AŞPA-nın ölkəmizə qarşı etdiyi həyasızlıq heç bir əndazəyə sığmır. Ən azından ona görə ki, Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür, amma üzv olduğu dövr ərzində nə AŞ-dən, nə də AŞPA-dan heç nə almayıb. Ancaq bu quruma çox şey verib. Məsələn, İslam ölkələri ilə Avropa ölkələrinin əməkdaşlığını özündə ehtiva edən Bakı prosesi bu baxımdan mühüm rol oynayıb.

“Qəbul edilən qətnamə Azərbaycana qarşı ədalətsiz yanaşmanın təzahürüdür, tamamilə qərəzlidir. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəmədiyini heç bir halda həzm edə bilmirlər”.  Bunu hafta.az-a politoloq Rəşad Bayramov AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli yanaşması ilə bağlı şərhində bildirib. Politoloq bildirib ki, AŞPA tərəfindən Azərbaycan əleyhinə qətnamələrin qəbulu artıq ənənəvi hal alıb. Avropa Birliyi və Avropa Parlamenti kimi Avropa Şurası və AŞPA da Azərbaycana qarşı daim qərəzli, qeyri-obyektiv mövqeyi ilə seçilən qurumlardandır. Onun sözlərinə

20 Yanvar qətliamı ərəfəsində odövrkü Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş deputat, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə bəhs edilən faciəyə bundan sonra beynəlxalq səviyyədə qiymət verilməsi üçün atılmalı olan addımlar, keçmiş SSRİ-nin varisi kimi Rusiya Federasiyası qarşısında bununla bağlı məsələ qaldırılmasının mümkünlüyü, buna rəsmi Moskvanın necə reaksiya verəcəyi və  və s. haqqında danışdıq. –   Etibar bəy, keçmiş  Sovet imperiyası rəhbərliyi və ordusu tərəfindən Azərbaycana xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 34 il keçir. Onun əsas təşkilatçı və icraçıları; keçmiş

Rusiya xarici işlər naziri Sergey Lavrov açıq mətnlə etiraf edib ki, Ermənistan Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmir: “Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik vilayətindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktik işin hələ də kağız üzərində qalması çox təəssüf doğurur. Paşinyan deyir ki, İran Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdı. Açıq desəm, mən onun dediklərində məntiq görmədim.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında bəyan etdiyi fikirlərə cavab verib. Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyana görə, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır: "Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi ilə eynidir, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz