AMİP-30
a

Author: admin_amip

Rusiya Azərbaycanın əleyhinə informasiya kampaniyasını genişləndirir və yaxın günlərdə bunun daha aqressiv mərhələyə keçə biləcəyi deyilir. Məlumata görə, məsələ yalnız ayrı-ayrı ekspert rəyləri ilə məhdudlaşmır. Həm ölkəyə, həm də dövlət rəhbərliyinə qarşı məqsədli informasiya hücumlarının yeni dalğasının başlanacağı iddia olunur. Əsas məqsəd rezonans doğuracaq məlumat yaymaq və mənfi ictimai rəy formalaşdırmaqdır. Bildirilir ki, kampaniya çərçivəsində Rusiyada yaşayan tanınmış azərbaycanlı ailələrdən birinin nümayəndəsinin də prosesə cəlb edilməsi mümkündür. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Rusiyanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi bu günün məsələsi deyil: “Uzun

Prezident İlham Əliyev bildirib ki, Rusiya yalnız Ukraynanın enerji obyektlərini deyil, həm də Azərbaycan şirkətlərinə məxsus infrastrukturu hədəfə alır. Ukraynadakı Azərbaycan səfirliyi üç dəfə hücuma məruz qalıb və bu, təsadüfi deyil. Bütün diplomatik koordinatlar Rusiyaya təqdim olunsa da, əlavə hücumlar baş verib. Azərbaycan yalnız diplomatik yollarla reaksiya göstərib, Rusiya səfirinə nota verilib və xüsusi bəyanat yayılıb. Prezident Əliyev vurğulayıb ki, bu hərəkətlər Azərbaycanın maraqlarına qarşı dostyana addım sayıla bilməz. Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətləri kifayət qədər gərgin fazada davam

Bakıda saxlanılan 11 rusiyalının tezliklə azad edilməsi Rusiya və Azərbaycan münasibətlərində prioritet məsələdir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Daha sonra Zaxarova bunları qeyd edib: “Bu məsələni azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq qaldırırıq. Bakının rusları azad etmək qərarı iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı”. Zaxarova bildirir ki, rusların azad edilməsi qonşuluq münasibətlərinin möhkəmləndirilməsində mühüm addım olar. Bəs Rusiyada heç nədən həbs edilən azərbaycanlıların məsələsi necə olsun? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP-in sədr müavini Afsəddin

“Qlobal siyasət yeni transformasiya mərhələsinə daxil olur. Beynəlxalq təşkilatların effektivliyinin azalması fonunda yeni təhlükəsizlik platformalarının formalaşması artıq qaçılmaz prosesə çevrilib. Bu dəyişikliklərin mərkəzində isə Bakı və Azərbaycan dayanır. Yeni reallıqda Azərbaycan regional aktordan qlobal siyasi proseslərin fəal iştirakçısına çevrilir”. Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Prezident İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclaısnda iştirakını  şərh edərkən deyib. Onun sözlərinə görə, uzun illər beynəlxalq sistemin əsas sütunu sayılan BMT artıq qlobal böhranların həllində effektiv mexanizm kimi qəbul edilmir. “Münaqişələrin artması, selektiv yanaşma və

“Azərbaycan-ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir. Prezident Donald Tramp Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O deyib ki, Bayden administrasiyanın dönəmində münasibətlərimizdə bir gərginlik var idi. Bu da qarşı tərəfin sərgilədiyi mövqedən qaynaqlanırdı. “Amma Azərbaycanla Birləşmiş Ştatların münasibətləri əvvəlki dönəmlərdə, respublikaçıların hakimiyyəti zamanı normal səviyyədə olub. Təəssüf ki, demokratlar Azərbaycana yönəlik başqa siyasət yürüdürdülər. Donald Trampın ikinci prezidentliyi dövründə Azərbaycanla çox yaxın münasibətlər formalaşıb. Münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb. Bilirsiniz ki, ötən il avqustun 8-də Azərbaycan

Dünyada yaşanan və xeyli həssas olan proseslər fonunda Münxen Təhlükəsizlik Konfransı və bu platformada Azərbaycanın Prezident İlham Əliyevin timsalında ən yüksən səviyyədə təmsil olunması diqqət çəkdi. Dövlət başçısının konfrans zamanı səsləndirdiyi bəyanatlar, müsahibələri dünya mediasının da diqqət mərkəzində oldu. Konfransdan həmən sonra isə Azərbaycan Prezidentinin Serbiyaya səfəri reallaşdı. Hafta.az gündəmi politoloq Rəşad Bayramovla dəyərləndirib: – Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin iştirakı, artıq ənənə halını alıb. Bu iştirak həm də Azərbaycan–Avropa əlaqələrinin ümumi konturlarını müəyyənləşdirir. Münasibətlərdə ümumi mənzərə necədir?   – Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya

Ötən il İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən bəri hər il Almaniyada keçirilən və qlobal təhlükəsizlik məsələlərinə həsr edilən beynəlxalq Forumdur. Konfransın əsas məqsədi dünyada sülhün təmin olunmasında beynəlxalq əməkdaşlığı gücləndirmək, münaqişələrin qeyri-hərbi həlli yollarını araşdırmaq, mövcud riskləri qiymətləndirmək və onların inkişaf ssenariləri haqqında təsəvvür yaratmaqdır. Bu dəfəki Münhen Təhlükəsizlik Konfransında diqqəti çəkən məqam o idi ki, Ukrayna məsələsindən prezident Zelenskidən başqa danışan olmadı. Halbuki, müharibə başlayandan sonra Ukrayna məsələsi konfransda bir nömrəli məsələ olurdu. Müzakirələr əsasən Ukraynada gedən müharibəyə həsr olunurdu. Konfransda ABŞ dövlət katibi Marko Rubio

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi keçirilir.  Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Proses rəsmi Bakının dünya hərb və hüquq tarixinə düşəcək növbəti zəfəri kimi dəyərləndirilir. Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan