Rəşad Bayramov: “İtaliya XİN rəsmisinin açıqlaması həqiqətə söykənir”
Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi hüquqi və tarixi saxtakarlıqlarla doludur. Bunu İtaliya xarici işlər nazirinin müavini Ermondo Cirielli deyib. Nazir müavini xatırladıb ki, məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal edib. Nazir müavini onu da bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir: “Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və
Afsəddin Nəbiyev: “Bir sıra Avropa ölkələrində etiraz edənlər linc edilir”
Avropanı bürüyən islamofobiya, ifrat sağçılıq, türkofobiya getdikcə daha dözülməz hal almaqdadır. Avropadakı siyasi güclər təkcə Qərbdə yaşayan müsəlmanlara, türklərə qarşı deyil, eyni zamanda, müsəlman və türk dövlətlərinə qarşı cəbhə açıblar. Avropada Azərbaycana qarşı aparılan diplomatik hədələr qətiyyən insan haqları ilə bağlı deyil. Məqsədi Azərbaycanın regionda sabitlik yaratmaq cəhdlərinə mane olmaqdır. Avropada hakimiyyət orqanlarının günahı üzündən miqrantların kütləvi ölüm halları artıb. Onlar polis zorakılığına məruz qalır, elementar şəraitlə təmin olunmurlar. Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəal həbs edilib və hazırda da Fransada saxlanılırlar. Onların arasında Yeni
Arzuxan Əlizadə: “Ermənistanı ikitərəfli danışıqlar formatına Azərbaycan məcbur etdi”
“Əgər “3+3”ün Azərbaycanla Ermənistan arasında danışıqlar üçün platformaya çevrilməsi təklif olunarsa, İrəvan bunu rədd edəcək”. Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O, hazırda İrəvana belə bir təklifin təqdim edilmədiyini bildirib: “Ermənistan “3+3”ün danışıqlar platforması olmasını məqsədəuyğun hesab etmir. Bizim Bakı ilə ikitərəfli formatımız var. Azərbaycanla bütün istiqamətlərdə - həm sərhədlərin liberallaşdırılması, həm sülh müqaviləsi, həm də münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparılır”. Burada diqqəti çəkən məqam odur ki, bənzər yanaşmanı Qərbin vasitəçilik təşəbbüsünə münasibətdə Ermənistan rəsmi səviyyədə açıq bəyan etmir. Bundan başqa, Ermənistan
Rəşad Bayramov: “Azərbaycan olaraq bizim artıq güzəşt limitimiz yoxdur”
Avropa İttifaqı Bakı və İrəvan arasında normallaşma prosesinə hərtərəfli dəstək verməyə davam edir. Bunu Avropa Parlamentinin iclasında Avropanın məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit deyib. O qeyd edib ki, COP29 da sülh üçün tarixi bir fürsətdir: “Azərbaycan və Ermənistan onilliklər boyu davam edən münaqişəni geridə qoymağa heç vaxt bu qədər yaxın olmayıblar. Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini və sülh sazişinin imzalanması üçün siyasi iradə nümayiş etdirmək baxımından tarixi şans olacaq. Avropa İttifaqı olaraq, normallaşma prosesinə tam dəstəyimizi verməyə davam edirik və
Rəşad Bayramov: “Simonyanın mötəbər tribunadan belə deməsi faktları saxtalaşdırmaq cəhdidir”
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Bakı və İrəvan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində sözügedən məsələ ilə bağlı bunları qeyd edib: “Bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik”. O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb: “Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır”. Simonyan 16 maddənin razılaşdırılmasından dəm vurur. Baş nazir Nikol Paşinyan
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya ilə təmin olunub
Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir. İnsanların fundamental hüquqlarının qorunması, şəxsiyyət amili, ədalətli yanaşma, bərabərlik prinsiplərinin qorunması kimi ortaq dəyərlər mövcuddur. Dövlət institutlarında bu dəyərlər qanunlarla müəyyən edilir, qorunur, təmin olunur. Sivil ölkələrdə olduğu kimi Azərbaycanda da bu meyarlar ən yüksək səviyyədə həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz beynəlxalq cəmiyyətin tamhüquqlu və hüququn müstəqil subyekti bütün dəyərlərə sadiq olduğunu bəyan edib. Azərbaycanın 1995-ci ildə qəbul olunmus Konstitusiyası insan haqları ilə bağlı bütün beynəlxalq sənədlərdə öz əksini tapan
““Kupça”sız evlərlə bağlı radikal addımlar atılmalıdır” – Deputat danışdı
“Ölkə rəsmilərinin sənədsiz evlərlə bağlı verdiyi rəqəmlərə istinad etsək, təkcə Bakı şəhərində 500 mindən artıq evin sənədi olmadığını görərik”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, zamanında yol verilən müəyyən boşluqlar səbəbilə sənədsiz evlərin sayı artıb: “İstər qanunvericilikdə, istərsə də yerli səviyyədə idarəetmədə olan boşluqlar səbəbindən müxtəlif ərazilərdə “gecəqondu” tipli evlər tikildi. Hətta yaşayış üçün yararlı olmayan ərazilərdə də evlərin tikilməsinə şahidlik etmişik. Nəticə etibarilə, bu gün artıq fakt qarşısındayıq. Paytaxtda 500 mindən artıq evin sənədsiz olması, həmin
Afsəddin Nəbiyev: “Əminliklə deyirəm ki, bütün bunlar razılaşdırılmış bir oyundur”
Ermənistandan növbəti anti-Rusiya demarşı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya qarşı Qərb sanksiyalarını pisləyən bəyanatı imzalamayıb. Belə ki, Mirzoyan Rusiya və keçmiş sovet respublikaları xarici işlər nazirlərinin Qərbin Moskvaya qarşı birtərəfli sanksiyalarını pisləyən və çoxqütblü beynəlxalq təhlükəsizlik nizamına çağıran birgə bəyanatları imzalamaqdan imtina edib. Burada paradoksal məqam odur ki, ilin sonuna Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 16 milyard dollar olacağı gözlənilir. Bunun nəyin hesabına olacağı bəllidir. Söhbət ondan gedir ki, Ermənistan qadağan olunan məhsulları təkrar Rusiyaya ixrac edir. O baxımdan bir belə ticarət dövriyyəsi
Yeni bayraq sevdası İrəvana baha başa gələcək: Azərbaycan İrəvana qədər…
Millət vəkili Arzuxan Əlizadə Ermənistan ərazisində üzərində səlibçi xaçı olan dövlət bayrağı qaldırmasına münasibət bildirib. Deputat Sitat.info-ya açıqlamasında bildirib ki, bu İrəvanın səlibçi niyyətindən xəbər verir: "Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlandığı dönəmdə qondarma yaratdıqları bir qurumun bayrağı, əski parçası var idi. Ermənistanın indiki bayrağının üzərinə əlavə elementlər çəkərək, onu həmin qondarma qurumun bayrağına çevirmişdilər. Nəticə göz qabağındadır, artıq nə o bayraq
Rəşad Bayramov: “Belə çağırışlar birbaşa Rusiyanın mövqelərinin güclənməməsinə xidmət edir”
İranın 200-dən çox ballistik və qanadlı raketlə İsrailə cavab hücumunun əks-sədası davam edir. ABŞ prezidenti Bayden İrana cavab verməyə qərar verən İsrailin İrandakı neft yataqlarını vura biləcəyi iddiaları ilə bağlı yeni açıqlama verib. Bayden İrana necə cavab veriləcəyi ilə bağlı İsraillə daimi təmasda olduqlarını deyib. ABŞ prezidenti bildirib ki, İranın neft yataqlarına zərbə endirilməsinə alternativlər nəzərdən keçirilməlidir. “Mən İsrailin yerində olsaydım, İranın neft yataqlarını vurmazdım" - deyən Bayden qeyd edib ki, İsrail mümkün hücumla bağlı dərhal qərar verməyəcək. Bayden bundan əvvəl İsrailin İranın neft obyektlərinə