AMİP-30
a

Author: admin_amip

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları regionda post-münaqişə dövrü ilə bağlı yeni müzakirələrə səbəb olub. O bildirib ki, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıdışı məsələsinin davamlı şəkildə gündəmdə saxlanılması məhsuldar deyil və bu mövzu artıq bağlanmalıdır. Paşinyanın sözlərinə görə, “kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmaq” yanaşması sülhə xidmət etmir və yalnız qarşılıqlı reallıqların qəbul edilməsi ilə irəliləyiş mümkündür. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq uzun müddətdir bu mövqeyi ifadə edir: “Hazırda sərgilədiyi yanaşma, əslində,

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəsi pozduğunu iddia edib. O bildirib ki, razılaşma əldə olunmasa, Vaşinqton İranın strateji obyektlərini hədəf ala bilər. Tramp Hörmüz boğazındakı gərginliyi əsas gətirərək ABŞ-nin təklif etdiyi planı “ədalətli” adlandırıb və Tehranı nəticələrlə hədələyib. Onun nümayəndə heyətinin danışıqlar üçün İslamabada yola düşdüyü bildirilir. Milli Məclisin deputatı Arzuxan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında ilk danışıqlar aprelin 11-də İslamabadda keçirilib: “Tərəflər yüksək səviyyəli nümayəndə heyətləri ilə təmsil olunub. Aprelin 8-də elan edilən iki həftəlik atəşkəs aprelin 21-də başa çatır və ikinci

Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirib ki, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şahbaz Şərif arasında nümayiş olunan səmimiyyət bütün dünyaya mühüm bir mesajdır. Nazir vurğulayıb ki, bu birlik “qardaşların bütün dünyaya mesajıdır”.Hakan Fidan əlavə edib ki, hər üç lider dostluq münasibətlərini dəfələrlə sübut ediblər və bu, xalqların hisslərini də əks etdirir. Onun sözlərinə görə, bu liderlərin birliyi regional sülh və təhlükəsizlik baxımından beynəlxalq diqqət mərkəzindədir. Bu yaxınlaşma regionda yeni siyasi və iqtisadi əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilərmi? Milli Məclisin deputatı Arzuxan

“Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Artan geosiyasi gərginliklər, regional münaqişələrin genişlənməsi və qlobal iqtisadi qeyri-müəyyənlik fonunda dövlətlərin rolu yenidən qiymətləndirilir. Bu kontekstdə Azərbaycan təkcə regional güc kimi deyil, həm də qlobal miqyasda təsir imkanları genişlənən mühüm aktor kimi çıxış edir. Multilateralizm və Azərbaycanın fəal diplomatiyasıAzərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi platformalarda aktiv iştirakı onun çoxtərəfli diplomatiyaya verdiyi önəmin göstəricisidir. Xüsusilə multilateralizmin zəiflədiyi bir dövrdə Bakı bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirir”.Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı

Livanın Prezidenti Jozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib. Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Livan Prezidenti Jozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu arasında aparılan telefon danışıqlarından sonra 16 aprel 2026-cı ildən etibarən İsrail və Livan arasında 10 günlük müvəqqəti atəşkəs razılaşması əldə olunub: “Atəşkəsin əldə olunması, əslində, uzun müddətdir davam edən gərginliyin aradan qaldırılması üçün bir addım kimi qiymətləndirilə

Parisdə ümumerməni diasporunun səfərbər edilməsi üzrə konqres keçirilib. Tədbirdə Ermənistandan, eləcə də 26 ölkədən ictimai, siyasi, hüquq müdafiə, dini və biznes təşkilatlarının 150-dən çox nümayəndəsi, həmçinin “Dağlıq Qarabağ nümayəndələri” iştirak ediblər. Konqresin yekununda geosiyasi reallıqların qiymətləndirilməsi və ümumerməni gündəliyi ətrafında səfərbərliyin zəruriliyi ilə bağlı deklarasiya qəbul olunub. Tədbir ədalət və demokratiya uğrunda Avropa erməni federasiyasının (EAFJD), Erməni Milli Komitəsinin (ANC) və “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının dəstəyi ilə Diasporun səfərbərliyi üzrə Koordinasiya Komitəsi tərəfindən təşkil edilib. Qəbul edilən bəyanatda “xaricdə yaşayan bütün Ermənistan vətəndaşlarına 2026-cı il

Türkiyədə tütün məhsullarına qarşı daha sərt məhdudiyyətlərin tətbiqi gündəmdədir. Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı qanun layihəsinə əsasən, 2040-cı ilə qədər tütün məmulatlarından tam imtina hədəflənir. Layihədə bu prosesin mərhələli şəkildə həyata keçirilməsi, ilkin mərhələdə isə siqaret çəkilməsinin ictimai və açıq məkanlarda ciddi şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Bu yanaşma cəmiyyət sağlamlığının qorunması baxımından mühüm addım kimi qiymətləndirilir. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, qardaş Türkiyə Respublikasında tütün məmulatlarına çox ciddi qadağaların qoyulması ilə bağlı qanun layihəsi hazırlanır: “Bu məsələ gündəmdədir və qanun layihəsi hakim

Məlum olduğu kimi, Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq. Məlumata görə, sözügedən təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil ediləcək. Xatırladaq ki, Rusiya hazırda Beynəlxalq Cinayət Məhkəməsinin

AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub. Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb. Sənəddə bildirilir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan