AMİP-30
a

KİV

Norveç polisi keçmiş Baş nazir Torbyorn Yaqlandın mərhum məhkum pedofil Ceffri Epşteynlə əlaqələri ilə bağlı mümkün korrupsiya ilə bağlı araşdırmaya başlayıb. Hazırda 75 yaşı olan Yaqland 1996-cı ildən 1997-ci ilə qədər Norveçin Baş naziri vəzifəsində çalışıb. Daha sonra o, 2009-cu ildən 2019-cu ilə qədər 10 il Avropa Şurasının Baş katibi vəzifəsində çalışıb və 2009-cu ildən 2015-ci ilə qədər Nobel Sülh Mükafatını verən Norveç Nobel Komitəsinə sədrlik edib. Yaqlandın adı Epşteynlə birlikdə pedofiliyada çəkilir, onunla birgə ittiham olunur. Yəni Tornboyn Yaqlandın da adı Epşteyn fayllarında çıxıb və

Ötən günlərdə erməni separatçılarının liderləri, silahlı birləşmələrin və terrorçu dəstələrinin rəhbərləri, həmçinin üzvlərinin bir neçəsinə hökm oxundu. Azərbaycan məhkəməsi tərəfindən onlar müxtəlif cəzalara məhkum edildilər. Azərbaycan qanunvericiliyə müvafiq olaraq 65 yaşına çatmış şəxslər ömürlük həbs cəzasına məhkum edilə bilməzlər deyə, 65 yaşa qədər olanlar Araik Arutunyan və digərləri ömürlük həbs cəzasına, 65 yaşına çatmışlar isə 20 il müddətinə azadlıqdan məhrum edildilər. Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, bu məhkəmə prosesi ötən ilin yanvarın 9-dan başlamaqla bir ildən çox idi ki,

"Azərbaycan artıq uzun illərdir ki, bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu il də növbəti mötəbər beynəlxalq tədbir ölkəmizdə keçiriləcək. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və göstərişləri mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, 2026-cı il mayın 17-dən 22-dək Bakı növbəti dəfə dünyanın diqqət mərkəzində olacaq: "Belə ki, Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu forum BMT-nin iqlim

“Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra bir sıra beynəlxalq platformalarda təmsilçilik imkanları qazandı”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, ölkəmiz Birləşmiş Millətlər Təşkilatında (BMT), ardınca Avropa Şurası Parlament Assambleyasında və digər qurumlarda təmsilçilik hüququ qazanmaqla özünün beynəlxalq aləmə inteqrasiyası yolunda ciddi və uğurlu addımlar atmağa başladı:“Təbii ki, torpaqlarımız işğal altında olduğu dönəmdə bununla bağlı ciddi problemlər var idi. Bizə düşmən olan, ölkəmizin inkişafında maraqlı olmayan qüvvələr bütün platformalarda Azərbaycanın artan nüfuzuna maneçilik törətməyə

Prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayorun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, regional təhlükəsizlik məsələləri, hərbi-texniki əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub. Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, insan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, məlumdur ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev İran-İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Əziz Nəsirzadəni və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib: “Eyni zamanda, bir neçə

7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərindən iki il ötür. Geridə qoyduğumuz bu iki il yalnız bir zaman kəsiyi deyil, Azərbaycanın "Zəfər seçkiləri"ndən sonra daxil olduğu yeni dövrün tam suverenlik, ərazi bütövlüyü, genişmiqyaslı quruculuq və qlobal təşəbbüskarlıq mərhələsinin əsasını təşkil edir. İkinci Qarabağ savaşında möhtəşəm qələbədən sonra keçirilən ilk prezident seçkilərinin də qalibi olan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər regionun geosiyasi arxitekturasını yenidən formalaşdıran hadisələrlə zəngindir. Bir məqamı da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, 2024-cü ilin fevralında keçirilən prezident seçkilərinin əsas xüsusiyyəti

Azərbaycanın son illərdə atdığı addımlar təkcə hərbi və siyasi qələbə ilə məhdudlaşmır, eyni zamanda hüquqi və mənəvi ədalətin bərpasına yönəlmiş ardıcıl bir prosesi əhatə edir. Münaqişədən sonrakı dövrdə regionda formalaşan yeni reallıqlar fonunda müharibə cinayətlərinə hüquqi qiymət verilməsi və məsul şəxslərin cavabdehliyə cəlb olunması məsələsi əsas gündəm mövzularından birinə çevrilib. Bu proses yalnız keçmişin hesabının sorulması deyil, həm də gələcəyə ünvanlanan açıq mesajdır. Törədilən heç bir cinayət zamanın arxasında gizlənə bilməz. Eyni ilə ölkə rəhbərimiz Cənab İlham Əliyevin “heç bir cinayət cəzasız qalmayacaq” fikrində ifadə olunduğu

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri bir sıra prizmadan məhsuldar oldu. Birincisi, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edildi. İkincisi, Prezident Əbu-Dabidə Azərbaycanın və BƏƏ silahlı qüvvələri arasında birgə hərbi təlimlərini izlədi. Üçüncüsü, Əliyev Əbu-Dabidə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdü və iki lider sülh quruculuğunun növbəti mərhələsini müzakirə etdilər. O da qeyd edilməlidir ki, Əliyev və Paşinyan ötən ilin 8 avqust Vaşinqton görüşündən bir ay əvvəl də məhz Əbu-Dabidə görüşmüşdülər. Bütün bunların fonunda, növbəti gözləntilər hansı istiqamətdə və

“Ötən il Azərbaycan və Fransa prezidentləri arasında müxtəlif beynəlxalq platformalar çərçivəsində bir neçə görüş olub. Hər dəfə də Fransa lideri Emmanuel Makron Azərbaycanla yaxın əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. Amma əməldə Parisin tamamilə fərqli münasibət sərgilənməsinə şahidlik edirik.  Xüsusilə Fransa qanunverici orqanında dəfələrlə Azərbaycan əleyhinə qərəzli, beynəlxalq hüquqa zidd sənədlər qəbul edilib. Erməni separatçılarla bağlı qəbul edilən sonuncu qətnamə də bunu göstərir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Qeyd edək ki, Fransa Milli Assambleyası bir neçə gün əvvəl “Azərbaycan tərəfdə saxlanılan erməni əsirlərin

Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyev və Ermənistanın baş naziri tədbirdə iştirak ediblər. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə və digər laureatlara "Zayed İnsan Qardaşlığı Mükafatı"nı təqdim edib. Tədbirdə diqqəti çəkən məqam həm də o olub ki, Paşinyan ərəb ölkələri platformasında Prezident İlham Əliyevlə görüşə çox maraqlı və həvəsli yanaşıb. Ola bilərmi Paşinyan Əliyevdən ərəb ölkələri və İsraillə Ermənistanın əməkdaşlıqlarının qurulmasında yardımçı olmasını xahiş etsin?