AMİP-30
a

Rəsmi sənədlər

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. Bu qərar, Zəngilanın tarixinə, Qələbəsinə və gələcək inkişafına verilən yüksək dəyərin ifadəsidir. Bu gün Zəngilan yenidən qurulma dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində zəngilanlılar doğma yurdlarına qayıdır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Ağalı ağıllı kəndi müasir Azərbaycanın inkişaf potensialının gözəl nümunəsidir. Burada “yaşıl” enerji texnologiyaları, günəş panelləri, Arximed turbini tipli su

Bu gün bütün Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gündür. 35 il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar əsrlər boyu azadlıq arzusu ilə yaşayan, milli iradəsini və dövlətçilik əzmini qoruyub saxlayan xalqımızın mübarizəsinin təntənəsi idi. Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix

Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix müstəqillik amalımızı daha da möhkəmləndirdi. Həmin illərdə Azərbaycan xalqı yalnız azadlığını tələb etmirdi o, gələcək nəsillər üçün müstəqil dövlətin təməlini qoyurdu. Bu mübarizənin önündə gedən istiqlalçılar xalqımızın milli iradəsinin ifadəçiləri, dövlət müstəqilliyimizin ideya daşıyıcıları oldular. Təsadüfi deyil ki, 18 Oktyabr tarixi ərəfəsində oktyabrın 16-da

4 iyul 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının təşkilatçılığı ilə partiyanın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə partiyanın qurucuları, rəhbər orqanlarının üzvləri, rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin giriş nitqini AMİP-in gənc fəalı Seyranə Quliyeva söylədi. O, Azərbaycan Milli İstiqlal Partiyasının yaranma tarixindən, müstəqillik uğrunda apardığı siyasi mübarizədən və

AMİP Sədri, Millət vəkili Arzuxan Əlizadə Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib.Görkəmli dövlət xadimi, yazıçı, diplomat və dramaturq, Qərbi Azərbaycan İcmasının Ağsaqallar Şurasının üzvü Hidayət Orucovun vəfatı Azərbaycan ictimaiyyəti üçün ağır itkidir.1944-cü ildə Qərbi Azərbaycanda doğulan Hidayət Orucov ömrü boyu milli-mənəvi dəyərlərimizin qorunmasına, ədəbiyyat və mədəniyyətimizin inkişafına xidmət etmişdir. O, uzun illər İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatının və incəsənətinin İrəvanda yaşadılmasına mühüm töhfələr vermişdir.Sonrakı illərdə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli

28 May- Müstəqillik Gününüz Mübarək! Hörmətli həmvətənlər, dəyərli soydaşlarımız!Azərbaycan Milli İstiqlal Partiyası xalqımızı, dünya azərbaycanlılarını hər bir vətəndaşımızı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir!1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi müstəqil dövlətin qurulmasını, xalqımızın azadlıq bərabərlik və demokratiya ideallarına sadiqliyini dünyaya bəyan etdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC parlamentli respublika modeli, qadınlara seçki hüququnun verilməsi, milli ordunun qurulması və ana dilimizin dövlət dili elan edilməsi kimi mütərəqqi addımlarla tariximizdə silinməz iz

Əziz soydaşlarımız, hörmətli həmvətənlər!​Azərbaycan Milli İstiqlal Partiyası dünya müsəlmanlarının mənəvi birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimizi yetiririk.​Qurban bayramı əsrlər boyu xalqımızın qəlbində kök salmış, bizi bir ideya və amal ətrafında birləşdirən xeyirxahlıq, mərhəmət və mənəvi saflıq rəmzidir. Milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalan xalqımız bu müqəddəs günlərdə bərabərlik və həmrəylik duyğularını ən yüksək səviyyədə yaşadır, paylaşmağın fəzilətini nümayiş etdirir.​Bu mübarək bayram günlərində Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli və interaktiv tədbir keçirilmişdir.​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.​Tədbiri giriş sözü ilə açan məruzəçi Seyranə Quliyeva öncə Azərbaycan Milli İstiqlal Partiyasının yaranma tarixi, keçdiyi şərəfli yol və fəaliyyət istiqamətləri barədə qısa məlumat verib. Daha sonra “28 May Dövlət Müstəqilliyi Günü - tarixə baxış kontekstində” mövzusunda geniş məruzə ilə

Azərbaycanın görkəmli ictimai-siyasi və elm xadimi, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.Hacıbaba müəllim Azərbaycanın müstəqillik mübarizəsində, dövlətçiliyimizin hüquqi əsaslarının qurulmasında, eləcə də elm və təhsil sahəsində misilsiz xidmətləri olan, xalqımızın yaddaşında xüsusi yer tutmuş bir şəxsiyyət idi. Onun ölkəmiz qarşısındakı xidmətləri heç vaxt unudulmayacaqdır.Uca Tanrıdan mərhumun ailəsinə, yaxınlarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.Allah rəhmət eləsin, məkanı cənnət olsun!Etibar MəmmədovAzərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri17.05.2026

Aərbaycan Milli İsdtiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev aprelin 29-dan mayın 2-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Beynəlxalq Demokrat İttifaqının (İDU) “İDU Forum-2026, Zaqreb” adı altında təşkil etdiyi beynəlxalq tədbirdə və İDU-nun İcracı toplantısında  iştirak etmişlər. Forumda İDU üzvü olan sağ mərkəz yönümlü partiyaların rəhbərləri, həmin  partiyalarını təmsil edən bir sıra sabiq dövlət və hökumət başçıları, müxtəlif analitik beyin mərkəzlərinin nümayəndələri, siyasi ekspertlər, diplomatlar, ümulikdə 300-dən artıq nümayəndə iştirak etmişdir. Xorvatiya Respublikasının Baş naziri Andrej Plenkoviç, Xorvatiya