AMİP-30
a

KİV

"Azərbaycanda yas mərasimlərinin aşırı təmtəraqla verilməsi uzun müddətdir ki, cəmiyyətdə müzakirə mövzusudur və hər birimizi narahat edən məsələlərdən biridir. Təəssüf ki, illərdir bu zərərli vərdişdən əl çəkə bilmirik. Əslində, hamımız bilirik ki, bu nə dinimizə, nə də adət-ənənəmizə uyğundur". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  Deputat bildirib ki, bəzi bölgələrdə yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı qərarlar verilib və bu təqdirəlayiqdir: "Amma bütövlükdə, xüsusən iri şəhərlərdə bu sahədə yekdil qərar yoxdur. Hamı yas sahibinə düşən maddi yükdən şikayətlənir, amma ilk addımı atmaq istəmir. Bu səbəbdən də görünən

“Azərbaycan regionda sabit sülhün olmasında maraqlıdır. Biz 44 günlük müharibədə qazandığımız qələbədən sonra da Ermənistana sülh müqaviləsi imzalanması ilə bağlı müraciət edəndə də əsas hədəfimiz bölgədə sülhün, sabitliyin qorunub saxlanması idi və indi də bu mövqedə qalırıq. Eləcə də bizə hansı münasibətdə olmağından asılı olmayaraq, istər şimal qonşumuzun, istər cənub qonşumuzun bu vaxta qədər Azərbaycana xoş olmayan münasibətləri kontekstində də, ona rəğmən Azərbaycan qonşu dövlətlərlə normal və bərabərhüquqlu əməkdaşlıq, qonşuluq münasibətlərinin qorunub saxlanmasında maraqlıdır. Bu baxımdan biz bütövlükdə regionda sülhə və sabitliyə dəstək veririk,

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, İsrail-İran münaqişəsi bütün regionun sabitliyinə təhlükə yaradıb: “Qonşu ölkədə hərbi əməliyyatlar gedəndə, bu artıq regional sabitliyə təhlükədir və bundan sonra müxtəlif ssenarilər baş verə bilər. Ssenarilər haqqında danışmayacağam, çünki fala baxmağın mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, hökumət fərqli ssenarilərə hazırdır”. Maraqlıdır, Rubinyan “hökumət fərqli ssenarilərə hazırdır” deyərkən nəyi nəzərdə tutir? Fərqli ssenarilər deyərkən Zəngəzur dəhlizinin açılması nəzərə tutulur? Axı bu məsələdə ən böyük maneə İrandır. İranın da iyunun 13-dən sonra vəziyyəti ortadadır. İsrailin İrana endirdiyi zərbələr

Azərbaycanda gündəlik olaraq uşaqların 75 faizi internetdən istifadə edir. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu nəticəsində üzə çıxıb. Komitədən bildirilib ki, respondentlərin 67 faizi valideynlərin internetlə bağlı uşaqlara heç bir məhdudiyyət qoymadığını bildirib. Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu, ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər. Həmçinin qeyd edilib ki, bəzi özəl şirkətlər yetkinlik yaşına çatmayan şəxsləri onlayn kazinolara və s. cəlb edirlər. Beləliklə, onların vasitəsilə insanların bank kartlarına

“Nikol Paşinyan fərqindədir ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına müsbət dividentlər gətirmə imkanı yaradacaq". Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib.  O bildirib ki, son günlər İran–İsrail müharibəsi regionda elə ciddi vəziyyət yaradıb ki, ermənilər üçün olduqca çətin nəticələrə səbəb olacaq situasiya formalaşıb: “Çünki Ermənistanın faktiki olaraq dünyaya çıxış imkanları, kommunikasiya xətləri yox səviyyəsindədir. Yalnız Lars keçid məntəqəsi var, o da davamlı olmur. İran üzərindən çıxış imkanları var idi, orada da baş verən hadisələr Ermənistanı çıxılmaz vəziyyətdə qoyur, onsuz da çökmüş iqtisadiyyatını da

Məlum olduğu kimi, İran və İsrail arasında baş qaldıran silahlı qarşıdurma artıq regionu sarsıdan təhlükəli mərhələyə keçib. Raket hücumları, hava zərbələri və diplomatik ritorika hər iki tərəfin geri çəkilməyə hazır olmadığını göstərir. Beynəlxalq ekspertlər bu qarşıdurmanın qısa deyil, həftələrlə, hətta aylarla çəkə biləcəyini bildirir. İsrailin əsas məqsədi İranın nüvə və raket imkanlarını sıradan çıxarmaqdır. Bu isə bir neçə gündə həyata keçirilə biləcək əməliyyat deyil. İsrail Baş naziri Benyamin Netanyahu “nə qədər lazımdırsa, o qədər davam edəcək” deməklə, hərbi əməliyyatların konkret zamanla məhdudlaşmadığını açıq şəkildə bəyan edib.

Azərbaycan-İran münasibətləri növbəti dəfə bəzi dairələrin məqsədli təxribatlarının hədəfinə çevrilib. Bir sıra media qurumları və ona yaxın mənbələr son günlərdə ölkəmizlə bağlı reallığı əks etdirməyən iddialar tirajlamaqdadır. Bu iddialarda Azərbaycan İsrailin İrana qarşı hərbi planlarında vasitə kimi təqdim olunur, bəzi hallarda isə dron və raketlərin Azərbaycan ərazisindən qalxaraq İrana tuşlandığı iddia edilir. Deputat Arzuxan Əlizadə məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında yayılan məlumatları qətiyyətlə təkzib edib və bildirib ki, bu kimi əsassız iddialar  uzun illərdir davam edir: “Cənub qonşumuz olan İranda müəyyən dairələr Azərbaycan-İsrail münasibətlərini özləri üçün

“Soydaşlarımızın əksər hissəsi Təbrizdə və Cənubi Azərbaycanın digər ərazilərində yaşayırlar. Dinc insanlar arasında itkilər olsa da, həmin ərazilər çox ciddi raket atəşinə məruz qalmır. Daha çox Tehran hədəf alınıb. Təbii ki, Tehranda da kifayət qədər soydaşlarımız yaşayır. Bizdə olan məlumata görə, onların böyük əksəriyyəti Təbrizə və Cənubi Azərbaycanın digər bölgələrinə, öz qohumlarının evlərinə gedir, sığınacaq tapırlar. Quru sərhədlər açılsa, təkcə soydaşlarımız deyil, İranın digər vətəndaşlarının da xaotik şəkildə ölkəmizə keçməsi baş verə bilər. Bu da indiki zamanda olduqca böyük təhlükələr yaradacaq, çünki kimlərin hansı

“Paytaxtın köçürülməsi məsələsi bir neçə il əvvəl də gündəmdə idi, zaman-zaman gündəmə gəlir. Bu da onunla əlaqədardır ki, Bakı həddən artıq yüklənib. Urbanizasiya əslində bütün dünyada gedən prosesdir, amma təəssüflər olsun ki, bizdə bu proses bir qədər sürətlə gedib. Bunun da obyektiv və subyektiv səbəbləri var. Regiondan bir çox insanlar Bakıya axın edib, Bakının özündə çox sayda binalar tikilib, Bakıətrafı kəndlər də genişlənib və birləşib bir-birinə. Bu da bir sıra problemlərə səbəb olur: tıxac yaranır, kommunal xidmətlərlə bağlı çətinliklər meydana çıxır”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili

İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlar ciddi şəkildə narahatlıq doğurur. İsrilin Azərbaycanla tərəfdaş İranın isə qonşu dövlət olması və ən əsası da İranda 40 milyona yaxın soydaşımızın yaşaması bu narahatlılığı daha da artırır.Azərbaycan Milli İstiqlal Partiyası olaraq vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsinin əhəmiyyətli olduğunu vurğulamaqla yanaşı hərbi əməliyyatlar zamanı mülki əhalinin və obyektlərin hədəfə alınmasının da yolverilməz olduğunu bəyan edirik.Azərbaycan Milli İstiqlal Partiyası İsrail tərəfindən