AMİP-dən Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik Azərbaycan Milli İstiqlal Partiyası 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı, zabit və gizirlərimizi, əsgərlərimizi, ehtiyatda olan hərbçilərimizi, eləcə də hərbi xidmət keçmiş bütün vətəndaşlarımızı ürəkdən təbrik edir!108 il əvvəl əsası qoyulan Azərbaycan Ordusu bu gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatçısı, xalqımızın qürur mənbəyidir. Şanlı Ordumuzun keçdiyi zəfər yolu, qazandığı tarixi nailiyyətlər və nümayiş etdirdiyi yüksək peşəkarlıq hər bir azərbaycanlının qəlbində sonsuz fəxr hissi doğurur. Bu əlamətdar gündə
26 iyun – Azərbaycan hərb tarixini dəyişən gün
“1918-ci il iyunun 26-da əlahiddə Azərbaycan korpusunun yaradılması ilə ölkəmizin hərbi ənənələrinin əsası qoyulmuş oldu. Beləliklə, milli ordumuz formalaşmağa başladı”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu, ozamankı müstəqil Azərbaycanın dövlətçilik kontekstində atdığı ən strateji addımlardan biri hesab olunmalıdır:“Ordu formalaşması ilə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində çox ciddi addımlar atılmış oldu. Bir qədər sonra, sentyabr ayında Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanın yeni yaradılmış əlahiddə qoşunları, milli ordusu Bakını bolşevik və daşnakların işğalından azad etdi. Sonrakı
“Şvabenin çıxışı Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti nümunəsidir” – DEPUTAT
"Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Frank Şvabenin 24 iyun tarixində etdiyi çıxış Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti nümunəsidir. O, ümumiyyətlə uzun müddətdir ki, regionda baş verən proseslərə obyektiv yanaşmaq əvəzinə, davamlı olaraq qərəzli mövqe nümayiş etdirməkdədir. Şvabenin çıxışında səsləndirilən fikirlər birmənalı olaraq reallıqlara deyil, daha çox siyasi stereotiplərə əsaslanır". Bunu Azinforum.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib. Millət vəkilinin sözlərinə görə, Avropa siyasətçiləri hələ də köhnə yanaşmalardan əl çəkmək istəmirlər: "Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və
Rəşad Bayramov: “Çin nə Rusiyanın uduzmasını, nə də Ukraynanın məğlub olmasını istəmir”
Ukrayna idxalının böyük bir qismini Çindən idxal təşkil edir. Rəsmi məlumatlara görə, bu ilin yanvar-aprel ayları ərzində Ukraynanın idxalı 32.2 milyard təşkil edib. Çindən idxal 8.7 milayrd dollar olmaqla Ukraynanın ümumi idxalın 25 faizindən çoxunu təşkil edir. Məlumata görə, Ukraynanın dron istehsalı Çindən idxalla parallel şəkildə artır. Məsələ ondadır ki, Çin bəzi həsas hissələri Rusiyaya satmadığı üçün uzun məsafəli dronlar məsələsində Ukrayna öndədir. Çox maraqlı statistikadır. Adətən indiyə qədər belə məlumatlar yayılırdı ki, Rusiyanın əsas texnoloji təchizatçısı Çindir, bəs Pekin istəmir Rusiya məğlub olsun və s.
Sədrlik Azərbaycana keçdi: Yeni dövr başlayır
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib. Sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub. Qeyd edək ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir. Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər
Azərbaycan Ermənistandan təzminat tələb edə bilər – deputat
“Torpaqlarımızın işğal altında olduğu 30 il ərzində müxtəlif Avropa qurumlarından Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ikili standartlara şahidlik etdik. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə fərqli yanaşma gördük. Bu, hələ də davam edir”. Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. Deputatın sözlərinə görə, Azərbaycan, təkcə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin, BMT-nin 4 qətnaməsini, Azərbaycan ərazilərinin işğal edildiyi faktını təsdiq edən qərarları da faktiki olaraq, yerinə yetirib:“Separatçılığa və terrorçuluğa qarşı mübarizənin Azərbaycan
Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə: “İnkişafa xidmət edir”
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakı ilə Aşqabad arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən geniş əməkdaşlıq paketi imzalanıb. Prezident İlham Əliyev və Sərdar Berdiməhəmmədovun iştirakı ilə iki ölkə arasında energetika, sənaye, gömrük, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə və xarici siyasət sahələrində bir sıra mühüm sənədlər qəbul olunub. İmzalanan sazişlər Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə keçdiyini göstərir. Əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığa hansı yeni imkanlar yaradacaq? “Cebheinfo.az”- a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri,
Dövlət qulluğunda yeni mərhələ: Azərbaycanda hansı islahatlar gözlənilir?
Dövlət və vətəndaş arasında körpü rolunu oynayan dövlət qulluqçuları ölkənin idarəetmə sisteminin əsas sütunlarından hesab olunur. Azərbaycanda hər il 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və həmin ildən etibarən qeyd olunur. Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi ölkələrin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri hesab olunur. Texnoloji inkişafın sürətlənməsi və vətəndaşların dövlət xidmətlərindən gözləntilərinin artması dövlət qulluğu sisteminin də daim yenilənməsini zəruri edir. Bu baxımdan ölkədə son illər
Azərbaycandakı partiyaların Türk dünyası şöbəsi varmı? – SORĞU
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində siyasi, iqtisadi və humanitar inteqrasiya proseslərinin sürətləndiyi bir dövrdə üzv ölkələrin siyasi partiyalarının Türk dünyası ilə əməkdaşlıq sahəsində fəaliyyət mexanizmləri də diqqət mərkəzinə çıxır. Qardaş Türkiyənin hakim partiyasında Türk dünyası ilə əlaqələrə cavabdeh ayrıca şöbənin fəaliyyət göstərməsi fonunda Azərbaycandakı siyasi partiyaların bu istiqamətdə hansı institusional imkanlara malik olduğu maraq doğurur. Azərbaycan partiyalarında Türk dünyası ilə bağlı ayrıca struktur bölmələrin olub-olmaması, eləcə də gələcəkdə belə qurumların yaradılması perspektivi ilə bağlı məsələni araşdırdıq. Modern.az-a açıqlamasında deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə gələcəkdə