AMİP-30
a

KİV

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın ölkəsinə qarşı hibrid müharibə apardığını bildirib. Onun sözlərinə görə, Moskva Ermənistana təzyiq göstərmək üçün medianın gücündən istifadə edir: “Rusiya hibrid müharibə ilə hazırda siyasi cəbhəmizdə kəşfiyyat işləri ilə məşğuldur. Onlar araşdırma aparır, müxtəlif mövzuları irəli sürür, acınacaqlı məqalələr hazırlayır, intriqalar yaradır və çirkin ssenarilər uydururlar”. Simonyan əlavə edib ki, bu cür nəşrlər sadəcə hücumları sifariş edən və həyata keçirən şəxslərin üslubunu nümayiş etdirir: “Onların səhvi erməni mentalitetini yanlış başa düşmələrindədir. Hətta erməni soyadlı çoxsaylı manqurtlar belə sizə kömək etməyəcək. Ona

Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Aİ-nin Mülki Müşahidəçilər Missiyasının (EUCM) formatı iki ölkə arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş imzalanana qədər dəyişməyəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxışı zamanı deyib. O bildirib: “Sazişin imzalanmasından və ratifikasiyasından sonra format dəyişdirilə bilər. Artıq Aİ tərəfdaşlarımızla bu məsələ ilə bağlı daha əsaslı müzakirələr aparmışıq və hələ də aparılacaq”. Sülh sazişindən sonra formatın dəyişdirilməsinə nə ehtiyac var? Artıq Aİ missiyası birdəfəlik Ermənistandan çıxarılmalı deyilmi? Formatın dəyişdirilməsində Ermənistanın məqsədi nədir? Sözügedən məsələ ilə bağlı

“İş qrafikinin azaldılması hazırda müzakirə mövzusu olmamalıdır. Çünki mövcud reallıqlar fonunda iş saatlarının azaldılmasının ciddi müsbət nəticə verəcəyini düşünmürəm”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, xüsusilə də Bakıda tıxac probleminin aradan qaldırılması üçün önləyici tədbirlərin görülməsi vacibdir: “Bu istiqamətdə daha ciddi və məqsədyönlü addımlar atılmalıdır. Belə tədbirlərdən biri də müxtəlif müəssisələr, o cümlədən təhsil müəssisələri üçün iş qrafiklərinin fərqli şəkildə tənzimlənməsidir.  Müəssisələr üzrə iş saatlarının başlanma və bitmə vaxtları müxtəlifləşdirilməli, müəyyən koordinasiyalı şəkildə planlaşdırılmalıdır. Bu yanaşma tıxacların azalmasına mühüm töhfə verə bilər.  Təbii ki, digər önləyici tədbirlər

“Bu gün çox təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqının digər institutları kimi AvroNest platformasını da şantaj və təzyiq vasitəsinə çevirib”. Bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin AvroNest Parlament Assambleyasının qətnamələrinə cavab bəyanatında əksini tapıb.  Bəyanatda qeyd olunur ki, bəzi avroparlamentar deputatlar qətnamələrin mətnlərinə Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz və qıcıq doğuran qeydlər əlavə ediblər: “Qətnamələrdən birində 2024-cü ilin parlament seçkiləri "saxtalaşdırılmış", xalq tərəfindən seçilmiş hakimiyyət isə “özünü elan etmiş” adlandırılır. Həmçinin polis əməkdaşlarına və dövlət institutlarına hücum etmiş, barələrində məhkəmənin ittihamedici hökmləri çıxarılmış şəxsləri

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. İcra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, İcra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov cənayət məsuliyyətinə cəlb edilib.Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlıq üzv ölkələr arasında iqtisadi inteqrasiyanın və regional əlaqələrin möhkəmləndirilməsinin əsas istiqamətlərindən biridir. Bu kontekstdə dəmir yolu nəqliyyatının inkişafı, xüsusilə Trans-Xəzər və Bakı–Tbilisi–Qars (BTQ) xəttinin imkanlarının genişləndirilməsi, türk dünyasının iqtisadi məkanında vahid nəqliyyat şəbəkəsinin formalaşdırılmasında mühüm rol oynayır. Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT-yə üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclası da bu məqsədlərə xidmət edən mühüm platforma kimi çıxış edib. İclasda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılması, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal daşımaların inkişafı, həmçinin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28‑də regionlarda iqtisadi inkişafın yeni mərhələsinin işarəsi sayılan bir sıra sənaye obyektlərinin açılışında iştirak edib. İlk olaraq, “Taşobası MMC” tərəfindən Sabirabad Sənaye Məhəlləsidə yaradılmış pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub. Müəssisə Türkiyə, Almaniya və İtaliya texnologiyaları əsasında illik 8 min ton mahlıc və 10 min ton texniki çiyid istehsal gücünə malikdir.   Sonra, eyni məhəllədə yerləşən “Fırtına Su Sistemləri MMC”nin su filtrləri istehsalı müəssisəsinə baş çəkilib. Bu müəssisə ildə 210 min ədəd filtr və 15 min su filtri cihazı istehsal etməyi planlaşdırır.

Son dövrlər icra hakimiyyətlərində aparılan əməliyyatlar və həbslər bu strukturlarda uzun müddət vəzifədə qalan məmurlarla bağlı müəyyən sualları gündəmə gətirib. Belə ki, həbs olunan icra başçılarının əksəriyyətinin 10 ildən artıq müddətdə rəhbər vəzifədə çalışması bu postlara vaxt məhdudiyyətinin tətbiqi barədə müzakirələri gücləndirib. İcra başçıları və digər yerli məmurlar üçün vəzifə müddəti məhdudlaşdırıla bilərmi? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, idarəetmə olduqca məsuliyyətli sahədir, bu bacarığı formalaşdırmaq üçün müəyyən isə vaxt və təcrübə tələb olunur: “Lakin təcrübə təkcə zamanla qazanılmır, həm də şəxsin xarakterindən və idarəetmə qabiliyyətindən asılıdır. Rəhbərlik bacarığı yalnız sahəni

Moldova prezidenti Maya Sandu qeyd edib ki, Rusiya qarşıdan gələn parlament seçkilərində Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışacaq. Bəs bu, nə dərəcədə realdır? Bu barədə Demokrat.az-a danışan millət vəkili Arzuxan Əlizadənin sözlərinə görə, Rusiyanın keçmiş post-sovet məkanında olan ölkələri nəzarətdə saxlamaq istəyi sirr deyil: “Zaman-zaman Rusiyanın bu ölkələrdə mövqeyi zəifləməkdədir. Xüsusən Ukraynadakı müharibə fonuda Rusiyanın özünün problemləri onun digər ölkələrə nəzarət imkanlarını zəiflədib.  Bu yaxınlarda Moldovada parlament seçkiləri keçirildi. Keçmiş prezident İqor Dodonun timsalında Rusiyanın dəstəyi var idi və Rusiya onu dəstəkləyən qüvvələrin köməyi ilə Moldovanı nəzarətə götürmək istəyirdi.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderlərini Ağ Evə dəvət edib. Məqsəd bir həftə sonra - noyabrın 6-da Vaşinqtonda C5+1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitidir. Diqqəti çəkən məqam odur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə