“Pensiya yaşına qədər ölən şəxsin yığılan pulu ailəsinə verilsin” – Deputatdan TƏKLİF
"Sosial-müdafiə və pensiya sahəsində artımlar var, amma dövlət bu məsələyə yenidən baxmalıdır". Redaktor.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə söyləyib. "Çünki Azərbaycanda ömür yaşı həddi çox deyil. Statistikaya baxsaq, pensiyaya çıxa bilən insan sayı azalıb. Təklif edirəm ki, həmin insan pensiya yaşına qədər ölərsə, onun yığılan pulu ailəsinə verilsin. Bir sıra sahələrdə pensiyaya çıxma könüllülük prinsipində olmalıdır. Məsələn, müəllim və həkimlər 65 yaşı olan kimi pensiyaya çıxmaq istəmirsə, 70-ə yaşa qədər bu onun
Pensiya təminatı məsələsinə yenidən baxılması təklif olunur
Azərbaycanda pensiya təminatı məsələsinə yenidən baxılmalıdır. Bunu AMİP sədri, deputat Arzuxan Əlizadə deyib. "Pensiya təminatı məsələsinə yenidən baxılmalıdır. Azərbaycanda insanların ömür yaş həddi yüksək deyil. Statistika göstərir ki, hər il pensiyaçıların sayı azalır. Təklif edirəm ki, şəxs pensiyaya çıxandan sonra fərdi sahibkar qismində işləmək istəyirsə, pensiya fondunda yığılan pulun bir hissəsi ona verilsin. Həmçinin şəxs dünyasını dəyişərsə onun pensiya fonduna yığılan vəsait ailə üzvlərinə verilsin", - deputat noyabrın 26-da Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Deputat həmçının söyləyib ki, şəxs pensiyaya
Afsəddin Nəbiyev: “Bölgədə yaranan yeni reallıqları Belçika parlament üzvləri qəbul edə bilmirlər”
Belçika parlament üzvləri Azərbaycana bağlı absurd tələblə çıxış ediblər. Bakıda keçirilən COP29 iqlim konfransı münasibətilə Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvü bəyanat verib. Bəyanatda Azərbaycan hökumətinə və COP29-da iştirak edən Belçika hökumət nümayəndə heyətinə üç əsas tələblə müraciət ediblər: Azərbaycanda saxlanılan erməni “hərbi əsirlər”in azad edilməsi; Dağlıq Qarabağın erməni mədəni irsini qorumaq; Azərbaycan qoşunlarını Ermənistan Respublikasının işğal olunmuş ərazisindən çıxarmaq, eləcə də Azərbaycanın Ermənistana qarşı hər hansı “təcavüzünü” dayandırmaq. Bu absurd çağırışı Belçikanın 6 partiyası dəstəkləyib. Daha sonra onlar Belçika, Flandriya və Valoniya
İranın yeni paytxatı hansı şəhər ola bilər? (ŞƏRH)
"Tehranın həddən artıq yüklənməsi Pezeşkianı paytaxtı cənuba köçürməyə vadar edir". Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə İran prezidenti Məsud Pezeşkianın paytaxtı başqa şəhərə köçürməklə bağlı qərarını şərh edərkən deyib. Arzuxan Əlizadə bildirib ki, İran paytaxtının köçürülməsi məsələsi uzun illərdir gündəmdədir: "Bu məsələ Pezeşkiandan əvvəlki dönəmlərdə də gündəmə gətirilib. Amma məsələ bu vaxta qədər həllini tapmayıb. Pezeşkian isə məsələni artıq konkret formada gündəmə gətirib. O paytaxtı cənuba köçürməkdən başqa çıxış yollarının olmadığını söyləyib". Deputat bildirib ki, paytaxtın köçürülməsinə böyük vəsait və müəyyən illər lazımdır: "Bu mənada,
Azərbaycanla güc müstəvisində danışmaq mümkün deyil – DEPUTAT
"BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi onu deməyə əsas verir ki, ölkəmiz bu Konfransa qatılan ölkələr içərisində böyük nüfuz əldə etməklə bu tədbirə ev sahibliyi hüququ qazanıb". Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Bundan öncə də Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladan sədr müavini söyləyib: "İştirakçıların və qonaqların təəssüratlarından belə qənaətə gəlmək olar ki, bu tədbir kifayət qədər yaxşı təşkil olunub: "Təbii ki, bu cür qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi ölkəyə beynəlxalq ictimaiyyətin
ABŞ senatorlarının Bakıda uydurduqları yalanlar…
ABŞ senatorları Edvard Marki və Şeldon Uaythaus COP29 çərçivəsində Bakıda keçirilən brifinqdə Ermənistanı dəstəklədiklərini bildiriblər və çoxdan ləğv edilən “Dağlıq Qarabağ” adlı bədnam qurumdan “məcburi köçkün edilmiş ermənilərin” geri qaytarılması hüququnu vurğulayıblar. Senator Edvard Marki xüsusilə Azərbaycanda “saxlanılan məhbusların azad edilməsinə” və “ermənilərinin geri qayıtmaq hüququnun təsdiqlənməsinə” çağırıb. “Biz hesab edirik ki, məhbuslar azad edilməli və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququ qorunmalıdır”, - amerikalı senator bildirib. (Bakıxeber.com). Senator Şeldon Uaythaus da öz növbəsində Ermənistanı dəstəklədiklərini qeyd edib: “Mən və senator Marki Ermənistanı dəstəkləyirik. Bu
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümüdür. Modern.az bu münasibətlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə ilə həmsöhbət olub. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın ilk dönəmlərində qurulmuş partiyadır: “Milli İstiqlal Partiyası da müstəqil Azərbaycanın ilk qeydiyyatdan keçmiş siyasi təşkilatıdır. Bir neçə ay sonra isə YAP quruldu. Qısa müddət ərzində mərhum Heydər Əliyev bu partiyanın kifayət qədər böyük bir partiyaya çevrilməsinə, bir müddətdən sonra hakimiyyətə gəlməsinə nail oldu. Bu da çox böyük dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı olan şəxsin bilavasitə xidmətlərinin nəticəsi idi. YAP
“Paris günahı özündə axtarsın” – Deputat
"Fransa ilk növbədə atdığı addımları bir daha nəzərdən keçirməli və siyasətində ciddi dəyişikliklərə getməlidir ki, Azərbaycanla münasibətlər normallaşsın". Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanın Fransadakı səfirinin bu ölkənin XİN-nə çağırılmasını şərh edərkən deyib. "Makronun ölkəmizə qarşı yürütdüyü siyasət təəssüf ki, Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə və bir çox sahələr üzrə hətta dayanmasına səbəb olub. Fransa regionda daha geniş iqtisadi əlaqələri Azərbaycanla qurub. "Total" neft şirkəti daxil olmaqla təxminən 50-ə yaxın Fransa şirkəti ölkəmizdə fəaliyyət göstərir. Amma Makron hakimiyyətə gəlişilə ədalətsiz siyasət yürütmək, yenidən
Fransa müstəmləkəçiliyinin NÖVBƏTİ QURBANI – Martinik xalqına necə DİVAN TUTULUR?
Xeyli vaxtdır Karib dənizindəki Martinik adasında etirazlar səngimir. Buna səbəb həddindən artıq inflyasiya və bahalaşma, əhalinin yaşayışının ağırlaşması, eləcə də insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Fransanın müdaxiləsi ilə
Parlamentari: Şər-böhtan kampaniyası iflasa uğradı
Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 işini uğurla davam etdirir. Artıq mötəbər tədbiri baş tutmuş saymaq olar. Azərbaycanın toplantıya yüksək ev sahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. COP29-a uğurlu ev sahibliyi ölkəmizi beynəlxalq ictimaiyyətə tamamilə yeni qiyafədə tanıtdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti