Afsəddin Nəbiyev: “Kimin olmasından asılı olmayaraq, heç bir irəliləyişin olmasından söhbət gedə bilməz”
Ermənistan baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb. Onun təkliflərinə aşağıdakılar daxildir: - eskalasiya yarada biləcək nitqdən qarşılıqlı imtina; - Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən delimitasiya təcrübəsi əsasında delimitasiya prosesini davam etdirilməsi; - 90 faiz hazır olan sülh müqaviləsinin imzalanması; - “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi; - atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə birgə mexanizmin tətbiq edilməsi; - itkin düşmüş şəxslərin taleyinin araşdırılması məsələsinin həlli üzrə intensivliklə çalışmaq; - qarşılıqlı tələblərdən, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina edilməsi; - sülh müqaviləsinin müddəalarının
AŞPA-nın kritik YANVAR sessiyası – Bakının son qərarı…
Məlumdur ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Qərarı dörd əsas səbəbə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul edilib. Bu səbəblər arasında 2023-cü ildə Azərbaycanın AŞ PA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞ PA-nı 7 fevral prezident seçkilərini qiymətləndirməyə dəvət etməkdən imtinası vardı. Sənədin 76 deputat lehinə, 10 deputat əleyhinə səs
Arzuxan Əlizadə: “Rusiya Ermənistanın silahlandırılması ilə məşğul olurdu”
“Bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Ölkə başçısının fikrincə, Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər: “Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in
Deputat: “Günün istənilən saatında sıxlıq müşahidə edilir”
"Bu da sirr deyil ki, Xırdalan, Sumqayıt istiqamətində əvvəllər səhər və axşam pik saatlarda yüklənmələr olurdusa, indi günün istənilən saatında avtomobil yollarının şəhərə çıxış, həm də giriş istiqamətində çox böyük sıxlıq müşahidə edilir. Hər birimiz bundan əziyyət çəkirik. Yüklənmənin qarşısının alınmasında əlavə olaraq dəmiryolunun, elektrik qatarlarının ciddi rolu ola bilər. Azərbaycan Dəmir Yolları açıqlama vermişdi ki, axşam saatlarında daha çox yük qatarlarının hərəkətinə şərait yaradılır deyə sərnişin qatarları xəttə intervallarla buraxılır. Hesab edirəm, bu qərara baxılmalıdır. İlk növbədə vətəndaş məmnunluğu təmin edilməlidir, insanlarımızın narahatlıqlarına
Rəşad Bayramov: “İtirən tərəf Fransadır və öz maraqlarını təmin etmək üçün bir addım belə irəli gedə bilmir”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur: “Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərlər edirdilər. Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də
Azərbaycanın tələbi icra edilməsə: “Ermənistanı faciə gözləyir”
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Prezident həmin müsahibədə bir çox məsələlərə münasibət bildirib. Ölkə başçısı vurğayıb ki, Ermənistana göndərilən silahlar geri qaytarılmalıdır: "Sülh şərtləri qəbul edilməlidir və ediləcək. Əsas şərtlərimiz ATƏT-in Minsk Qrupu ilə bağlı məsələ və konstitusiya dəyişikliyi olmalıdır. Biz regionda sülh istəyirik". Bu aspektdə açıqlama verməyinizi xahiş edirəm”. Mözvu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, bu, növbəti dəfə İrəvan hakimiyyətinə və Ermənistan adlı qondarma dövlətin arxasında dayanan havadarlarına yönəlmiş mesaj idi: “Azərbaycan
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Xəbər verdiyimiz kimi, yanvar 29-da Azərbaycanda yerli özünü idarəetmə orqanlarına-bələdiyyələrə seçkilər keçiriləcək. Artıq namizədlərin Dairə Seçki Komissiyaları tərəfindən qeydiyyata alınması prosesi başa çatıb. Təbii ki, istənilən seçki cəmiyyətdə ictimai fəallığı artırır. Bəs siyasi partiyalar bələdiyyə seçkilərinə necə namizədlə qatılacaqlar? REAL Partiyasının sədri Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, partiyası 20-dən artıq namizədlə bələdiyyə seçkilərinə qatılır: “Onların bəzilərinə qeydiyyata alınmamaqla bağlı bildiriş gəlib. Bu məsələ ilə bağlı hüquqi prosesə başlatmışıq. Bu proses başa çatandan sonra hansı ərazilərdən, nə qədər namizədimizin olacağı barədə dəqiq məlumat verə biləcəyik”. Azərbaycan Milli İstiqlal Partiyasının sədri