Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib
16 mart 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. İclasda Siyasi Şura üzvləri, və partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarının sədrləri iştirak etmişlər. İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Alizade ilk növbədə tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını qarşıdan gələn, milli adət ənənələrimizi özünüdə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırmışdır. Partiya sədri öz çıxışında bölgədə xüsusilə qonşu İran ərazisində cərəyan edən gərgin hərbi-siyasi proseslərə toxunmuş, Azərbaycanın milli təhlükəsizliyinin təmin
AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ TƏBRİKİ
Hörmətli xanımlar, əziz analar və bacılar!Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyi və bütün partiya üzvləri adından səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.Azərbaycan qadını tarix boyu milli məfkurəmizin qorunmasında, mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsində və dövlətçilik ənənələrimizin möhkəmlənməsində misilsiz rol oynamışdır. Xalqımızın azadlıq mübarizəsində nümayiş etdirdiyiniz sarsılmaz iradə və fədakarlıq, bu gün müstəqil Azərbaycanın tərəqqisi naminə göstərdiyiniz xidmətlər hər birimiz üçün qürur mənbəyidir.Ölkəmizin ictimai-siyasi həyatında qadınların fəal iştirakı demokratik cəmiyyət
Xocalı faciəsi erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı bir cinayət aktıdır – AMİP
Azərbaycan Milli İstiqlal Partiyasının Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə Bəyanatı Xocalı faciəsi Azərbaycan xalqının tarixində sadəcə bir təqvim günü deyil, insanlığın sınağa çəkildiyi, beynəlxalq hüququn iflic olduğu və erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı bir cinayət aktıdır. Bu gün biz bu dəhşətli soyqırımdan ötən 34-cü ili dərin hüznlə, eyni zamanda sarsılmaz milli qürurla anırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə şahidlik etdi. Erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı və texnikası ilə Xocalı şəhərini
AMİP Gənclər Təşkilatının Konfrans öncəsi Təşkilat Komitəsinin iclası keçirilib
Fevralın 7-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının Təşkilat Komitəsinin iclası keçirilib.İclasda iştirak edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə gənclərin fəaliyyət istiqamətləri, müasir dünyada baş verən geosiyasi dəyişikliklər və ölkəmizin ictimai-siyasi həyatında gəncliyin rolu barədə geniş nitq söyləyib.Partiya sədri qeyd edib ki, hazırkı mürəkkəb qlobal proseslər fonunda gənclərin milli maraqlar ətrafında sıx birləşməsi və siyasi proseslərdə aktiv iştirakı strateji əhəmiyyət kəsb edir. Arzuxan Əlizadə vurğulayıb ki, "Gənclər hər zaman ölkədəki siyasi dinamikanın mərkəzində olmalı və proseslərə təsir etmək gücünü artırmalıdırlar".AMİP hər zaman
AMİP-in ilin yekunlarına dair genişləndirilmiş iclası keçirilib – FOTOLAR
26 dekabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Siyasi Şura üzvləri ilə yanaşı, Bakı şəhər təşkilat sədrləri və Mərkəzi İntizam Komissiyasının (MİK) üzvləri iştirak ediblər.İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Əli-zadə ABŞ-a etdiyi işgüzar səfərin nəticələri barədə geniş məlumat verib. Qeyd olunub ki, Vaşinqtonda keçirilən Beynəlxalq Demokratlar İttifaqının (IDU) forumu çərçivəsində Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən mühüm sənəd qəbul edilib.Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması zərurəti və Zəngəzur
AMİP-də Qərbi Azərbaycan Departamenti yaradıldı
Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) mühüm struktur yenilikləri edilib. Partiyanın Ali Məclisinin iclasında nizamnaməyə uyğun olaraq müvafiq komissiyaların və departamentlərin yaradılması haqqında qəbul edilmiş qərarın icrası ilə bağlı dekabrın 26-da keçirilən AMİP Siyasi Şurasının iclasında Partiyanın nəzdində Qərbi Azərbaycan Departamentinin təsis olunması və rəhbər təyinatı məsələsi reallaşdırılıb.İclasda çıxış edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Qərbi Azərbaycan Departamentinin təsis edilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, AMİP yarandığı gündən Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın problemlərini daim gündəmdə saxlamışdır. Partiya sədri vurğulayıb ki, hazırda bu
Deputat Arzuxan Əli-zadənin Sabunçu rayonunda növbəti vətəndaş qəbulu keçirildi
Bu gün, 14 dekabr 2025-ci il, deputat Arzuxan Əli-zadənin Bakı şəhəri, Sabunçu rayonu, Nikolay Baybakov küçəsi 258 ünvanında növbəti vətəndaş qəbulu keçirildi. Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, məişət və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydlər aparılıb. Vətəndaş qəbulları əhalinin problemlərinin öyrənilməsi və həllinə dəstək məqsədilə mütəmadi olaraq davam etdirilir. Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.
Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyasının təbriki
Əziz həmvətənlər!Bugünkü tarix — 17 Noyabr, Azərbaycan xalqının milli yaddaşında azadlıq və istiqlal uğrunda mübarizənin dönüş nöqtəsi kimi əbədi həkk olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakının Azadlıq meydanında baş vermiş mitinqlər, xalqımızın Sovet imperiyasının antiazərbaycan siyasətinə qarşı sarsılmaz iradəsinin təcəssümüdür.Sovet rəhbərliyinin Qarabağ məsələsində apardığı ədalətsiz və təxribatçı siyasət, xalqımızın milli şüurunun oyanmasına səbəb oldu.17 noyabr — 5 dekabr 1988-ci il tarixləri arasında Azadlıq meydanında keçirilən mitinqlər, Azərbaycanın müstəqillik yolunda ilk kütləvi addımı idi. Bu hərəkat, sonradan Azərbaycan Milli İstiqlal Partiyası kimi siyasi qüvvələrin yaranmasına
Azərbaycan Milli İstiqlal Partiyasından Başsağlığı
Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi və dərindən sarsıtdı.Bu ağır sınaq anlarında qardaş Türkiyə xalqının kədərini bütün qəlbimizlə bölüşürük.Baş vermiş faciə ilə əlaqədar olaraq, öz adımızdan və Azərbaycan Milli İstiqlal Partiyası adından həlak olanların ailələrinə, yaxınlarına və qardaş Türkiyə Cümhuriyyətinə dərin hüznlə başsağlığı veririk.Həlak olanlara Uca Tanrıdan Rəhmət, onların ailələrinə və bütün yaxınlarına səbir diləyirik!Allah rəhmət eləsin!11.11.2025
Milli və siyasi birliyin qələbəsi
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm, şanlı Qələbədən beş il ötür. Bu tarix Azərbaycan xalqının qətiyyətinin, sarsılmaz iradəsinin və yenilməz ruhunun təntənəsi, tariximizin qızıl hərflərlə yazılmış ən parlaq səhifəsidir. 8 Noyabr Azərbaycan xalqının tarixində elə bir gündür ki, əsrlər boyu fəxrlə anılacaq. Həmin gün təkcə torpaqlarımızı işğaldan azad etmədik, həm də dövlət və millət olaraq iradəmizi, qüdrətimizi və birliyimizi bütün dünyaya göstərdik! Təbii ki, Vətən müharibəsinin əsas qəhrəmanı bütövlükdə Azərbaycan xalqı, şanlı Azərbaycan Ordusu, qəhrəman zabit və əsgərlərimizdır. Amma o da danılmaz faktdır