AMİP-30
a

Rəsmi sənədlər

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilmişdir. Şəhidlərin və Türkiyədə “əsrin fəalkəti” nəticəsində həlak olmuş insanların xatirəsini yad etməklə başlayan iclasda ölkədə və regiondakı mövcud durum, eləcə də “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Qardaş Türkiyənin cənub-şərqində baş vermiş və ölkənin bir sıra yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər hər birimizi dərindən kədərləndirdi. Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından  dərin hüznlə başsağlığı verir və səbr diləyir, xəsarət alanlara Uca Tanrıdan şəfa diləyirik!   Türk xalqının gücü və qətiyyəti ilə fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına inamımızı ifadə edirik. Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Tanrı Türkiyəmizi qorusun! Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının Sədri

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirir və şiddətlə qınayırıq. Bu özünü “din qardaşı” adlandıran rejimin uzun müddətdir ki, Azərbaycan dövlətinə qarşı yürütdüyü düşmən siyasətinin məntiqi davamıdır. Azərbaycanın bir parçası hesab edilən səfirliyimizə edilən silahlı hücum suverenliyimizə qarşı qəsddir və baş verən qanlı olaya görə ərazisində yerləşən diplomatık korpusun təhlükəsizliyinə təminat verən İranın siyasi və dini rəhbərliyi başda olmaqla bu dövlətin rəsmi qurumları məsuliyyət daşıyır. İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi heç bir halda inandırıcı

20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır .“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər

İstanbulun mərkəzində, İstiqlal küçəsində baş verən xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri hər birimizi dərindən sarsıltdı.Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi proseslərin əsas təşəbbüskarı və öncülü olmasının terroru dəstəkləyən ayrı-ayrı dövlətlərin maraqlarına cavab vermədiyi göz qabağındadır.Milli İstiqlal Partiyası baş vermis terror aktının Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmağa, vətəndaş narahatlığına nail olmağa, onların siyasi iradələrinə təsir etməyə hesablandığını bəyan edərək bildirir ki, kimin nə planlaşdırdığından asılı olmayaraq onlar öz məqsədlərinə çata bilməyəcəklər.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törədərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalaması ölkəmizin ərazisinə və suverenliyinə qarşı növbəti təcavüz aktıdır

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal qrup üzvü tərəfindən hücuma məruz qalması birmənalı olaraq vandalism aktıdır və nə bu təxribatın, nə də həmin qrupun İslam dini ilə hər hansı bağlılığından söhbət gedə bilməz. Hər bir ölkənin səfirliyinin həmin ölkənin ərazisi hesab olunduğunu nəzərə alaraq bu aktı ölkəmizin ərazisinə təcavüz kimi qiymətləndirir və sərt şəkildə qınayırıq.