AMİP-30
a

KİV

Bu gün türk dünyasının bütövləşməyə doğru getməsi bütün dünya güclərini ciddi narahat etməkdədir. Ona görə də bu birliyin zəiflədilməsi üçün cəhdlərin olması gözləniləndir. Lakin öz gücünə və gələcəyinə inanan türklər bütün bu maneələri əzimlə aşacaq və dünyada layiq olduğu məqama yiyələnəcək. Bununla belə, Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Orban isə Ərdoğanın düşməni Netanyahuya qucaq açdı. Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət

Keçən həftə sonu ABŞ-ın bütün böyük şəhərlərini etiraz dalğası bürüdü. Ölkənin 50-ə yaxın ştatında Prezident Trampın yürütdüyü siyasətə etiraz olaraq mitinqlər təşkil olundu. Hansı ki, bu aksiyalarda təxminən 1 milyona yaxın insan iştirak edib. Etirazçıların Trampın yürütdüyü miqrasiya və gömrük rüsumu siyasətinə qarşı çıxaraq, onun bu addımının Amerikanın beynəlxalq nüfuzunun sarsılmasına yönəldiyini bəyan ediblər. Bu azmış kimi, Trampın addımları bəzi milyarderləri də çətin duruma salıb. Onlar yürüdülən siyasətin qurbanı olaraq böyük ziyana məruz qalıblar. Belə bir vəziyyətdə Amerikada Trampdan narazılıq artmağa başlayır. Onun nəticəsidir ki, son rəy sorğularına görə

Məlumat verildiyi kimi, bu il aprel ayının 2 də Azərbaycan Milli İstiqlal partiyasının qurucusu, ilk sədri, Fəxri Lideri Etibar Məmmədovun 70 yaşı tamam oldu. Bu məqsədlə aprel ayının 1-də  siyasətçilərin, ictimai siyasi xadimlərin, media rəhbərlərinin, jurnalistlərin iştirakı ilə geniş tədbir keçirilmiş, onun haqqında yazılan iki cidlik siyasi bioqrafik kitabın təqdimatı keçirdilmişdir. AMİP dünyada 80-dən artıq sağ mərkəz partiyalarını ətrafında birləşdirən Beynəlxalq Demokrat İttifaqının (IDU) üzvüdür və Etibar Məmmədov 17 il müddətində bu təşkilatın sədr müavini olmuşdur. AMİP-ə Etibar Məmmədov adına  həm IDU çərçicəsində  ikitərəfli

Prezident İlham Əliyev mətbuata bəyanatında ona verilən sualı cavablandırarkən Qərb dairələrinin Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmağının əsassız olduğunu konkret arqumentlərlə əsaslandırıb: “Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni həddindən çox yükləmək də istəməmişdi, ona görə o, çox yığcam müqavilədir, əsas prinsipləri əhatə edir. Yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər nazirliklərinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoş niyyət göstərib. Əks təqdirdə, bu sənəd ərsəyə gəlməzdi.

“Mühacirlərin ölkəyə qaytarılması barədə Azərbaycan tərəfinin hüquqi müstəvidə tələbləri olacaqsa, təbii ki, Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda məsələ Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnə bilər. Bu, istisna edilmir. Xüsusilə, Azərbaycanın son dövrlər artan nüfuzu, gücü deməyə əsas verir ki, Azərbaycan dövləti bütün proseslərdə haqlı mövqedən çıxış etməklə öz haqqını, hüququnu ən yüksək səviyyədə qorumağa, təmin etməyə qadirdir. Biz artıq belə bir dövlətə çevrilmişik. Almaniya Prezidentinin Azərbaycana səfəri ərəfəsində baş verən xoşagəlməz hadisə buna bariz nümunədir. Almaniya Prezidenti Azərbaycandan əvvəl  Ermənistana səfər etmişdi. Bir

Aprel döyüşləri tarixi zəfərimizə gedən yolda ilk müjdə oldu. Bu döyüşlər xalqımıza ilkin qələbəni yaşatmaqla strateji yüksəkliklərin erməni işğalından azad edilməsinə gətirib çıxardı. Beləliklə, ermənilərin yalandan uydurduğu “ordunun məğlubedilməzliyi” sindromu sındırıldı. Milli Məclisin deputatı Arzuxan Əlizadə isə Trend-ə açıqlamasında Aprel döyüşlərində əldə olunan nəticələrdən bəhs edib: “2016-ci il aprel 2-də Azərbaycan Silahlı Qüvvələri çox ciddi hərbi əməliyyat həyata keçirdi. Nəticədə Lələtəpə yüksəkliyi, eləcə də Tərtərin Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Cocuq Mərcanlı kəndi, Gorboyun Gülüstan, Tərtərin Qazaxlar, Suqovuşan kəndi istiqamətində, eləcə də digər istiqamətlərdə bir sıra strateji

“Dədə Qorqud  Fondunun” Prezidenti Eldar İsmayılov Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri ,İstiqlalçı deputat, Azadlıq hərəkatının liderlərindən biri Etibar Məmmədova  70 illiyi münasibətilə keçirilən tədbirdə “Vətən Övladı” mükafatını təqdim edib. Bu mükafat indiyədək Azərbaycanın say-seçmə övladlarına, Milli qəhrəmanlara, elm, ədəbiyyat və incəsənət xadimlərinə, dövlət başçılarına, din xadimlərinə, vətən, dövlət qarşısında xidməti olan insanlara təqdim edilib. Mükafatın təqdim edildiyi insanlar sırasında ölümlərindən sonra Milli qəhrəmanlar Mübariz İbrahimov, Albert Aqarunov, elm və incəsənət xadimləri akademik Ziya Bünyadov, Tahir Salahov, Məmməd Araz kimi korifeylərin adı var. Bütün İstiqlalçılar

Angela Merkelin kanserliyi dönəmində (2005-2021)Almaniya-Azərbaycan münasibətləri yaxşı olub. Hətta 2019-cu ildə Merkel çıxışların birində dolayı və üstüörtülü olaraq eyham vurdu ki, Qarabağda erməni separatçılarının arxasında Rusiya olub. Ancaq 2021-ci ilin sonlarında Merkel gedəndən sonra ASDP-nin timsalında qurulan Almaniya hökuməti ermənilərin maraqlarından çıxış etməyə başladı və bu, bu günə qədər müxtəlif formalarda özünü göstərir. Dəfələrlə alman mediasında Azərbaycanla bağlı qərəzli matereallar dərc edilib, suverenliyimizə qarşı pozucu mövqe sərgilənib. Müqayisə üçün qeyd edək ki, Merkel Xristian Demokrat Partiyasını təmsil edirdi. Bu dəfə də Almaniyada yeni hakimiyyəti fevralda seçkilərdə

"Dünəndən aparıcılardan birinin efir zamanı səsləndirdiyi fikirlər gündəm olub. Zaman-zaman fərqli verilişlərdə bu cür adekvat olmayan fikirlər səsləndirilir. Məsələ hər dəfə gündəm olduqdan sonra unudulub gedir. İstənilən halda  Azərbaycan ictimaiyyətinə qarşı normal olmayan fikir efirdən səsləndirilirsə, bunun qarşılığı olmalıdır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  O bildirib ki, Audiovizual Şura  bu cür açıqlamalarla gündəmə gələn aparıcılarla bağlı ölçü götürməli, televiziya rəhbərlərinə xəbərdarlıq edilməlidir: "Təkcə teleaparıcılar deyil, bir çox verilişlər Azərbaycan əxlaqına, mədəniyyətinə uyğun deyil. Verilişlərə cəmiyyətdə reputasiyası aşağı olan insanlar dəvət edilir, onların dili ilə hanısa

Azərbaycan tarixi şanlı səhifələri ilə yanaşı, faciələr və soyqırımları da görüb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Həmin vaxt Bakı şəhərində və Azərbaycanın digər bölgələrində erməni-bolşevik silahlı dəstələri azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçiriblər. Bu qətliamlar nəticəsində 10 minlərlə azərbaycanlı həyatını itirib. Soyqırımı əsasən erməni millətçilərinin silahlı dəstələri və bolşevik rejiminin dəstəyi ilə həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti 1919-1920-ci illərdə 31 martı Milli Matəm Günü elan edib. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub