AMİP-30
a

KİV

Türkiyə hökumətinin PKK-nın tərksilahı ilə bağlı atdığı son addımlar bir sıra xarici qüvvələri əməlli-başlı çaşdırıb. Onlar hər vəclə çalışırlar ki, terror problemi birdəfəlik başa çatsın. Xatırladaq ki, “Terrorsuz Türkiyə” prosesində PKK-nın tərksilahının 4 aya tamamlanması gözlənilir. Lakin Ankara İsrail və İranın “Terrorsuz Türkiyə” hədəfinə zərər verə biləcəyini nəzərə alaraq bu barədə hər iki ölkəyə sərt şəkildə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilir ki, həmin güclər prosesə əngəl olacaqları təqdirdə, Ankara bunu müharibə səbəbi kimi qiymətləndirəcək və sərt şəkildə reaksiya verəcək. Məlumatda deyilir ki, İsrail kürdləri bölgədə proksi qüvvəyə çevirməyə çalışır,

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib ki, Ermənistan gec-tez Azərbaycanın şərtləri ilə razılaşacaq: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq. Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk

“Müasir qlobal tendensiyaları nəzərə alan Azərbaycan yerləşdiyi geosiyasi vəziyyətə uyğun olaraq yürütdüyü çoxtərəfli diplomatiya və multilateralizm siyasəti nəticəsində bütövlükdə təmsil etdiyi bölgədə sabitliyə, təhlükəsizliyə, inkişafa töhfə verməklə Avrasiya coğrafiyasında ciddi əməkdaşlıq körpüsü rolunu oynayan mərkəzə çevrilib. Milli maraqlara söykənən bu xarici siyasət əsasında Azərbaycan regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Azərbaycan “konsensus diplomatiyası”ndan fayadalanraq kompromislər nəticəsində Cənubi Qafqazı bir-birinə rəqib və zidd olan güclər arasında əməkdaşlıq və dialoq mərkəzinə çevirə bilib. Yürüdülən uğurlu

Zaman dəyişir, dünya yenilənir, beynəlxalq münasibətlər isə bu dinamik fon üzərində daim yenidən formalaşır. Belə bir dövrdə Azərbaycan öz xarici siyasətini tarazlı, çoxşaxəli və prinsipial mövqe üzərində quraraq, beynəlxalq aləmdə güclənən nüfuzunu daha da möhkəmləndirir. Xüsusilə də Avropa İttifaqı ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Bu baxımdan İspaniya ilə qurulan tərəfdaşlıq münasibətləri təkcə diplomatik əlaqə deyil, həm də strateji əməkdaşlığın real təzahürüdür. İspaniya Avropanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, həm də Qərblə Şərq arasında körpü rolunu oynayan mühüm aktordur.

Ermənistanın hazırkı Konstitusiyası gələcəkdə Azərbaycana qarşı təcavüzün hüquqi zəmini kimi qorunub saxlanılırsa, sülh yalnız illüziyadır. Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu reallığı açıq şəkildə bəyan edir.Ermənistanın konstitusiyasının dəyişdirilməsi sülh üçün əsas şərtdir. Bu, təkcə siyasi iradə deyil, Azərbaycanın milli təhlükəsizliyini təmin etmək üçün legitim tələbidir. Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib. Deputat bildirdi ki, Ermənistanın 1991-ci ildə qəbul etdiyi Müstəqillik Aktında Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərinə iddialar öz əksini tapmışdır:  “Hazırda qüvvədə olan Ermənistan Konstitusiyasının preambulasında da həmin Müstəqillik

Konyak spirti daşıyan bəzi avtomobillər buraxıldı, lakin təəssüf ki, problem həll edilmədi, çünki problemin həlli onun səbəbinin institusional anlayışını nəzərdə tutur. Bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan mayın 15-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində Rusiyaya konyak spirti ixrac edən erməni yük maşınlarının Gürcüstanda saxlandığı, plombların qırıldığı, nümunələr götürülüb analizə göndərildiyi, bu məhsulların Gürcüstan üçün nəzərdə tutulmadığı, Gürcüstanın sadəcə olaraq tranzit ölkə olduğu faktına toxunaraq bildirib: “Düzünü deməliyəm, səbəblər bizə aydın deyil, biz bütün səviyyələrdə problemin həllini tapmağa çalışırıq. Qeyd etmək istərdim ki, bizim ilkin

“Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin funksiyalarının bir qədər artırılmasına, statuslarının bir qədər yüksəldilməsinə ehtiyac var və gələcəkdə bu məsələyə baxıla bilər”. Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, bələdiyyə sisteminin ləğvi mümkün olmayan məsələdir, çünki Azərbaycanda bələdiyyələr konstitusion əsasla yaradılmış təsisatdır: “Bələdiyyələrin ləğvi müzakirə mövzusu olmamalıdır. Bütün dünyada qəbul edilmiş təsisatlardır, yerli özünüidarəetmə orqanlarıdır. Xüsusən Türkiyədə bələdiyyələrin böyük rola malik olduğunu, əhəmiyyətli funksiyalar yerinə yetirdiyini görürük. Biz çox istərdik ki, Azərbaycanda da bələdiyyələr daha aktiv olsunlar, proseslərdə fəal iştirak etsinlər, problemlərin həllində rol

"Ermənistan guya balanslaşdırılmış siyasət yürütmək istəyir. Yəni həm Qərblə, həm də Rusiya ilə münasibətləri davam etdirməklə balanslı yol tutmağa çalışır". Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Deputat vurğulayıb ki, əslində balanslı siyasət yürütmək üçün müstəqil mövqe sahibi olmaq lazımdır: "Ermənistan heç zaman müstəqil siyasət yürütmək imkanlarına malik olmayan qondarma bir dövlətdir. Uzun müddət ərzində Rusiyanın forpostu olaraq fəaliyyət göstərib. İndiki mövcudluğu da əslində Rusiyanın forpostu olaraq qalmasıdır. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür. Dəfələrlə deyilib ki, Ermənistan iqtisadiyyatı birmənalı Rusiyadan asılıdır. Ölkədəki şirkətlərin böyük hissəsi Rusiya

Məlum olduğu kimi, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları prosesi davam edir. Bu mərhələdə gündəmə gətirilən əsas mövzulardan biri 30 il ərzində keçmiş məcburi köçkünlərin yaşadıqları mülki şəxslərə məxsus evlərin aqibətinin nə olacağıdır. Ünvanlanan suallar arasında bir sıra cavabsız qalan məqamlar var: məskunlaşdıqları evlərdən çıxmaq istəməyən keçmiş məcburi köçkünlərlə bağlı qanun çərçivəsində hansı addımlar atıla bilər, 30 il ərzində evlərə dəyən ziyanla bağlı xərcləri kim qarşılamalıdır? Pravda.az xəbər verir ki, indiyədək işğaldan azad edilən ərazilərdə 3464 ailənin, 13745 nəfər keçmiş məcburi köçkünün