BAŞSAĞLIĞI
Qardaş Türkiyənin cənub-şərqində baş vermiş və ölkənin bir sıra yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər hər birimizi dərindən kədərləndirdi. Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından dərin hüznlə başsağlığı verir və səbr diləyir, xəsarət alanlara Uca Tanrıdan şəfa diləyirik! Türk xalqının gücü və qətiyyəti ilə fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına inamımızı ifadə edirik. Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Tanrı Türkiyəmizi qorusun! Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının Sədri
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirir və şiddətlə qınayırıq. Bu özünü “din qardaşı” adlandıran rejimin uzun müddətdir ki, Azərbaycan dövlətinə qarşı yürütdüyü düşmən siyasətinin məntiqi davamıdır. Azərbaycanın bir parçası hesab edilən səfirliyimizə edilən silahlı hücum suverenliyimizə qarşı qəsddir və baş verən qanlı olaya görə ərazisində yerləşən diplomatık korpusun təhlükəsizliyinə təminat verən İranın siyasi və dini rəhbərliyi başda olmaqla bu dövlətin rəsmi qurumları məsuliyyət daşıyır. İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi heç bir halda inandırıcı
Yanvarın 20-də Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi, bir qrup fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər
20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır .“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər
AMİP 2023-cü ili Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsi ili elan etdi
AMİP Siyasi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və yeni təqim ili münasibətilə təbrik müraciəti qəbul olunmuş və 2023- cü il Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsi ili elan olunması qərara qalınmışdır
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
İstanbulun mərkəzində, İstiqlal küçəsində baş verən xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri hər birimizi dərindən sarsıltdı.Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi proseslərin əsas təşəbbüskarı və öncülü olmasının terroru dəstəkləyən ayrı-ayrı dövlətlərin maraqlarına cavab vermədiyi göz qabağındadır.Milli İstiqlal Partiyası baş vermis terror aktının Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmağa, vətəndaş narahatlığına nail olmağa, onların siyasi iradələrinə təsir etməyə hesablandığını bəyan edərək bildirir ki, kimin nə planlaşdırdığından asılı olmayaraq onlar öz məqsədlərinə çata bilməyəcəklər.
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Qalib Xalq qürurunu bizə yaşadan Şəhidlərimizə, Qazilərimizə, Ordumuza minnətdarıq
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törədərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalaması ölkəmizin ərazisinə və suverenliyinə qarşı növbəti təcavüz aktıdır
AMİP Gənclər Təşkilatının üzvləri İsveçdə səfərdə olmuşlar
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının üzvləri cari ilin 23-30 sentyabr tarixlərində İsveçin Nyu-Moderat partiyasının dəvəti və Jarl Hjalmarson fondunun dəstəyi ilə İsveç Krallığında səfərdə olmuşlar.
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal qrup üzvü tərəfindən hücuma məruz qalması birmənalı olaraq vandalism aktıdır və nə bu təxribatın, nə də həmin qrupun İslam dini ilə hər hansı bağlılığından söhbət gedə bilməz. Hər bir ölkənin səfirliyinin həmin ölkənin ərazisi hesab olunduğunu nəzərə alaraq bu aktı ölkəmizin ərazisinə təcavüz kimi qiymətləndirir və sərt şəkildə qınayırıq.
Milli Mətbuat günü münasibəti ilə Azərbaycan Milli İstiqlal Partiyasının Kütləvi İnformasiya Vasitələrinə Təbriki
Hörmətli media mənsubları! 22 iyul 1875-ci ildə görkəmli vətənpərvər maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşr edilməsi ilə əsası qoyulan Azərbaycan mətbuatı çox keçməkeşli inkişaf tarixi keçmişdir. Yarandığı gündən çox ciddi maneələrlə üzləşsə də, milli mətbuatımız xalqın maarifləndirilməsi, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə baxımından böyük uğurlara imza atmışdır. Qarşısına xalqımızın cəhalətdən, xurafatdan və gerilikdən çıxaraq elmli, mədəni, geniş dünyagörüşlü olmasına yardımçı olmaq məqsədi qoyan “Əkinçi” qəzetinin ömrü uzun sürməsə də, Zərdabi ənənəsi mətbuatımızda özünə möhkəm yer tutmuşdur. Bunun nəticəsi idi ki, milli mətbuatımız Rusiya imperiyasından xilas