AMİP-30
a

KİV

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu erməni lobbisinin kongresdəki “hücümçu”su kongresmen Adam Şiffin haqqında araşdırma aparır. FTB Şiff haqqında araşdırma 46 epizod üzrə üzrə gedir: - korrupsiya , dövlət resursların israfı/talan, - dövlət resursların şəxsi məqsədlər üçün istifadəsi, - uydurma keyslər üzrə yerli və federal postlara kompitentsiz şəxslərin yerləşdirilməsi məqsədi ilə saxta rekomendasiyalar, - dövlət rəsmilərinin gözdən salınması, - dövlət institutlarının inamın sarsıdılması, - son iki bənd nəticəsində dövlət mülkiyyətinə ziyan vurulması üzrə. Şiffin ancaq dövlət rəsmilərinin gözdən salınması və dövlət institutlarına inamın sarsıdılması işi üzrə ABŞ dövlətinə vurduğu ziyanın həcmi 32

"Ucqar bölgələrdəki kəndlərin birləşdirilməsi təklifi dəyərləndirilə bilər". Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Arzuxan Əlizadə deyib.  Deputat bildirib ki, bu barədə yalnız ciddi araşdırma aparıldıqdan, mütəxəssislər rəy verdikdən sonra qərar verilə bilər: "Məlumdur ki, ölkədə bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin formalaşması prosesi baş verdi. İlk yaradılarkən 2700 bələdiyyə mövcud idisə, son seçkilər dövründə 1607 bələdiyyə fəaliyyət göstərirdi. Bələdiyyələrin birləşdirilməsindən sonra isə 685 bələdiyyə mövcuddur. 29 yanvarda seçki məhz 685 bələdiyyə üzrə baş tutdu.  Bu, idarəetmə aparatının mütəhərrik olması baxımından atılmış addımdır. Bu konteksdən

"Bir sıra xarici media resurslarının ölkə daxilində fəaliyyətinin qadağan edilməsi doğru qərardır. Çünki kənardan Azərbaycana düşmən qüvvələr tərəfindən maliyyələşdirilən və Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən media qurumları ölkə daxilində olmamalıdır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  "Bu, bütün dünya tərəfindən qəbul edilmiş məsələdir. Bəzi hallarda bunu söz azadlığının pozulması kimi qələmə verməyə çalışırlar. Dövlət maraqları, milli təhlükəsizlik məsələləri heç bir halda dövlət ərazisində həmin dövlətin maraqları xaricində fəaliyyət göstərə bilməz. Bütün dünyada qəbul edilən bu məsələdə heç bir kriminal yoxdur. Media orqanları qərəzsiz, tərəfsiz olmalıdır.

"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır. İdarəetmədə tam yeni üsullara və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var. Amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır”.Bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox  müsbət təsirləri olacaq: "Ən əsası, kəndlərdə

Ermənistan Beynəlxalq Silah Ticarəti Müqaviləsinə qoşulmağı düşünür. Bunu Cenevrədə tərksilah üzrə konfrans zamanı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib. Ermənistan XİN rəhbəri qeyd edib ki, effektiv fəaliyyət göstərən silahlara nəzarət rejimi beynəlxalq, regional və subregional səviyyədə hərbi-siyasi sabitliyin təmin edilməsi baxımından zəruridir. Onun sözlərinə görə, İrəvan davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün mühüm ilkin şərt kimi silahlara nəzarət sazişlərinin ciddi şəkildə yerinə yetirilməsinə tərəfdardır: “Bu kontekstdə biz Beynəlxalq Silah Ticarəti Müqaviləsinə qoşulmaq imkanını da nəzərdən keçiririk”. Görünən odur ki, əslində Ermənistan Beynəlxalq Silah

Fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda Dəyirmi Masa təşkil edilib.  “Hilton” otelində təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edib. Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş

26 fevralda Xocalı soyqırımının 33-cü ildönümü tamamlanır. 33 il əvvəl baş verənlər nəinki Azərbaycan xalqının, bütövlükdə insanlığa qarşı törədilən soyqırım aktı idi. Azərbaycan hər zaman bütün yüksək tribunalarda "Xocalıya ədalət" çağırışı etdi, təəssüf ki, dünya bu çağırışları eşitmədi, günahkarların cəzalandırılması üçün səy göstəmədi. Amma Azərbaycan Ordusu Xocalının qisasını aldı. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Avropada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərtləşən mövqeyi və üç ildir davam edən münaqişə ilə bağlı Moskva ilə təmas yaratmaq cəhdləri ilə əlaqədar narahatlıqlar fonunda bu həftə Vaşinqtona səfər edəcək. Belə ki, Makron və Starmer Trampı Rusiya ilə ikitərəfli danışıqlardan dönməyə inandırmağa qərar veriblər. Məlumata görə, iki ölkənin liderləri ABŞ lideri ilə görüşdə Ukrayna ilə bağlı vahid mövqedən çıxış etmək barədə razılaşıblar. Rusiya ilə danışıqlardan imtina qarşılığında Makron və Starmerin Trampa Ukraynanın gələcək

ABŞ-nin 47-ci prezidenti Donald Tramp seçkilərdən sonrakı addımları və açıqlamaları ilə dünya siyasətçilərini və siyasi ekspertləri təəccübləndirməyə davam edir. Tramp adminsitrasiyası Rusiya ilə dialoqa girir, Ukrayna prezidenti Zelenskini ittiham edir və Avropa İttifaqına ciddi mesajlar verir. Maraqlıdır, Azərbaycandakı siyasi partiyalar Donald Trampın fəaliyyətini necə dəyərləndirirlər? Modern.az siyasi partiyalar arasında sorğu keçirib. AMİP sədri, deputat Arzuxan Əlizadə Trampın mesajlarında fərqli nüanslardan bəhs edib:“Donald Trampın seçkilərdən əvvəl verdiyi bir sıra vədlər birmənalı qarşılanmışdısa, yanvarın 20-də keçirilən inauqurqsiya mərasimindən sonra imza atdığı qərarlar, sərəncamlar birmənalı qarşılanmayıb. Məsələn, USIAD-in və bir sıra digər təşkilatların

Müasir dövlət quruculuğu və xalqın rifahı Azərbaycanda suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi üçün zəmindir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu prinsiplərin tarixi əhəmiyyətini, eləcə də gələcəyə yönəlik strateji mahiyyətini  ön plana çıxarır. Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, İnsan hüquqlarının qorunması ideyası İkinci Dünya müharibəsindən sonra beynəlxalq müstəviyə çıxıb, ilk dəfə BMT Nizamnaməsində təsbit olunub: “1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası insan hüquqları haqqında bəyannamə qəbul etdi. Sonra insan hüquq və azadlıqları