Paşinyan “Müharibə olmayacaq” deyir, amma… – Bakıdan REAKSİYA
“Müharibə olmayacaq, sülh olacaq”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 11-də keçirdiyi brifinqdə bildirib. O, seçkiqabağı kampaniya dövründə ““Vətəndaş Müqaviləsi” partiyası konstitusion çoxluq əldə etməsə, sentyabrda müharibə baş verəcək” bəyanatı ilə bağlı suala cavabında deyib ki, müharibə olmayacaq. Baş nazir vurğulayıb ki, Ermənistan hakimiyyəti sülhü qorumaq üçün bütün imkanlardan istifadə edəcək. Milli Məclisin üzvü Arzuxan Əlizadə Musavat.com-a Paşinyanın fikirlərini şərh edərkən xatırladıb ki, seçkiqabağı təşviqat prosesində Nikol Paşinyan “revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla yenidən mhüharibə olacaq” tezisindən istifadə edib. Deputat qeyd edib ki, Nikol Paşinyan səs çoxluğu
Cənubi Qafqazın gələcəyi: Top Ermənistanın meydançasındadır
“Ermənistanda keçirilən son seçkilərin nəticələri ölkə daxilində mövcud olan siyasi və ictimai parçalanmanı bir daha üzə çıxardı. Seçkilərin yekunları göstərdi ki, seçicilərin əhəmiyyətli hissəsi sülh və regional əməkdaşlıq xəttinə dəstək versə də, cəmiyyətdə revanşist düşüncə tamamilə aradan qalxmayıb. Müxtəlif qiymətləndirmələrə görə, seçicilərin təxminən 30-40 faizi hələ də keçmiş münaqişə ritorikasına üstünlük verən siyasi qüvvələrə səs verib. Bu isə Ermənistan cəmiyyətində sülh gündəliyinin tam şəkildə qəbul edilmədiyini göstərən ciddi siqnaldır”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O əlavə edib ki, məhz bu reallıq Azərbaycan üçün də
Arzuxan Əlizadə: “Fakt və məhkəmə qərarı olmadan hər hansı şəxsin suçlanması düzgün deyil”
Hazırda etibarlı beynəlxalq mənbələrdə BCM-nin (Beynəlxalq Cinayət Məhkəməsi) baş prokuroru Kərim Xan haqqında porno videoların yayıldığını təsdiqləyən məlumat yoxdur. Amma son günlər yayılan xəbərlər onun barəsində uzun müddətdir araşdırılan cinsi xarakterli davranış ittihamları ilə bağlıdır. Bu ittihamlar fonunda o, vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb və məsələyə BCM-yə üzv dövlətlər tərəfindən baxılacağı açıqlanıb. Xan ittihamları rədd edir və özünü təqsirsiz hesab edir. İnternetdə və sosial şəbəkələrdə son vaxtlar tanınmış şəxslər haqqında saxta videoların, montaj edilmiş görüntülərin və süni intellekt vasitəsilə hazırlanmış materialların yayılması halları tez-tez baş verir. Hazırda
Rəşad Bayramov: “Baş verənlərə Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətin yeni mərhələyə daxil olması kimi baxmaq lazımdır”
ABŞ Nümayəndələr Palatası Gürcüstanda Rusiya və Çin kəşfiyyatının fəaliyyətinə dair hesabat hazırlanması haqqında qanun layihəsini qəbul edib. Bu addım hakim “Gürcü Arzusu” partiyasının rəhbərliyi altında rəsmi Tbilisinin yürütdüyü siyasi kursdan Vaşinqtonun getdikcə daha çox narahat olduğunu göstərən növbəti ciddi siqnaldır. “Qafqazda Çinin nüfuzuna qarşı mübarizə aktı” adlı qanun layihəsi iyunun 8-də Nümayəndələr Palatasında sürətləndirilmiş prosedurlarla müzakirəyə çıxarılaraq hər iki partiyanın dəstəyi ilə qəbul edilib. Sənəd Gürcüstandakı Rusiya və Çin kəşfiyyat şəbəkələrinin araşdırılmasını, Moskva və Pekinin əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini, həmçinin Vaşinqtonun Tbilisi ilə gələcək münasibətlər strategiyasına
Siyasi partiyalar dövlətin maliyyəsini hara xərcləyirlər? – Arzuxan Əlizadədən CAVAB
Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə parlamentdə təmsil olunan və dövlət büdcəsindən maliyyələşən müxalifət partiyalarının fəaliyyətinin hiss olunmaması barədə iddialara münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı məsələ “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. A.Əlizadə bildirib ki, parlamentdə təmsil olunan partiyalar hansı qaydada maliyyələşirlərsə, hamısı qanunvericilikdə nəzərdə tutulub: “Yeni qəbul olunmuş qanunun tələblərinə müvafiq olaraq, o cümlədən parlamentdə təmsil olunmayan partiyalar da müəyyən məbləğdə maliyyə vəsaiti ilə dövlət büdcəsindən maliyyələşirlər. Bu, olduqca doğru yanaşmadır. Uzun müddət ərzində belə
Kimi dağda, kimi bağda: Bəs partiya sədrlərinin yay planları nədir?
Yay mövsümü bir çox sahələrdə fəaliyyət tempinin nisbətən azalması ilə xarakterizə olunsa da, partiyalar bu dövrdə də fəaliyyətlərini davam etdirirlər. Bəzi partiyalar yayda təşkilati məsələlərə, regional səfərlərə və gənclərlə bağlı layihələrə üstünlük verir, digərləri isə fəaliyyətlərini daha çox onlayn formatda həyata keçirir. Bəs ölkəmizdəki partiyalar yay mövsümündə hansı planları reallaşdırmağı nəzərdə tuturlar? Bu suala cavab tapmaq üçün Bakıvaxtı.az olaraq partiya rəhbərlərinə müraciət etdik. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə saytımıza deyib ki, yay ayları olmasına baxmayaraq, hərzamankı kimi planlaşdırdıqları fəaliyyətləri həyata keçirməyə davam edəcəklər: “Bu fəaliyyətlər çərçivəsində Ali Məclisin