AMİP-30
a

Author: admin_amip

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev əbədiyyətə qovuşub.​Rasim Balayev Azərbaycan mədəniyyət və incəsənətində dərin iz qoymuş, bənzərsiz istedadı ilə milyonların sevgisini qazanmış böyük sənətkarlarımızdandır. Onun xüsusilə tarixi qəhrəmanlarımızı canlandırdığı çoxsaylı obrazlar Azərbaycan kinosunun qızıl fonduna əbədi miras kimi həkk olunub. Çəkildiyi filmlərdə yaratdığı Babək, Nəsimi kimi obrazlar gələcək nəsillər üçün vətənpərvərlik və sənətkarlıq məktəbi olaraq qalacaqdır.​Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov və

Bu il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik də artır. Artıq "Ermənistan" bloku tərəfindən sabiq prezident Robert Köçəryanın Baş nazir postuna namizədliyi irəli sürülüb. Revanşistlərin və daşnakların birgə hərəkət etməsi onu göstərir ki, onlar seçkiləri nə yolla olursa olsun, qazanmağa, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Eyni zamanda, hazırda ev dustaqlığında olan ikili vətəndaşlığa sahib (Rusiya, Ermənistan) iş adamı Samvel Karapetyanın sədri olduğu "Güclü Ermənistan" partiyası ilə birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi partiyası arasında əməkdaşlıq barədə də məlumatlar var.  Avropa İttifaqı

"Azərbaycanla normal qonşuluq münasibətlərində maraqlı olduğunu iddia edən İran bunun əksini nümayiş etdirir. Biz otuz ildə Tehranın İrəvana dəstəyinin şahidi olduq. Özünün Azərbaycanın din qardaşı kimi təqdim edən İran İslam dininə qarşı düşmənlik edən, Qarabağda 65 məscidi dağıdan ermənilərə dəstək verir".  Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.   "Ermənistan da dəfələrlə etiraf edib ki, İranın dəstəyi olmadan ayaq üstə qala bilməzdi. Onu da nəzərə almaq lazımdır ki, Tehranda səfirliyimizə hücum edən terrorçu hələ də ölüm hökmünə məruz qalmayıb.

Son illərdə texnologiyanın sürətli inkişafı sosial medianın məzmun istehsalında da yeni mərhələ yaradıb. Artıq internet istifadəçiləri gündəlik olaraq müxtəlif videolar, reklamlar və şəkillərlə qarşılaşırlar. Bu materialların əhəmiyyətli hissəsi isə süni intellekt (Aİ) vasitəsilə hazırlanır. Xüsusilə sosial şəbəkələrdə yayılan bəzi videolar və fotolar ilk baxışda real görünsə də, əslində, süni intellekt məhsulu olur. Bu isə informasiya mühitində həm yeni imkanlar, həm də müəyyən risklər yaradır. Süni intellekt proqramları reklam, kino, media və təhsil sahələrində böyük imkanlar açır. Məsələn, reklam şirkətləri məhsullarını daha kreativ şəkildə təqdim edə,

“Martın 19-da Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində aparılan islahatların, xüsusilə, iqtisadi islahatların davamı olaraq dövlət qulluğunda əməkhaqqı sisteminin daha da təkmilləşdirilməsi və balanslı şəkildə həyata keçirilməsi məqsədilə bir neçə fərman imzaladı. Bu fərmanlar əslində əməkhaqqılarının tənzimlənməsi ilə bağlıdır. Kimin nə qədər maaş alacağı hələ bəri başdan məlum deyil. Yəqin ki, bu, hesablamalarla olacaq, tənzimləmələrdən sonra biləcəyik. Hesab edirəm, ciddi fərq olmayacaq. Dövlət məmurlarının, dövlət qulluqçularının, həmçinin parlament üzvlərinin fərqli maaşları ola bilər. Amma Azərbaycanda mütəmadi olaraq həm əməkhaqqı, həm də pensiyalar artırılır.

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.  Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.  Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət

Birləşmiş Ştatların İrana qarşı müharibəyə başladığı vaxtdan açıq hiss edilir ki, bu gün Avropa İttifaqının liderləri sanki prezident Donald Trampın İranda bataqlığa batmasında bu və ya digər dərəcədə maraqlıdılar. Hətta Avroittifaqın üzvü olmayan, tarixən hər zaman ABŞ-ın yanında yer alan Böyük Britaniya belə Trampın Hörmüz boğazı ilə bağlı çağırışına yox dedi. Baxmayaraq ki, Hörmüzün bağlı olması ABŞ iqtisadiyyatına yox, bilavasitə Avropa iqtisadiyyatına təsir edir. Çünki Körfəz ölkələrindən neft və sıxılmış qaz alan əsasən Avropa ölkələri idi. Ancaq Avropa liderləri olan Starmer, Makron, Mertz dedilər ki,

"Bu fəaliyyətin qarşısı alınmalıdır. Belə fəaliyyət göstərən həmin cinayətkar ünsürlər müəyyən edilməli, ölkəyə gətirilməli və Azərbaycan qanunları ilə ən sərt formada cəzalandırılmalıdırlar ki, gələcəkdə bu cür hallar təkrarlanmasın" Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Prezidenti Azərbaycan dövlətinin, Azərbaycan xalqının atributudur: “Ona qarşı, onun ailəsinə, yaxınlarına qarşı yönəlmiş hər hansı bir bu cür qara yaxma, böhtan kampaniyası hər birimizə qarşı, dövlətimizə və xalqımıza qarşı edilən kampaniya kimi qəbul edilməlidir. Müqavimət güclü olmalı və hər birimiz mövqeyimizi ifadə etməklə bu cür hallara qarşı