AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyasından Başsağlığı

​Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi və dərindən sarsıtdı.
​Bu ağır sınaq anlarında qardaş Türkiyə xalqının kədərini bütün qəlbimizlə bölüşürük.
​Baş vermiş faciə ilə əlaqədar olaraq, öz adımızdan və Azərbaycan Milli İstiqlal Partiyası adından həlak olanların ailələrinə, yaxınlarına və qardaş Türkiyə Cümhuriyyətinə dərin hüznlə başsağlığı veririk.
​Həlak olanlara Uca Tanrıdan Rəhmət, onların ailələrinə və bütün yaxınlarına səbir diləyirik!
​Allah rəhmət eləsin!
11.11.2025