Rəşad Bayramov: “Vasitəçilər dəyişə bilər, formatlar fərqlənə bilər, lakin prosesin mərkəzində Bakı dayanır”
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri bir sıra prizmadan məhsuldar oldu. Birincisi, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edildi. İkincisi, Prezident Əbu-Dabidə Azərbaycanın və BƏƏ silahlı qüvvələri arasında birgə hərbi təlimlərini izlədi. Üçüncüsü, Əliyev Əbu-Dabidə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdü və iki lider sülh quruculuğunun növbəti mərhələsini müzakirə etdilər. O da qeyd edilməlidir ki, Əliyev və Paşinyan ötən ilin 8 avqust Vaşinqton görüşündən bir ay əvvəl də məhz Əbu-Dabidə görüşmüşdülər. Bütün bunların fonunda, növbəti gözləntilər hansı istiqamətdə və
“Fransanın qətnaməsi ölkəmizin atdığı addımlara xələl gətirə bilməz” – Deputat
“Ötən il Azərbaycan və Fransa prezidentləri arasında müxtəlif beynəlxalq platformalar çərçivəsində bir neçə görüş olub. Hər dəfə də Fransa lideri Emmanuel Makron Azərbaycanla yaxın əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. Amma əməldə Parisin tamamilə fərqli münasibət sərgilənməsinə şahidlik edirik. Xüsusilə Fransa qanunverici orqanında dəfələrlə Azərbaycan əleyhinə qərəzli, beynəlxalq hüquqa zidd sənədlər qəbul edilib. Erməni separatçılarla bağlı qəbul edilən sonuncu qətnamə də bunu göstərir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Qeyd edək ki, Fransa Milli Assambleyası bir neçə gün əvvəl “Azərbaycan tərəfdə saxlanılan erməni əsirlərin
Afsəddin Nəbiyev: “Paşinyanın Əliyevin dolayısı ilə yararlanmaq istəməsi ehtimalı tamamilə istisna deyil”
Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyev və Ermənistanın baş naziri tədbirdə iştirak ediblər. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə və digər laureatlara "Zayed İnsan Qardaşlığı Mükafatı"nı təqdim edib. Tədbirdə diqqəti çəkən məqam həm də o olub ki, Paşinyan ərəb ölkələri platformasında Prezident İlham Əliyevlə görüşə çox maraqlı və həvəsli yanaşıb. Ola bilərmi Paşinyan Əliyevdən ərəb ölkələri və İsraillə Ermənistanın əməkdaşlıqlarının qurulmasında yardımçı olmasını xahiş etsin?
Azərbaycanlıların 30 ildir gözlədiyi məsələ: Araik və digərlərinə verilən ən böyük cəza…
Bu gün Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi keçirilir. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Proses rəsmi Bakının dünya hərb və hüquq tarixinə düşəcək növbəti zəfəri kimi dəyərləndirilir. Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin
Qəzzanın Şimalında Atəşkəs Pozuntusu: Gecə tışması və regional gərginlik
Qəzzanın şimalında ötən gecə baş verən silahlı insident bölgədə kövrək olan atəşkəs rejimini yenidən sual altına alıb. Atışma nəticəsində İsrail ordusunun bir zabiti ağır yaralanıb. İsrail Müdafiə Nazirliyi hadisəni atəşkəsin açıq şəkildə pozulması kimi dəyərləndirir. Hadisə fonunda tərəflər arasında gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqlar güclənir və regionda təhlükəsizlik balansı bir daha gündəmə gəlir. Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, insan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, Qəzzada bu cür təxribatlar davam edə bilər: “Çünki hələ tərəflər arasında sülh müqaviləsi imzalanmayıb və dayanıqlı
Bakı-Abu-Dabi strateji alyansı: Hərbi-enerji gücü
“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı əməkdaşlıq yalnız iqtisadi və enerji sahələrində deyil, eyni zamanda daha geniş spektrdə hərbi, təhlükəsizlik və müdafiə əməkdaşlığı sahəsində də strateji səviyyəyə yüksəlib. Bu əməkdaşlıq Azərbaycanın regional və qlobal mövqeyini möhkəmləndirən əsas amillərdən birinə çevrilib”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.Onun sözlərinə görə, fevralın 2-də Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü, əlaqələrin dərinliyini bir daha nümayiş etdirib. “Tərəflər siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, mədəni və humanitar sahələrdə tərəfdaşlıqdan məmnunluq ifadə ediblər. Xüsusilə
7 ölkənin parçalanması planı AKTİVLƏŞDİRİLİR – ŞƏRH
İran ətrafında gərginliyin pik həddə çatdığı bir zamanda, Məsud Pezeşkian ABŞ-la danışıqların aparılması barədə təlimat verib. “Axios” nəşrinin yazdığına görə, tərəflər arasında birbaşa görüş fevralın 6-da İstanbulda keçiriləcək. Məlumata görə, danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak edəcək. Görəsən, ABŞ-İran gərginliyi danışıqlar yolu ilə sona çata bilər? Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, müharibənin qarşısını yalnız Amerikanın tələbləri yerinə yetirildikdən sonra almaq mümkün olacaq: “Əks halda İranın vurulması qaçılmazdır. ABŞ İran münasibətləri kifayət qədər ciddi mərhələdədir. İran ətrafında halqa daralmaqdadır.
Yeni parlamentin 17-ci ayı
Fevralın 2-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. 2024-cü ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkilərindən 17 ay ötüb. Azərbaycanın siyasi sistemində Milli Məclis ali qanunverici orqan statusuna malik olsa da, onun real təsir imkanları uzun illərdir müzakirə mövzusudur. Yeni çağırış dövrü bu sualı yenidən aktuallaşdırır: parlament təşəbbüskar və nəzarətçi institutdur, yoxsa əsasən icraedici qərarların hüquqi çərçivəyə salındığı platforma? Praktikada Milli Məclisin əsas funksiyası qanun layihələrinin qəbulu ilə məhdudlaşır. Qanunvericilik təşəbbüslərinin böyük hissəsi icra hakimiyyəti tərəfindən irəli sürülür, parlament isə daha çox razılaşdırıcı rol oynayır.