AMİP-30
a

Müsahibələr

Son günlərdə Türkiyə mətbuatında Azərbaycanla bağlı xoşagəlməyən proseslərin şahidi olduq. Mövcud mənzərəyə istər ölkə daxilində, istərsə də qardaş Türkiyədə rəsmi olaraq kəskin etiraz bildirildi. Strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək istəyən qüvvələrə qarşı sarsılmaz birlik bir daha nümayiş etdirildi. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. – Son günlər Türkiyə mediasında Azərbaycanı hədəf alan bəzi materiallara rast gəlinir. Bu məsələ ilə bağlı hətta Türkiyə Böyük Millət Məclisi də bəyanatla çıxış edib. Sizcə, bu prosesin arxasında hansı məqsədlər dayanır? - İlk olaraq demək istəyirəm ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir

"ABŞ-nin İranla mümkün hərbi toqquşma fonunda qaçqın axını ola bilər ki, bu da humanitar böhran yarada bilər" "Çünki Azərbaycanla İran çox böyük sərhədə malikdir. Türkiyə tərəfi qabaqlayıcı tədbir kimi İranın öz daxilində səhəddə xüsusi buffer zona yaradıla biləcəyi ehtimalını da irəli sürüb. Bu baxımdan, Türkiyə və Azərbaycan qabaqlayıcı tədbirlər görməli və regiondakı riskləri minimuma endirməlidir" Azərbaycanın xarici siyasət kursu son illərdə regionda diqqət mərkəzində olan mövqeyini daha da möhkəmləndirib. Bu kontekstdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə Prezident İlham Əliyevin Avropa və Vaşinqton səfərlərinin əhəmiyyəti,

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə sonuncu qonağı parlamentin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadədir. Deputatla müsahibədə son hadisələrdən danışmışıq. - Arzuxan bəy, Vaşinqton və Münxen olaylarında Rusiyanın izi olduğu fikirləri səslənir. Sizcə, bu kampaniyada Moskvanın əlinin olması mümkündürmü?- Rusiyanın bu kampaniyanın arxasında olduğu ehtimalı var. Amma təkcə Rusiya deyil. Ümumiyyətlə, yanaşmam budur ki, Qarabağdakı qələbədən sonra Azərbaycan dünya sioasi səhnəsində diqqət mərkəzinə gəlib. Bizim müstəqil siyasətimizi qəbul etməyənlər arasında şimalda, cənubda qonşular da var, Qərbdə dövlətlər də. Təəssüfedici hal odur ki,

Dünyada yaşanan və xeyli həssas olan proseslər fonunda Münxen Təhlükəsizlik Konfransı və bu platformada Azərbaycanın Prezident İlham Əliyevin timsalında ən yüksən səviyyədə təmsil olunması diqqət çəkdi. Dövlət başçısının konfrans zamanı səsləndirdiyi bəyanatlar, müsahibələri dünya mediasının da diqqət mərkəzində oldu. Konfransdan həmən sonra isə Azərbaycan Prezidentinin Serbiyaya səfəri reallaşdı. Hafta.az gündəmi politoloq Rəşad Bayramovla dəyərləndirib: – Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin iştirakı, artıq ənənə halını alıb. Bu iştirak həm də Azərbaycan–Avropa əlaqələrinin ümumi konturlarını müəyyənləşdirir. Münasibətlərdə ümumi mənzərə necədir?   – Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk qonağı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadədir. Deputat üç qonşu ölkə - İran, Rusiya və Ermənistanla bağlı suallarımızı cavablandırıb: - Arzuxan bəy, cənub qonşumuzda etirazlar səngiyib. Demək olar ki, proses bitdi, yoxsa yeni dalğasını gözləyirsiniz? - İranda hadisələr Tehran bazarından başlamışdı. Tacirlər dolların bahalaşmasına, milli valyutanın dəyərini itirməsinə, üzləşdikləri problemlərə etiraz edirdilər. Bu etirazlar sonra ölkənin bir çox yerlərinə sıçradı. İndi gərginlik müəyyən qədər səngiyib, amma buna səbəb olan poblemlər aradan qalxmayıb. Əksinə, etirazçıların

Azərbaycanda cinayətkarlığın genişlənməsində narkotiklə bağlı hadisələrin xüsusi çəkisi var. Bu, son illərin rəqəmlərində də aydın şəkildə gözə çarpır. Belə ki, rəsmi açıqlamalara görə, 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı 3156 idisə, 2020-ci ildə 5252-yə, 2024-cü ildə 8863-ə çatıb. Narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 2015-ci ildə 2521 nəfər idisə, 2020-ci ildə 4233 nəfərə, 2024-cü ildə 7245 nəfərə çatıb. 2024-cü ildə narkotiklə bağlı cinayət törədən 7245 nəfərin 4972-si işsiz və təhsilsiz, 2633 nəfəri isə əvvəllər cinayət törədən şəxslərdir. Onların

Cənubi Qafqaz regionu geosiyasi, geoiqtisadi müstəvidə dünya güclərinin diqqətindədir. Bölgədə sülhün bərqərar olmasından əlavə, gərginlik yaşayan müəyyən qruplar yenə də erməni maşasından istifadə edib çaxnaşma salmağa, sülh prosesinin qarşısını almağa çalışırlar. Şərq və Qərbin ən böyük iqtisadi gücləri olan dövlətlər sülhü zəruri edən layihələrə start verib, təhlükəsizliyin təmin olunması üçün addımlar atırlar. Bu mənada, Orta dəhlizdən keçən Zəngəzur dəhlizinə qarşı nə qədər mənfi çıxışlar olsa da, yol xəritəsi çəkilib və əsas hədəfə doğru hərəkət var. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. - Azərbaycan Prezidenti İlham Əliyev

“İşğaldan azad olunan ərazilərə birgə səfərlərin davam edəcəyi gözlənilir”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cümhuriyət”-ə müsahibəsində deyib.  Amip.az müsahibəni təqdim edir: - Arzuxan bəy, artıq işğaldan azad olunan ərazilərə 8 səfər təşkil olunub. Bu səfərlərlə bağlı təəssüratlarınızı öyrənə bilərik? - Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq işğaldan azad olunmuş bölgələrə 8 səfər reallaşıb. İlk səfər 17 mart 2021-ci ildə Ağdama olub. Həmin gündən başlayaraq bu səfərlər ardıcıl xarakter almağa başlayıb. İndiyə kimi Ağdam, Şuşa, Laçın, Xankəndi, Əsgəran, Xocalı, Cəbrayıl və Zəngilana

“Müharibə başlayandan əvvəllər də əslində Azərbaycana qarşı şər kampaniyası vardı. İran-İsrail müharibəsi başlayan gündən demək olar ki, Azərbaycana qarşı növbəti dəfə bu şər-böhtan kampaniyası alovlanıb. Bunun düşmənlərimiz tərəfindən idarə olunması birmənalıdır. Eyni zamanda ermənilər də öz platformalarında bunu tirajlayırlar. Guya Azərbaycan ərazisindən İran vurulub, guya Azərbaycan ərazisindən dronlar qalxıb deyə yalanlar və saxta məlumatlar ötürürlər. Xarici mətbuata da bununla bağlı məlumatlar ötürürlər. Yalan məlumatlar ötürülür, amma əllərində heç bir fakt yoxdur. Heç bir dəlil, sübut da yoxdur”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə

Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Eyni zamanda Çin dünya iqtisadiyyatında çəkisinə görə ikinci ölkə hesab olunur. Bu baxımdan Çin Xalq Respublikasının dünya iqtisadiyyatına və siyasətinə təsir imkanları kifayət qədər genişdir. Azərbaycan dövləti 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Çinlə müxtəlif sahələrdə münasibətlər formalaşıb. İlkin olaraq diplomatik münasibətlər çərçivəsində əməkdaşlıq yaradılıb. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycanda və Azərbaycanın Çin Xalq Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bundan sonrakı dönəmlərdə də müxtəlif sferalarda Azərbaycan-Çin münasibətləri artan dinamika üzrə inkişaf edib. Münasibətlərin inkişafına rəvac