AMİP-30
a

Yanvar 2026

Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq.Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə “İnformator. az” a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev verdiyi müsahibədə bir çox məqamlara toxunub: “Bunlardan biri də Azərbaycanın turizm imkanlarının artırılmasi ilə bağlı dediyi fikirlərdir. Xüsusilə, Azərbaycan son illərdə bir çox tədbirlərə ev sahibliyi edir. Əvvəllər bu cür beynəlxalq tədbirlər

“Qanuna görə, yanvarın 15-nə qədər siyasi partiyaların Ədliyyə Nazirliyində reyestrində yenilənmələr həyata keçirilir. Siyasi partiyalar reyestrini yeniləmək üçün sənədlərini təqdim etməlidirlər”. Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Milli İstiqlal Partiyasında bu məsələnin həlli üzərində iş gedir: “Müvafiq sənədlərin vaxtında Ədliyyə Nazirliyinə təqdim edilməsi təmin olunacaq”. Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət

“Zəngəzur dəhlizi təkcə bir yol deyil. Bu dəhliz tarixin bərpa etdiyi ədalət xəttidir. Bu yol yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmir, eyni zamanda Türk dünyasını birləşdirir, Şərqlə Qərbi qovuşdurur, Avrasiyanın siyasi-iqtisadi xəritəsini yenidən cızır. Bu reallığı görməmək artıq sadəlövhlük deyil, siyasi korluqdur”.  Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputatın sözlərinə görə, bu gün Zəngəzur dəhlizi açılmasa da, fakt budur ki, nəqliyyat blokadasını Azərbaycan  tədricən aradan qaldırmaqdadır. “Ermənistan ərazisinə yüklər Azərbaycan üzərindən daşınır. Daha da irəli gedilib Azərbaycan nefti Ermənistana idxal olunmağa başlanıb. Bu,

Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində bir sıra məsələlər diqqət çəkib. Məsələn, ölkə başçısının Xankəndi və Ağdamla bağlı səsləndirdiyi fikirlər müzakirə obyekti olub. Sitat: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”. Qeyd edilən çıxış “Bakıya alternativ paytaxt seçimi” kimi dəyərləndirilir. İllərdir ki, bu mövzu ətrafında müzakirələr gedir və əksəriyyət müvafiq qərarın verilməli olduğunu bildirir. Xankəndi və ya Ağdam gələcəkdə ölkənin paytaxtı ola bilərmi? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə xatırladıb ki, Prezident müsahibəsində azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək

“Qarşıda Mərkəzi Seçki Komissiyası, Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarının yeni tərkibdə formalaşdırıması kimi vacib iş dayanır. Milli İstiqlal Partiyasında buna hazırlıq işləri həyata keçirilir”. Bu barədə Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə məlumat verib. A.Əlizadə bildirib ki, partiyanın təşkilatları ilə iş aparılır, seçki komissiyalarında AMİP-i təmsil edəcək şəxslər müəyyən edilir: “Partiyanı seçki komissiyalarında layiqincə təmsil edən şəxslərin siyahısını indidən müəyyənləşdiririk”. Qeyd edək ki, Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı,

“Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”.  Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəldib:  “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”.  Vaxtilə