AMİP-30
a

Dekabr 2024

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan  Əlizadə “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna edilən dəyişikliklərlə bağlı bir sıra məqamlara aydınlıq gətirib.  Pravda.az-ın suallarını cavablandıran A.Əlizadə deyib ki, qanun layihələri bir sıra mütərəqqi müddəaları ehtiva edir: "Seçicilərimizin bu qanunun qəbulu ilə bağlı məsələyə diqqəti təbiidir. Təklif olunan layihəyə müvafiq olaraq, hərbi çağırış yaşının son həddi 35-dən 30-a endirilir. Bu da kifayət qədər ciddi, eyni zamanda müsbət dəyişiklikdir. Bunu xüsusi qeyd edirəm. Qanuna dəyişiklik ikinci və

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İranla münasibətlərin gərginləşməsi fonunda müharibə ehtimalını istisna etməyib. “Taym” jurnalına verdiyi müsahibəsində Tramp Tehranla münaqişənin başlaya biləcəyi ilə bağlı suala "Hər şey mümkündür" cavabını verib. Bununla belə, siyasətçi İrana qarşı gələcəkdə hansı konkret addımların atılacağını dəqiqləşdirməyib. Mövzu ilə bağlı Crossmedia.az-a danışan millət vəkili Arzuxan Əlizadə Trampın bu açıqlamasının onun İrana qarşı mövqeyini açıq şəkildə ortaya qoyduğunu bildirib:"Donald Trampın birinci prezidentlik dövründə də ABŞ-ın İrana qarşı mövqeyinin sərt olması məlumdur. Eyni zamanda Co Baydenin prezidentliyi dövründə də ABŞ ilə İran arasındakı münasibətlərin zaman-zaman

“Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Fransa dövlətinin siyasətinin daşıyıcısıdır”. Bunu TNS-ə Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Olivye Dekotininin Ermənistan-Azərbaycan şərti sərhədinə getməsinəmünasibət bildirərkən deyib. Deputat qeyd edib ki, Fransanın hazırkı hakimiyyətinin ermənipərəst mövqedə olması, Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi sirr deyil. Məsələyə bu kontekstdən baxmaq lazımdır: “Fransa səfirinin sərhədə gələrək müşahidə missiyası nümayəndələri ilə görüşməsi "binokl diplomatiyası"ndan istifadə etməsi əslində təxribat xarakterli növbəti bir addımdır. Yeri gəlmişkən, qeyd edim ki, müşahidə missiyasının özünün fəaliyyəti də təxribat xarakterlidir. Bu missiya Azərbaycanın razılığı olmadan formalaşıb. Avropa İttifaqının

Baş nazir Nikol Paşinyan yenidan bəyan edib ki, Ermənistan Konstitusiyasında düzəlişlərin edilməsini sülh prosesi üçün vacib saymır. Azərbaycan Ermənistan Konstitusiyasında ona qarşı ərazi iddialarının olduğunu və bunun iki ölkə arasında sülh müqaviləsinə əngəl yaratdığını desə də, Paşinyan bunu qəbul etmir.  Paşinyan bildirib ki, Ermənistan Konstitusiyası Azərbaycanın ərazisinə heç bir iddia ehtiva etmir. Onun sözlərinə görə, Bakının təzyiqi altında Konstitusiyaya dəyişikliklərin edilməsi mümkün deyil: “Ermənistan Konstitusiyasının heç bir müddəası qonşu ölkələrə ərazi iddiaları ehtiva etmir. Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın

Sabiq Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Azərbaycana bacardığı bütün düşmənçilikləri etdi. Azərbaycana dost olmayan ölkələrlə - Ermənistanla, İran və Hindistanla qardaş kimi davrandı. Bu ölkələrlə yaxınlığa xüsusi önəm verdi.  Beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistana qarşı təşəbbüs etdiyi sənədləri blokladı, Ermənistanla açıq-aşkar müttəfiqlik etdi. Azərbaycanın yaxın dostları və tərəfdaşı olan Türkiyə, Pakistan və İsrailə düşmən kəsildi. İslam Əməkdaşlıq Təşkilatında hər dəfə Azərbaycanın Ermənistana qarşı qaldırdığı təşəbbüslərin əleyhinə çıxış etdi və s. Tək bir məsələdə konkret şəkildə Azərbaycanın əleyhinə getməyə cəsarəti çatmadı. Məsələ ondadır ki, Əsəd

Öncədən xəbər verildiyi kimi Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə və sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev  ABŞ Respublikaçılar partiyasının ev sahibliyi, Beynəlxalq Demokrat İttifaqı (İDU ing.) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə 3-7 dekabr tarixlərində Vaşinqtonda keçirilmiş “İDU Forum-2024”-də iştirak ediblər. Foruma 100-dən çox ölkədən 500 dən artıq iştirakçı qatılmışdır. İştirakcılar əsasən dünyada tanınmış siyasətçilər, ictimai xadimlər, hazırkı və keçmiş dövlət və hökumət başçıları, Avropa Parlamentinin sağ mərkəz yönlü fraksiyalarının rəhbər və üzvləri, ABŞ-ın Respublikaçılar partiyasını təmsil edən konqesmen və

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə gənclərlə görüşdə deyib ki, hazırda dünya siyasətini müəyyən edən iki lider qalıb - o və Putin: “Biz indi dünyada liderlər arasında iki nəfər qalmışıq. Hazırda sadəcə mən və Putin”. Türkiyə prezidenti əvvəllər dünya siyasətini müəyyən edən digər liderlərin də adını çəkib. Ərdoğanın sözlərinə görə, bu liderlərdən biri Almaniyanın keçmiş kansleri Angela Merkel olub və ondan sonra Almaniyada siyasət başa çatıb: “Merkelin siyasətdə yeri var idi. Merkeldən sonra Almaniyada siyasət bitdi. Almaniyada bəyəndiyim lider Şröderdir. Onun bizə olan sevgisi çox

Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır:  “Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu normaldırmı? Biz bir ildən çox idi ki, sızıntının mənbəyini axtarıb tapmağa çalışırdıq. Partiya məsələləri olsa idi, yenə dərd yarı idi. Amma söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə, bu məsələni

Ermənistanın köhnə formata qayıtmaq cəhdləri; Bakı ermənipərəst administrasiyanın vasitəçiliyindən imtina etməklə “sülh imitasiyası”na imkan vermədi Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öncədən anons da etmişdi: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT Nazirlər Şurası çərçivəsində görüşü planlaşdırılmır”. “Yeni Müsavat” xatırladır ki, iki ölkənin rəsmiləri sülh sənədinin təxminən 90 faizinin artıq razılaşdırıldığını bildiriblər. 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində görüş zamanı isə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan XİN başçılarına danışıqlarını intensivləşdirmək və sülh müqaviləsinin imzalanmasını tezləşdirmək tapşırığı

Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxaq əlaqələr üzrə müavini Elşən Mustafayev 3-7 dekabr 2024-cü il tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Demokrat İttafaqının (BDİ) Forumunda iştirak edirlər. Partiya sədri , millət vəkili Arzuxan Əlizadə bildirib ki , Beynəlxalq Demokrat İttifaqının Vaşinqton Zirvəsi davam edir. Bu gün müzakirə mövzusu olan məsələlərdən biri də Ukraynada baş verənlər və Moldovadakı son seçkilər idi. Fasilədə Ukraynanın 5-ci Prezidenti Petro Paroşenko ilə, həmçinin bir neçə il əvvəldən səmimi münasibətlərimizin formalaşdığı Moldova Baş