Sahibsiz it təhlükəsinə SON – Problem bu yolla HƏLL EDİLƏCƏK
Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarıyla Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib. Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır. Bəs yeni mərkəzin yaradılması sahibsiz heyvanlarla bağlı problemə son qoyacaq? Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Arzuxan Əlizadə bildirib ki, sahibsiz
Belə səfərlər mühüm əhəmiyyət daşıyır – SORĞU
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olunub. SİA mövzu ilə bağlı səfərdə iştitak edən nümayəndələrin fikirlərini öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycan Respublikası Prezidentinin Siyasi partiyalar və qanunverici orqanlarla əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət müəllimin və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının bilavasitə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərimizə növbəti səfər baş tutdu. Bu dəfəki
Rəşad Bayramov: “Ermənistan prezidenti manipulyasiya ilə məşğuldur”
“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır”. Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir: “Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək səylərini yüksək qiymətləndirir”. Ermənistan prezidenti deyir ki, iki ölkə arasında sülh sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Necə bunu hazır hesab etmək olar ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı
İranın Zəngəzur siyasəti DƏYİŞİR?
"Azərbaycan bütün qonşu və region dövlətlərlə bərabərhüquqlu müstəvidə normal münasibətlərin inkişafında maraqlıdır. İran Azərbaycanla qonşu dövlətdir, eyni zamanda bizi bir çox tarixi köklər bağlayır. Bu ölkədə bizim 40 milyona yaxın soydaşlarımız yaşayır. Onların hüquqlarının müdafiəsi hər zaman dövlətimizin diqqət mərkəzində olub". Bunu Ajans.az-a açıqlamasında AMİP sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, son dövrlərdə İran rəsmilərinin yürütdükləri yanlış siyasət nəticəsində bölgədə ciddi gərginliklərin olması da sirr deyil: "Təəssüf olsun ki, Azərbaycana müstəqillik əldə etdikdən sonra qonşu dövlət tərəfindən heç də xoş olmayan münasibət sərgilənib. Torpaqlarımız 30 il işğal
Frank Şvabe yenə sərsəmlədi: “Onu da Menendezin aqibəti gözləyir…”
Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürüb. O, “Azadlıq Radiosu”na müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı əsassız fikirlər səsləndirib. Şvabe müsahibədə həm də Azərbaycan Milli Məclisində real müxalifət partiyalarının olmadığını iddia edib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Frank Şvabe artıq neçənci dəfədir belə absurd açıqlamaları ilə gündəmə gəlir: “Əslində, onun sözləri nə diplomatik etiketə, nə də onun statusuna yaraşır. Bu “siyasətçi” hər zaman Azərbaycana düşmən mövqeyi ilə seçilib.
“Araz yolu” Zəngəzur dəhlizinə alternativ deyil” – Millət vəkili AÇIQLADI
“Yeni “Araz yolu” layihəsi heç bir halda Zəngəzur dəhlizinə alternativ deyil, nə də onu əvəz etmək üçün nəzərdə tutulmayıb”. Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress-ə danışarkən bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə, xüsusilə də nəqliyyat, energetika və sənaye sahələrində birgə layihələrin icrası sürətlə davam edir. Son dövrlərdə iki ölkə rəsmilərinin intensiv görüşləri nəticəsində yeni hədəflər müəyyənləşdirilib və əməkdaşlıq istiqamətləri genişlənib. “Araz yolu” adlandırılan yeni nəqliyyat qovşağı da diqqət mərkəzindədir: “Hazırda layihənin icra mərhələsi davam edir, yolun üzərində tikiləcək körpünün bünövrəsi artıq qoyulub və
İnvestisiyadan hərtərəfli strateji tərəfdaşlığa: Azərbaycan-Çin münasibətlərində artan inkişaf dinamikası
Azərbaycan-Çin əlaqələri 1991-ci ildə müstəqilliyimiz bərpa etdikdən sonra artan dinamika üzrə inkişaf edib və 1992-ci ildə iki ölkədə də diplomatik nümayəndəlikləri açılıb və o dövrdən başlayaraq münasibətlər mütəmadi olaraq müxtəlif səviyyələrdə inkişaf prosesi keçib. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, 1995-ci ildən başlayaraq bu günədək Çin şirkətləri Azərbaycan iqtisadiyyatına təxminən 1 milyard civarında investisiya qoyub: “Paralel olaraq Azərbaycan da Çin iqtisadiyyatına bu illər ərzində 2 milyard civarında investisiya qoyub. “Bir kəmər, bir yol” layihəsinin iki ölkə arasında, eləcə də region ölkələri üçün iqtisadi münasibətlərin
Azərbaycan Avropa məkanı üçün olduqca önəmli dövlətdir – RƏY
“Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana rəsmi səfəri çərçivəsində cənab Prezident İlham Əliyevlə, eyni zamanda xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Bu səfər və keçirilən görüşlər deməyə əsas verir ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrin önəmini kifayət qədər ciddi qəbul edir. Görüşdə Azərbaycan Prezidenti tərəfindən belə bir fikir səsləndirildi ki, Azərbaycan Aİ üçün önəmli tərəfdaşdır. Bu, sözün əsl mənasında belədir. Məlumdur ki, Azərbaycan artıq Avropa məkanının enerji təhlükəsizliyinin bir parçasına çevrilib. Azərbaycan artıq Avropanın on ölkəsinə, o
Afsəddin Nəbiyev: “Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçiliyi ciddi səmərə vəd edir”
İsrailin baş naziri Benyamin Netanyahu mayın birinci yarısında Azərbaycan səfər edəcək, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə “Times of Israel” öz mənbələrinə istinadən yazıb. Onun İsrail və Türkiyə arasında vasitəçi kimi çıxış edən Azərbaycana nəzərdə tutulan potensial səfəri ilə bağlı müzakirələr barədə ilk olaraq İsrail Hayomdan Ariel Kahana məlumat verib. Nəşr bildirib ki, tərəflər rəsmi Bakının vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyaya dair aparılan danışıqları müzakirə edəcəklər. Qeyd edilir ki, Türkiyə və İsraillə dost olan Azərbaycan gərginliyin aradan qaldırılmasına kömək edə bilər. Eyni
Azərbaycan düşməninin arvadı da həbsə gedir – sıra kimdə?
Bakıya qarşı qarayaxma kampaniyası aparan həbsdəki keçmiş senatorun erməni həyat yoldaşının rüşvət əməlləri də sübuta yetirilib; deputat: “Belələrinin ifşası istiqamətində işlər davam etdirilməlidir” Nyu-York münsiflər heyəti Nyu-Cersi ştatının keçmiş senatoru Robert Menendesin həyat yoldaşı, 58 yaşlı erməni Nadin Menendesi (Arslanyan) bütün 15 maddə üzrə təqsirli bilib. İttihamlara rüşvət və ədalət mühakiməsinə mane olmaq da daxildir. Hökm, siyasi təsir müqabilində nağd pul, qızıl külçələr və bahalı hədiyyələr almaqla bağlı illərlə davam edən korrupsiya sxeminin istintaqı çərçivəsində çıxarılıb. Nadin Menendes əri ilə birlikdə 2023-cü ilin sentyabrında ittiham olunub. Lakin