AMİP-30
a

Author: admin_amip

Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov Crossmdia.az-a müsahibəsində səsləndirdiyi fikirlər geniş müzakirə olunmaqdadır. Belə ki, o, müxalifət partiyalarının vahid platformadan çıxış etməsinin daha effektiv ola biləcəyini söyləyib.   Belə bir platforma, xüsusilə seçki islahatları, demokratik prinsiplərin gücləndirilməsi və idarəetmədə şəffaflıq kimi əsas məsələlərdə ortaq mövqenin formalaşdırılmasına imkan verə bilər. Bu, dialoqun səmərəliliyini artırır və siyasi tərəflər arasında koordinasiyanı gücləndirir. Digər tərəfdən, çoxpartiyalı sistemlərdə hər partiyanın öz ideoloji baxışı, proqramı və prioritetləri olur və bu müxtəliflik demokratik cəmiyyətlərin əsas xüsusiyyətidir. Hər partiyanın fərqli yanaşmaları və mövqeləri demokratik

İranda müharibə başlayandan sonra bölgədə qalan Rusiya vətəndaşları Azərbaycan üzərindən təxliyə edilir. Buna baxmayaraq, vaxtilə AZAL-a məxsus təyyarənin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulması ilə bağlı məsələ hələ də hüquqi qiymətini almayıb və hadisəyə görə məsul şəxslər cəzasız qalır. Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib ki, bu təxliyə prosesi Azərbaycanın növbəti dəfə tərəfsiz mövqe sərgiləməsinin və humanizm prinsiplərinə üstünlük verməsinin bariz göstəricisidir: “Rusiya təəssüf ki, son dövrlərdə, xüsusilə də AZAL-a məxsus təyyarə vurulduqdan sonra Azərbaycana qarşı dost mövqe sərgiləmir. Bu məsələ indiyədək

Ermənistan–Türkiyə sərhədində uzun illər davam edən Rusiya hərbi mövcudluğuna son qoyulub. 2025–2026-cı illərdə mərhələli şəkildə həyata keçirilən qərar nəticəsində Rusiya hərbçiləri sərhəd-keçid məntəqələrindən çıxarılıb və nəzarət tam şəkildə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilib. Proses ilk olaraq 2025-ci ilin yazında “Marqara” keçid məntəqəsində başlayıb, daha sonra “Axurik” məntəqəsində də eyni dəyişiklik baş tutub. Bundan əvvəl isə Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhəd xəttindən çıxarılıb. Beləliklə, Ermənistan müstəqillik dövründə ilk dəfə olaraq Türkiyə ilə sərhədin mühafizəsini tam şəkildə öz milli sərhəd xidmətinə həvalə etmiş olub. Bizim üçün ən

ABŞ və İsrailin İrana zərbə endirməsi nəticəsində Serbiya Respublikasının İrandakı səfirliyi də bombardmana məruz qalıb. Səfirlik nümayəndələri təxliyə olunmaq üçün Azərbaycanın aidiyyəti qurumlarına müraciət ediblər. Nəticədə bu gün gecə saatlarında səfir Damir Kovacevic, səfirlik nümayəndələri ailə üzvləri ilə birlikdə Astara SGK məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olub və ölkələrinə yola salınıb. Belə görünür ki, təhlükə realdır və heç bir ölkənin səfirliyi zərbənin hədəfi olmaqdan tam sığortalanmayıb. Azərbaycanın səfirinin və əməkdaşlarının da vəziyyət sabitləşəndək Bakıya təxliyyə olunmasına ehtiyac yarana bilərmi? Milli Məclisin üzvü Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranda

ABŞ-İsrail alyansının İrana qarşı hücumu qısa müddətdə ciddi itkilərə səbəb olub. İranın Ali rəhbəri Əli Xamenei, müdafiə naziri, baş qərargah rəisi, SEPAH komandirləri, kəşfiyyat rəhbərləri daxil olmaqla, 50-yə qədər yüksək vəzifəli şəxs öldürülüb. Ölkənin kritik müdafiə strukturları - HHM vasitələri, ballistik raketlərin idarəetmə məntəqələri, hərbi bazalar, ordu və donanma qərargahları intensiv şəkildə havadan və dənizdən bombardman edilir. İran da aktiv müqavimət göstərir. Ordu ABŞ və İsrailin ətraf ölkələrdəki hərbi bazalarını, kəşfiyyat mərkəzlərini, dəniz donanmasını, hava limanlarını, eləcə də İsrailin paytaxtını ballistik raketlərdən atəşə tutur. Bütün bunların

Azərbaycanda 27 ildir ki, bələdiyyələr yaradılıb. Lakin ötən dövr ərzində bir sıra bələdiyyələrin torpaq sahələrini müəyyən edən xəritələr yerli bələdiyyələrə təqdim edilməyib. Bu da ciddi problemlər yaradır.Bu problemlərdən biri və ən vacibi bələdiyyə torpaqlarında ev tikən vətəndaşların çıxarış ala bilməməsidir. Maraqlıdır ki, Bakı şəhərindəki bələdiyyələrin xəritəsi bu günə qədər hazırlanmayıb. Bu xəritə olmadığı üçün bələdiyyə sərəncamı ilə torpağı olan vətəndaşlar ciddi problemlə üz-üzə qalıb.Məsələnin bu qədər uzanması isə təəccüb və təəssüf doğurur.Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə deyib ki, bələdiyyələrə

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İranda baş verənlər fonunda Cənubi Azərbaycanla birləşmə məsələsinin gündəmə gətirilməsinə münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ gələcək reallıqlar fonunda istisna edilmir. O qeyd edib ki, Cənubi Azərbaycanda yaşayanların durumu hər zaman diqqət mərkəzində olub: “Bu gün İranda baş verənlər fonunda Cənubi Azərbaycanda gələcəkdə ciddi proseslərin getmə ehtimalını istisna etmirəm. Amma hazırkı dönəmdə bu hələ ki real görünmür. İlk növbədə İranda baş verən hadisələrin nə ilə nəticələnəcəyini diqqətə almalıyıq. İranda federativ quruluş formalaşa bilər. Digər millətlərin

“Ermənistan tərəfi birmənalı olaraq qəbul etməlidir ki, zamanında Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıtmaq haqqı-hüququ var. Ermənilərə də dəfələrlə bununla çağırışlar edilmişdir, özləri qayıtmaq istəmirlər. Bu, bir başqa məsələdir. Bu məsələdə eyniləşdirmə heç bir halda ola bilməz. Bizim Qərbi Azərbaycandan, öz tarixi dədə-baba yurdundan qovulmuş, deportasiya olunmuş, sürgünlərə məruz qalmış, son 100 il ərzində və 88-ci ildən sonra yekun olaraq öz dədə-baba torpaqlarından çıxmaq məcburiyyətində qalmış bacı-qardaşlarımızın geri qayıtmaq haqqı hüququ tanınmalıdır”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki,

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2025-ci ildə Ermənistan və Azərbaycan qoşunları arasında atışma nəticəsində sərhəd itkisi olmayıb və bölgədə əsl sülh hökm sürür. Paşinyan sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması üçün davamlı səylərin vacibliyini vurğulayıb, bunun laqeydlik edilərsə məhv ola biləcəyini qeyd edib. Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsi və 2025-ci il Vaşinqtonda imzalanmış sülh çərçivəsini sülh prosesinin əsas arxitekturası kimi qiymətləndirib. Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunması üçün təbii ki, qarşılıqlı səylərin göstərilməsinə ehtiyac var. “Sülh