AMİP-30
a

Dekabr 2025

Bu gün, 14 dekabr 2025-ci il, deputat Arzuxan Əli-zadənin Bakı şəhəri, Sabunçu rayonu, Nikolay Baybakov küçəsi 258 ünvanında növbəti vətəndaş qəbulu keçirildi. Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, məişət və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydlər aparılıb. Vətəndaş qəbulları əhalinin problemlərinin öyrənilməsi və həllinə dəstək məqsədilə mütəmadi olaraq davam etdirilir. Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

Son günlər Rusiya ərazisində Azərbaycan diaspor nümayəndələrinə qarşı müşahidə olunan ardıcıl təzyiq dalğası bu proseslərin təsadüfi və ya ayrı-ayrı hüquqi hallar olmadığını göstərir. Xüsusilə Yekaterinburqda diaspor lideri olan Şahin Şıxlinskinin həbsi və məhkəmə prosesinin süni şəkildə uzadılması Moskvanın Bakıya qarşı birbaşa diplomatik kanallar əvəzinə, dolayı və daha həssas təsir mexanizmlərdən istifadə etdiyinə dair ciddi suallar yaradır. Müşahidəçilərin fikrincə, bu yanaşma diasporu ölkələrarası körpü deyil, siyasi alətə çevirmə cəhdinin açıq nümunəsidir. Məhkəmə prosesinin gedişi və seçici xarakter daşıyan hüquqi addımlar isə məsələnin kriminal çərçivədən çıxdığını, siyasi

“Müharibədə qələbə qazanan Azərbaycanın bugünkü əsas hədəfi regionda davamlı sülhün təmin olunması və Cənubi Qafqazın sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir. Bakı uzunmüddətli təhlükəsizlik və inkişaf gündəliyini məhz bu istiqamətdə formalaşdırıb. Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamaları Azərbaycanın strateji baxışını daha aydın göstərir. Onun sözlərinə görə, Azərbaycan üçün artıq müharibə və münaqişə bitib və ölkə sülhü “əbədi, davamlı və geri dönməz” etmək niyyətindədir. Sülhün təsis ediləcəyi regional təhlükəsizlik arxitekturası elə formalaşdırılmalıdır ki, hər hansı revanşist meyllərə tab gətirə bilsin”. Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə

“907-ci düzəlişin tam ləğvi mütləqdir. Bununla bağlı Azərbaycan Prezidentinin Vaşinqtona səfəri zamanı ABŞ lideri ilə razılıq əldə edilib. 907-ci düzəlişin ləğvi ABŞ-ın hazırkı administrasiyasının Azərbaycana yönəlik münasibətidir və biz bunun tam aradan qaldırılmasını gözləyirik”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğvinə dair təqdim edilən qanun layihəsi barədə danışarkən deyib. Deputat bildirib ki, 1992-ci ildə Azərbaycan torpaqları işğal altında olanda ölkəmizə qarşı çox ədalətsiz bir qərar qəbul edildi: “İşğalçıya heç nə deyilmədən işğala məruz qalan tərəfə belə sanksiya tətbiq edilirsə,

Qarabağın keçmiş "baş separatçısı" Azərbaycana qayıtmaq hüquqları uğrunda mübarizəni davam etdirəcəklərini deyir. Özünü “Qarabağın prezidenti vəzifəsini icra edən” şəxs kimi təqdim edən Aşot Danielyan bildirib: “Əsas məqsədimiz Qarabağ ermənilərinin qayıtması, orada təhlükəsiz yaşaması, gələcək siyasi statusunu öz müqəddəratını təyinetmə əsasında müəyyən etmək hüquqlarını reallaşdırmaqdır”. Dinləmələrə müxalif siyasətçilər, ictimai fiqurlar qatılıb. Bütün bunlar o fonda baş verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesinə təhlükə saydığını bildirib. Bu fonda Nikol Paşinyan Bakıya birgə şəkildə yol xəritəsi hazırlamağı və bununla paralel olaraq Qarabağ

Öncədən də məlumat verildiyi kimi Azərbaycan Milli İstiqlal Patiyasının (AMİP) rəhbərliyi 2-6 dekabr 2025-cı il tarixlərində Vaşinqtonda Beynəlxalq Demokrat İttifaqının (İDU) təşkilatçılığı ilə keçirilən İDU Forum-2025 tədbirində iştirak etmişdir. Forumun işində dünyanın müxtəlif ölkələrini təmsil edən 500 nəfərdən artıq nümayəndə, o cümlədən, sağ mərkəz yönlü partiyaların rəhbər heyətləri, hazırkı və sabiq dövlət və hökumət başçıları, nazirlər,  Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, həmçinin tanınmış beyin mərkəzlərinin nümayəndələri, dünyaca məşhur media təmsilçiləri, Google şirkətinin rəsmiləri iştirak etmişlər. Bu mötəbər tədbirdə AMİP-i partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə,

Bu il Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olan və milli kimliyimizin oyanışında dönüş nöqtəsi sayılan 21 Azər Hərəkatının 80-ci ildönümünü dərin hörmət və ehtiramla yad edir. Bu hərəkat, böyük bir mübarizənin, milli şüurun və istiqlal arzusunun təcəssümü olaraq yaddaşımızda əbədi yaşayır.​​21 Azər Hərəkatı 1945-ci ilin dekabrında yaranmış, tarixdə sadəcə bir siyasi hadisə deyil, illərlə davam edən milli-mədəni zülmün və siyasi repressiyaların doğurduğu tarixi bir zərurət idi. Hərəkatın əsas məqsədi Güney Azərbaycan türklərinin dil, mədəniyyət və siyasi hüquqlarının bərpası, mərkəzi

Azərbaycan Prezidentinin bu qərarını və bəyanatını yüksək qiymətləndirirəm, çünki bu, çox vacib və müsbət bir hadisədir. Cəmi bir neçə ay əvvəl qeyri-mümkün görünən hadisə indi reallığa çevrilib: taxıl Qazaxıstandan Ermənistana dəmir yolu ilə Azərbaycan və Gürcüstan vasitəsilə daşınıb. Bunu Berlində səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın öz ərazisindən İrəvana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına toxunarkən deyib. Paşinyan bildirib ki, bu, müstəqil Ermənistanın tarixində görünməmiş bir hadisədir: “Ermənistan həm siyasi, həm də texniki cəhətdən bu gün Türkiyə ilə Azərbaycan arasında yük daşımalarını açmağa

Tramp adminstrasiyasının siyasəti ABŞ-ın NATO-dan uzaqlaşması ilə nəticələnib. Xüsusilə də, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını açıqlamasından sonra bu yöndə müzakirələr daha geniş vüsət olub.  Xarici analitiklərin fikrincə, həmin strategiya ardıcıl şəkildə həyata keçirilsə, bu, Vaşinqtonun Şimali Atlantika Alyansından çıxmasına və Rusiya ilə yaxınlaşmaya gətirib çıxara bilər.Bundan əlavə, dekabrın 9-da ABŞ-də respublikaçı konqresmen Tomas Massi ölkənin Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 adlı “NATO haqqında Qanun” layihəsini Nümayəndələr Palatasına təqdim edib.  Digər tərəfdən, Trampla Avropa İttifaqı ölkələrinin əksəriyyəti arasında soyuq küləklər əsir. Aİ ilə