AMİP-30
a

KİV

“Dünya son 60 ildə nüvə eskalasiyasına heç vaxt olmadığı qədər yaxındır”.    Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib. O deyib ki, Rusiya Prezidenti Vladimir Putinin ehtiyatsız davranışı bizi Karib böhranından sonra heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırıb. Hökumət başçısının sözlərinə görə, qarşıdakı beş il Krallıq üçün ən təhlükəli dövrlərdən biri ola bilər.  Sunakın bu sayaq açıqlaması artıq Londonun da nüvə təhdidlərinə qoşulduğuna işarədir. Belə vəziyyətin yaranması isə nüvə təhdididin real olması ehtimalını istər-istəməz artırır. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki,

Parlamentdə olmayan partiyalar seçkini gözləyirlər; seçkilərdə kimlərə “yaşıl işıq” yandırıla bilər?  Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur. Amma buna rəğmən bir neçə partiya seçkilərlə bağlı prosesə hazırlıq aparır. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub.  Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki,  Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır. Növbəti parlament seçkilərində bir çox partiya liderlərinə seçilmə şansı yaradılacaq. Bu barədə partiya

Konstitusiyamızın tələbinə görə, parlament seçkiləri bu il noyabr ayının əvvəlində olmalıdır. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, hər yerdə səsləndirilir ki, seçki, ola bilsin, noyabrda baş tutsun. Lakin COP29 tədbirinə görə, seçkilər önə də çəkilə bilər. "Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə başlamalıyıq. Hesab edirəm, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın", - o deyib. Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə

Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi Ermənistanda etiraza səbəb olub. Mövzu ilə bağlı Sitat.info-ya AMİP sədri Arzuxan Əlizadə açıqlama verib. Onun sözlərinə görə, Ermənistan tərəfi müharibəyə maraqlı deyil: "Paşinyan torpaqların verilməsi ehtimalını dəfələrlə həmin kəndlərin sakinləri ilə görüşündə deyib. Bunun alternativi müharibədir ki, Ermənistan tərəfi təbii ki, müharibə olmasında maraqlı deyil. Çünki Ermənistan müharibənin nə ilə nəticələnəcəyinin fərqindədi". Partiya sədri qeyd edib ki, Paşinyan hakimiyyəti etirazçılardan güclüdür: "Bu etirazın əksi müharibədir. Paşinyan bununla erməni cəmiyyətini qorxudaraq etirazların səngiməsinə nail ola bilir. Çünki ermənilər çox

Erməni kilsəsi hadisələrin görünən tərəfidirErməni müxalifəti keşiş Baqratın arxasında gizlənib, onu qabağa verir və keşişi baş nazir etmək təşəbbüsü göstərirlərBütün hallarda etiraz aksiyaları ilə Paşinyanı devirmək, hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmayacaq   Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb. İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşan etirazçılar hökumətə qarşı sərt fikirlər səsləndiriblər. Xatırladaq ki, Ermənistan Apostol Kilsəsinin keşişi Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Keşişin tələbi cavabsız qaldıqda, Qalstanyan tərəfdarlarını aksiyalara səsləyib. Nəticədə paytaxt İrəvan və bütün Ermənistan ərazisində

Prezident İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bəyan edib ki, Avropa təşkilatları Avropada olmayan ölkələrin daxili işinə qərəzlə müdaxilə edirlər:  “Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan

“Bu bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil”. Bu fikri Prezident İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Ölkə başçısının sözlərinə görə, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq: “Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır. “Yeni Müsavat” qeyd edir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Belə çıxır ki, 10 noyabr sənədi hələ qüvvədə sayılır. Ekspertlərə görə, 10 noyabr bəyannaməsi Azərbaycan və Ermənistan arasında sülhü təmin edə bilməz, zatən 9 bəndlik bu sənəddə sülh sazişi, ümumiyyətlə, nəzərdə tutulmayıb. Öhdəliklərə gəlincə, Azərbaycan üzərinə düşənləri etdi, amma Ermənistan bunlara etinasız yanaşdı, xüsusilə də qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələbi uzun müddət gözardı

“Azərbaycan-Ermənistan sülh prosesi üzrə Astanada danışıqların keçirilməsi məqbuldur, amma ikitərəfli qaydada danışıqların davam etməsi daha müsbət nəticələr doğura bilər”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şərhində Azərbaycan-Ermənistan sülh prosesi üzrə “Astana formatı”nın formallaşmasının mümkünlüyü barədə fikir səsləndirərkən bildirib. Partiya sədri qeyd edib ki, Azərbaycan Ermənistanla istənilən məkanda danışıqlarda iştirak etməyə hazırdır: “Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri zamanı Gürcüstanın ovaxtkı baş naziri İrakli Qaribaşvili Tiflisin Azərbaycan-Ermənistan sülh danışıqlarına ev sahibliyi etməyə hazrır olduğunu bildirmişdi.  Təbii ki, Prezident İlham Əliyev Qaribaşvilinin təklifini məmnuniyyətlə qarşıladı. Amma

ABŞ Dövlət Departamenti “2023-cü il İnsan Hüquqları Təcrübələri” üzrə dünya ölkələrində insan hüquqlarına dair illik hesabatında həm Azərbaycana qarşı qərəzini, həm də “erməni sevgisini” ortaya qoyub.  Əlbəttə ki, ABŞ-ın bu cür qərəzli hesabatları real vəziyyəti əks etdirməkdən çox, ənənəvi olaraq digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Bu səbəbdən də ABŞ-ın hər il dünya ölkələrində insan haqlarına dair hesabatını artıq heç bir dövlət  ciddi qəbul etmir. Bunun da əsas səbəbi odur ki, bu cür “hesabatlar”ın  hazırlanması zamanı ikinci və üçüncü dərəcəli ABŞ diplomatlarının fəaliyyət göstərdikləri