Qəbələdə tarixi Zirvə: Nə ilə yadda qalacaq?
“Dünən və bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti hər keçən gün artır: “Bu gün Nazirlər Şurasının toplanıtısı keçirilib. Həmçinin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfər ediblər. Artıq bir sıra mühüm görüşlər keçirilib. Bu Zirvə Görüşünün önəmi böyükdür. Bu toplantı Türk Dövlətləri Təşkilatına sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi ilə də yadda qalacaq”. Millət vəkili xatırladıb ki,
“ABŞ Rusiyanın qalib olmasını istəmir”- Arzuxan Əlizadə
“Rusiya-Ukrayna müharibəsi artıq təkcə postsovet məkanı üçün deyil, bütövlükdə Avropa üçün ciddi təhlükəyə çevrilib. Əgər Rusiya bu müharibədən qalib çıxarsa, bu, Şərqi Avropa ölkələrinin birbaşa təhdidlə üzləşməsi deməkdir. Məhz bu səbəbdən Avropa dövlətləri Ukraynaya hərtərəfli dəstək göstərməyə məcbur olub”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Deputat Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, münaqişənin əvvəlindən ABŞ da Ukraynaya dəstək verib və bəzi hallarda Avropa ölkələrindən daha fəal mövqe nümayiş etdirib: “Amma Tramp prezident seçildikdən sonra Vaşinqtonun ritorikasında fərqli məqamlar ortaya çıxdı. Tramp ilk mərhələdə Rusiyaya referans edən bəyanatlar vermək və
“Kopenhagen sammiti Azərbaycanın qlobal miqyasda önəmini nümayiş etdirdi” – Deputat
“Avropa Siyasi Birliyinin sammiti kifayət qədər sanballı tədbirdir. Azərbaycan Prezidentinin sammitdə iştirakı da xüsusi diqqət mərkəzində olan siyasi hadisədir. Önəmli məqamlarından biri də ondan ibarətdir ki, Azərbaycan lideri sammit çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirdi və bu görüşlərin əksəriyyəti qarşı tərəfin müraciətləri, istəkləri ilə baş tutdu. Bu, birmənalı olaraq ölkəmizə yönəlik diqqətin bariz nümunəsidir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Kopenhagen sammitində Avropa ölkələrinin liderləri, Avropa İttifaqının rəhbərliyi, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio
Afsəddin Nəbiyev: “Bu, prosesin sürətlə getdiyini və hər iki tərəfin siyasi iradə nümayiş etdirdiyini göstərdi”
Xəbər verildiyi kimi, Kopenhagendə Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Prezident və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu
AMİP-in 13-cü qurultayına gələn təbriklər
28 sentyabr 2025 ci ildə keçirilmiş AMIP gurultayına əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlardan , siyasi partiyalardan çoxsaylı təbriklər daxil olmuşdur. Onlardan bir neçəsini burada paylaşırıq. AMİP-in 1999 cu ildən tam hüquqlu üzv olduğu, dünyanın 80 dən artıq ölkəsindən 100-artıq sağ-mərkəz partiyasını öz ətrafında birləşdirən Beynəlxalq Demokrat İttifaqının Baş Katibi Tina Mersepin təbriki: 28 Sentyabr 2025-ci ildə keçiriləcək Partiyanın 13-cü Qurultayı münasibətilə təbrik AMİP-in 13-cü qurultayının hörmətli iştirakçıları Beynəlxalq Demokrat İttifaqı adından sizi Azərbaycan Milli İstiqlal Partiyasının 13-cü qurultayı münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram. Bu əlamətdar hadisə partiyanızın nailiyyətlərini
Əliyev elan etdi, Avropa sevindi – Xəzərdə dünyanı heyrətləndirən gəlişmə
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə məhsuldar görüşü bir çox baxımdan diqqət çəkir. Liderlər iki ölkə arasında əməkdaşlığı və bir çox sahələr üzrə əlaqələrin inkişaf edən xətt üzrə irəliləməsini vurğlayıblar. Mattarella ölkəsinin Azərbaycanla dostluqdan fərəhləndiyini bildirib. İlham Əliyev çıxışı zamanı Azərbaycanla Avropa İttifaqının elektrik ixracı istiqamətində birgə işlədiyini açıqlayıb. Prezident Xəzərin dibi ilə Orta Asiyadan ölkəmizə və daha sonra Avropaya elektrik enerjisinin ötürüləcəyini söyləyib. Avropanın qazdan sonra elektriklə də təminatı rəsmi Bakıya siyasi və iqtisadi baxımdan hansı üstünlükləri gətirəcək? Bu layihə ölkəmizin regional roluna necə təsir
Deputat: “Avropa İnsan Hüquqları Məhkəməsi ədalətdən və hüquq normalarından kənar fəaliyyət göstərir”
“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənmişdi. Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırması ilə bağlı o zaman bəyanat verdi. Bu kontekstdən yanaşanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) əslində Azərbaycandan nəsə tələb etmək haqqı da yoxdur. Eyni zamanda bu illər ərzində Azərbaycan torpaqları işğal altında olduğu dönəmdə və ondan bir qədər əvvəl istər Ermənistan ərazisindən, eləcə də Qarabağ və ətraf rayonlardan ümumilikdə 1 milyona yaxın qaçqın və köçkün oluduğu dönəmdə Avropa İnsan Haqları Məhkəməsi məsələlərə münasibət bildirib, ermənilərdən, separatçılardan və onların arxasında
Rəşad Bayramov: “Konstitusiya dəyişiklikləri olmadan da sülh sazişi imzalana bilər, amma…”
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib. Baş nazir iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur: “2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir”. Burada Paşinyanın səsləndirdiyi fikirlərin arxasında dayanan odur ki, Ermənistan Konstitusiyanı dəyişmədən