AMİP-30
a

Noyabr 2024

Xəbər verdiyimiz kimi, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək türk dövlətlərinin əməkdaşlığı istiqamətində bir sıra məsələlərə toxunub. Prezident bildirib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil

“44 günlük Vətən müharibəsində Azərbaycan dövləti, xalqı və ordusu öz iradəsini ortaya qoydu”.  Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində əhəmiyyətini şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqı işğalçıya və onun havadarlarına boyun əymədi. “Bizə müxtəlif tərəflərdən, xüsusilə müəyyən güc mərkəzlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlər olurdu. Bizi mövcud reallıqla barışmağa, itirilmiş torpaqların ermənilərin xeyrinə rəsmiləşdirilməsinə razılıq verməyə məcbur edirdilər.  Amma Azərbaycan dövləti, Azərbaycan xalqı heç kimə boyun əymədi və qətiyyətli əzmini

"Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 5 daimi üzvü var, digər 10 qeyri-daimi üzvü isə assambleya üzvlərinin 2/3 səs çoxluğu ilə iki il müddətinə seçilirlər və rotasiya qaydasında 1 ay müddətinə sədrlik də edirlər". Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Deputat son dövrlər BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması ilə bağlı təkliflərin mütəmadi olaraq səslənməsinə diqqət çəkərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu haqda fikrini xatırladıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir fikir səsləndirmişdi ki, dünya

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğluna məktub ünvanlayıb. “Yeni Müsavat”ın 35 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir: “Hörmətli  Rauf bəy! Sizi və kollektivinizi “Yeni Müsavat” qəzetinin çapa başlamasının 35 illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! “Yeni Müsavat” qəzeti Xalq Hərəkatının ilk aylarından ağır şərtlər altında xalqın sözünü geniş oxucu auditoriyasına çatdıran media orqanıdır. O ağır illərdə “Yeni Müsavat” bütün  çətinliklərə baxmayaraq xalqın iradəsini ifadə etdi. Qəzeti hansı çətinliklər və fədakarlıqla ərsəyə gətirdiyinizi və oxuculara çatdırdığınızı yaxşı xatırlayıram. Azərbaycan

Ermənistan baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına dəyişikliklə bağlı Azərbaycanın tələbini rədd edib.  O bunu öz aləmində belə əsaslandırıb: “Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı haqqında iddiaları Ermənistan Respublikasının Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə ümumi istinadın mövcud olması, bu bəyannamədə isə, öz növbəsində, Dağlıq Qarabağın adının çəkilməsi faktına əsaslanır”.  Nikol xatırladıb ki, Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü ilin sentyabrında verdiyi qərarda Müstəqillik Bəyannaməsinə olan bu istinadın yalnız Konstitusiya maddələrində əks olunan müddəalara aid olduğunu təsdiq edib: “Konstitusiya mətnində Dağlıq Qarabağın adı nə birbaşa, nə də

Azərbaycan son 250 ildə tarixin ən çətin sınaqlarından çıxıb. Belə bir taleyüklü proseslərdən növbətisi 4 il əvvəl  2020 -ci ildə yaşandı. XX əsrin 80-ci illərin sonları- 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladığı və nəticəsi hər kəsə bəllidir. Bu illərdə Azərbaycan hakimiyyətində hökm sürən hərc-mərclikdən səriştəsizlikdən anarxik  vəziyyətdən istifadə edən Ermənistan və onun havadarlarının  vasitəsilə torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edildi .Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma

Əziz həmvətənlər!8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və iftixar tarixidir. Məhz bu tarixi gündə Ali Baş Komandan Prezident İlham Əliyevin güclü siyasi iradəsi, şəhidlərimizin canı, qanı, sayəsində həsrətində olduğumuz torpaqlarımız azad edildi, ərazi bütövlüyü təmin olundu. Qürur mənbəyimiz olan 8 Noyabr Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin, qəhrəman qazilərimizin və rəşadətli ordumuzun zəhməti sayəsində əldə etdiyimiz böyük qələbənin simvoludur. Azərbaycan xalqının birliyi, iradəsi və əzmi ilə yazdığı bu zəfər dastanı hər birimiz üçün iftixar mənbəyidir. Bu möhtəşəm Zəfər günündə Şəhidlərimizi dərin

Azərbaycanla sülh danışıqları və sazişin bağlanması üçün “3+3” formatının alternativi yoxdur. Bunu erməni mətbuatına açıqlamasında politoloq Suren Surenyants deyib. Erməni politoloqun fikrincə, 2020-ci il noyabrın 9-da üçtərəfli razılaşmadan və Ukraynada münaqişənin başlanmasından sonra Ermənistan mövcud vasitəçilərlə əməkdaşlığı gücləndirməli, yeni vasitələr tapmağa çalışmalı idi: “Bu, 9-cu bəndə də aiddir (Rusiya Federasiyası FSB-nin nəzarəti altında olan kommunikasiyaların blokdan çıxarılması haqqında)”. Bu kontekstdə politoloq “3+3” formatında xarici işlər nazirlərinin İstanbulda keçirilən görüşünü xatırladıb, burada Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında sazişin bağlanması üçün mümkün vasitə kimi bu platformanı təklif