AMİP-30
a

Fevral 2026

Milli Məclisdə bir sıra sosial məsələlər yenidən gündəmə gətirilib. Modern.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə regionlarda müəllim çatışmazlığının ciddi problem olaraq qaldığını bildirib. Deputat qeyd edib ki, xüsusilə bölgələrdə kadr qıtlığı fonunda 65 yaşa çatmış müəllim və həkimlərin imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, bu sahədə hələ də neqativ hallara rast gəlinir. Deputat iclasda aliment problemlərinə də toxunub. O bildirib ki, ölkədə alimentlərin ödənilməsi ilə bağlı kifayət qədər çətinliklər mövcuddur və işlərin təxminən 70 faizi

Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə bildirib. Deputat deyib ki, regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir: “Regionlarda həkim çatışmazlığı məsələsi xüsusilə aktuallığını qoruyur. Eyni problem təhsil sahəsində də mövcuddur – xüsusilə bölgələrdə müəllim çatışmazlığı hiss olunur. Hesab edirəm ki, müəllim və həkimlərin 65 yaşında imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə

“Bu gün Xocalı faciəsinin 34-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində böyük soyqırımı aktı həyata keçirildi. Bu cinayət təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütövlükdə bəşəriyyətə qarşı törədilmiş akt idi”. Bunu Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputatın sözlərinə görə, Ermənistan ölkəsində Azərbaycana qarşı soyqırımı törətmiş cinayətkarları təhvil verəcəyi təqdirdə tərəflər arasında irəliləməkdə olan sülh prosesi daha da güclənə bilər: “Bu cinayətə yol vermiş şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi

İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Bunu Prezident İlham Əliyev Xocavəndə köçmüş İlqar Həsənovun evində olarkən sakinlə söhbətində deyib. “İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik”- Prezident qeyd edib. Bütün bunlar Azərbaycanın, öz suverenliyini və ərazi bütövlüyünü bərqərar edəndən sonra daha

“Azərbaycan dövləti beş il əvvəl İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə əldə etdi. Ondan sonra həyata keçirilən bir günlük antiterror əməliyyatları ilə ərazi bütövlüyünmüzü və suverenliyimizi tam bərpa etdik. İlk günlərdən başlayaraq  30 il ərzində işğalda qalan və faktiki olaraq xarabalığa çevrilən ərazilərimizi yenidən dirçəltməyə başladıq. Çox böyük infrastruktur layihələri həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Böyük Qayıdış konsepsiyası işlənib hazırlanıb ki, artıq o çərçivədə təxminən 50 min soydaşımız öz doğma yurduna qayıdıb”.  Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Azərbaycan Prezidenti mütamadi

“Bu gün Xocalı soyqırımının 34-cü ildönümüdür. Biz artıq 34 ildir ki, Xocalıda baş verən faciənin təsiri altındayıq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə Xocalıda bəşəri cinayət həyata keçirildi:“Hesab edirəm ki, bu təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməli, soyqırım deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı soyqırımdır. Buna erməni faşizminin həyata keçirdiyi soyqırımlardan biri demək daha doğru olar, amma ən faciəlisidir. Həmin gecə içərisində uşaqlar, yaşlılar, qadınların da

Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərarın qəbulundan 33 ildən çox vaxt ötür. Milli Məclisin 2 fevral 1993-cü ildə qəbul etdiyi qərara görə, vətəndaşlar “-ov”, “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Lakin ölkədə “-ov”, “-yev” sonluqlu soyad daşıyanlar hələ də çoxdur. Hətta müstəqillik illərində doğulan xeyli Azərbaycan vətəndaşında bu cür soyad sonluqlarına rast gəlinir. Ölkəmizdə soyad sonluqları niyə bu qədər insanda hələ də köhnə formada qalır?

Rusiya-Ukrayna müharibəsinin başlanmasından 4 il ötdü. Rusiya prezidenti Vladimir Putin müharibə başlayanda 3 günə Kiyevi alardıq deyirdi, amma bu müddət ərzində qarşısına qoyduğu məqsədinə nail ola bilmədi və s. Dörd il əvvəl heç kimin xəyalına gəlməzdi ki, müharibə bu qədər uzanar və Rusiya Ukraynada bataqlığa düşər. Dörd illik prosesin əsas geosiyasi nəticələri nələrdir? Bu müddət ərzində Rusiyanın qazandıqlarını itirdikləri ilə müqayisə etmək olarmı? Dörd ildən sonra bu müharibədə real strateji üstünlük hansı tərəfdədir? Rusiyanın Türkiyədən asılılığı artdımı? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin

1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi Azərbaycanın müasir tarixində ən ağır və faciəli hadisələrdən biri kimi yadda qalıb. Həmin gecə Xocalı şəhərində dinc əhaliyə qarşı qətllər törədilib, yüzlərlə insan həyatını itirib. Bu hadisə hər il Azərbaycanda qeyd olunur, qurbanların xatirəsi ehtiramla yad edilir. Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında Xocalı qətliamını ötən əsrin ən dəhşətli faciələrindən biri olaraq xatırladıb. Onun sözlərinə görə, bu hadisə XX əsrin sonlarında törədilmiş ən ağır soyqırımlarından biri kimi qiymətləndirilməlidir: “Azərbaycan tarixində ən faciəli günlərdən biri

Azərbaycan Milli İstiqlal Partiyasının Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə Bəyanatı Xocalı faciəsi Azərbaycan xalqının tarixində sadəcə bir təqvim günü deyil, insanlığın sınağa çəkildiyi, beynəlxalq hüququn iflic olduğu və erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı bir cinayət aktıdır. Bu gün biz bu dəhşətli soyqırımdan ötən 34-cü ili dərin hüznlə, eyni zamanda sarsılmaz milli qürurla anırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə şahidlik etdi. Erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı və texnikası ilə Xocalı şəhərini