Deputatdan taksilərlə bağlı AÇIQLAMA: “Sayı azaltmaqla keyfiyyət əldə etmək yanaşması qəbul edilən deyil”
"Bəzi mütəxəssislər 25 min təksi sayının Bakı şəhəri üçün az olacağını deyirlər, lakin bəziləri bu sayın kifayət edəcəyini bildirir. Digər mütəxəssislər isə hesab edirlər ki, əgər Bakı şəhərində təxminən 30-35 min təksi fəaliyyət göstərsə, bu zaman say baxımından kifayətlilik təmin oluna bilər". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. "Yəni bu məsələdə fikirlər müxtəlifdir və haçalanır. Amma mən bir məqamla qətiyyən razı deyiləm. Taksilərin sayını azaltmaqla xidmət keyfiyyətini artırmaq fikri, məncə, absurddur. Keyfiyyətin artırılması üçün daha effektiv tədbirlər görülməsi daha məqsədəuyğundur". O bildirib ki, sayı azaltmaqla keyfiyyət
Ramiz Mehdiyev bu cinayətləri tək başına törədə bilməzdi – Arzuxan Əlizadədən İLGİNC REAKSİYA
Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətində barəsində cinayət işi açıldığı, məsuliyyətə cəlb edildiyi və barəsində ev dustaqlığı qismində qətimkan tədbirinin seçildiyi barədə məlumat vermişdik. Artıq bir neçə gündür ki, bu məsələ ölkə gündəmini zəbt edib. Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Sitat.info-ya açıqlama verib.O bildirib ki, Ramiz Mehdiyevə qarşı ictimai münasibət birmənalı olmayıb: " Cəmiyyətdə onun barəsində belə fikir formalaşıb ki, o, şərti olaraq “5-ci kolon” adlandırılan, Rusiyaya bağlı qüvvələrin Azərbaycandakı əsas nümayəndələrindən olub. Ramiz Mehdiyev uzun illər
Arzuxan Əlizadə: ““Parlamentdə Ramiz Mehdiyevin kadrları var” fikri kökündən yanlışdır”
“Parlamentin buraxılması ilə bağlı məsələ gündəmdə deyil. Ramiz Mehdiyevin parlamentdəki kadrları məsələsinə gəldikdə, Mehdiyev 2019-cu ildə vəzifəsindən kənarlaşdırılıb. Parlamentın VI çağırışı 2020-ci ildə, VII çağırışı isə 2024-cü ilin sentyabrında formalaşıb. “Parlamentdə Ramiz Mehdiyevin kadrları var” fikri kökündən yanlışdır. Ola bilər, zamanında Ramiz Mehdiyevlə isti münasibəti olan şəxslər olsun. Amma parlamentin formalaşdırılmasında Ramiz Mehdiyev heç bir halda iştirak etməyib”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. “Onun haqqında cinayət işi qaldırılıb, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çox ciddi ittihamlar irəli sürülüb. Hesab edirəm, bu
Metro stansiyalarının adları ilin sonunadək dəyişəcək?
Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakı şəhərində metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulub. Bu barədə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib. Amma bu barədə hələlik heç bir rəsmi açıqlama verilməyib. “Modern.az”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Bakı Metropolitenində stansiya adlarının dəyişdirilməsi ilə bağlı prosedur belə izah edib: Bakı Metropoliteni QSC-nin rəhbərliyi tərəfindən Nazirlər Kabineti yanında fəaliyyət göstərən adqoyma komissiyasına müraciət edilir. Bu müraciət əsasında stansiya adlarının dəyişdirilməsi
“5-ci kolon”a Ramiz Mehdiyev rəhbərlik edirdi
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması və barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ölkədə böyük səs-küy doğurub. Mətbuatda onun Rusiya ilə əlaqələri, “5-ci kolon” yaratması barədə müzakirələr aparılır. Millət vəkili Arzuxan Əlizadə Modern.az-a bildirib ki, ittihamlar və səslənən məlumatlar onun üçün təəccüblü deyil, Ramiz Mehdiyevin uzun müddət tutduğu vəzifədə müəyyən çevrələrə təsiri və idarəçilik metodları barədə danışıldığını vurğulayıb: "Uzun müddətdir ki, Ramiz Mehdiyevin xüsusilə Rusiya kolonuna – “5-ci kolon”a rəhbərlik etməsi ilə bağlı məlumatlar deyilməkdə idi. Ramiz Mehdiyev uzun müddət ciddi postda təmsil olunub
“Prezidentin sammitdə iştirakı ölkəmizin qlobal aktorlardan birinə çevrildiyini göstərir” – Deputat
“Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə böyük dövlətlərin liderləri ilə yanaşı Azərbaycan Prezidentinin də dəvət olunması təbii ki, olduqca qürurvericidir. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti bariz nümunəsidir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, son iki ildə Qəzzada böyük dağıntılara, çoxsayda insan itkilərinə səbəb olan qanlı müharibə gedirdi. Bu qanlı müharibənin dayandırılması, atəşkəs elan olunması ilə bağlı tərəflər arasında razılaşmanın əldə edlməsi təbii ki, olduqca vacib idi: “Atəşkəsin əldə olunması tarixi hadisə kimi qiymətləndirilir və bu prosesdə ABŞ Prezidenti xüsusi rol
Rəşad Bayramov: “Revanşist müxalifət bu məsələdən hakimiyyətə qarşı istifadə edir”
Bakıda saxlanılan məhbusların azad edilməsi məsələsi Şarm əl-Şeyxdə Azərbaycan tərəfi ilə müzakirə olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında deyib. “Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza sülh sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla yenidən müzakirə etdik”, - Mirzoyan deyib. Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir söz deməsə də, yaxın gələcəkdə bu mövzuda "yaxşı" xəbərlərin olacağına ümidini
Ramiz Mehdiyev dövrünün nostalji hisləri ilə yaşayan bəzi siyasilər var – DEPUTAT
“Azərbaycanda siyasi partiyalaşma institutu ölkə müstəqillik əldə etdikdən sonra formalaşmağa başladı. Ancaq müəyyən müddət keçəndən sonra partiyalara münasibətdə bir ögeylik özünü göstərməyə başladı”. Bunu Azinforum.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirib. Millət vəkilinin fikrincə, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasına rəhbərlik etdiyi dövrdə partiyalara münasibətdə bir ögey-doğmalıq var idi: “Biz bunu hər zaman demişik. Bir sıra partiyalar var idi ki, həmin siyasi təşkilatlar Ramiz Mehdiyevin və onun komandasının imtiyazlı siyahısında idi. Ancaq digər partiyaların əksəriyyətinə bir ögey münasibət sərgilənirdi. Nəhayət 2019-cu ilin noyabrında Azərbaycanda bir ilk yaşandı. Prezident Administrasiyası
Bakını hədəf alan məşhur ruslar: Əliyevlə Putin onları belə susdurdu
Son günlər Rusiya mediasında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Belə ki, uzun müddətdir anti-Azərbaycan ritorikası ilə tanınan Vladimir Solovyov, Konstantin Zatulin, Marqarita Simonyan kimi aparıcı və siyasətçilərin efirdə çıxışları əvvəlki kimi kəskin səslənmir. Bəzi analitiklər bunu Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin Düşənbə görüşündən sonra formalaşan yeni siyasi tonla əlaqələndirirlər. Bu qəbildən olan çıxışların səngiməsi təsadüfdür, yoxsa prezidentlərin ortaq mövqeyindən irəli gəlir? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə xatırladıb ki, Rusiyada həm media, həm də bəzi rəsmilər ölkəmizə qarşı uzun müddətdir mənfi münasibət sərgiləyirdi: “Xüsusilə Solovyov, Zatulin kimi şəxslər və digər anti-Azərbaycan qüvvələr media vasitəsilə açıq şəkildə
Arzuxan Əlizadə: “İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu göstərir”
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. AMİP-in sədri, millət vəkili Arzuxan Əlizadə yenifikir.media-ya bu barədə şərh verib. Deputat bildirib ki, bu gün Misirdə Qəzza ilə bağlı əldə edilmiş atəşkəs çərçivəsində Sülh Sammiti keçirilir və tədbirdə artıq 20 dövlət və hökumət başçısının iştirakı təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev də bu sammitdə iştirak üçün Amerika və Misir prezidentləri tərəfindən dəvət alıb və səfər artıq reallaşıb. Arzuxan Əlizadə qeyd edib ki,