AMİP-30
a

KİV

“Bu gün ABŞ də müəyyən problemlərlə üzləşir. Amma ən ağır vəziyyətdə olan tərəf İran hesab olunur. Çünki müharibənin uzanması və gərginliyin davam etməsi İrana daha çox zərər verir”. Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib: “İran daxilində iqtisadi problemlər getdikcə dərinləşir. Sanksiyalar və blokada nəticəsində İranın neft satış imkanları ciddi şəkildə məhdudlaşıb. Bu vəziyyət davam etdikcə ölkənin problemləri daha da artır. Müharibə heç vaxt tərəflərin maraqlarına tam xidmət etmir. Amma ABŞ öz strateji maraqlarını təmin etmək üçün bu təzyiq siyasətini davam etdirə bilər. Mövcud passiv vəziyyət isə

Cənubi Qafqazda sülh prosesinin davam etməsi fonunda Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası hələ də fəaliyyətdədir. Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yönəlik addımların atıldığı, tərəflərin sülh iradəsini açıq şəkildə bəyan etdiyi bir şəraitdə xarici missiyanın bölgədə qalmasının hansı məqsədə xidmət etməsi ciddi suallar doğurur.Məlum olduğu kimi, postmünaqişə dövründə sülh istiqamətində real addımlar atan, regionda dayanıqlı sabitliyin təmininə çalışan tərəf məhz Azərbaycandır. Ancaq Aİ missiyası guya Ermənistanı Azərbaycandan qoruyur. Bunun təbii ki, heç bir məntiqi izahı yoxdur. Bu mənada Aİ missiyasının fəaliyyətinin uzadılması, sülh prosesindən daha

Bölgədə yaranan sülhün memarı və qarantı Azərbaycandır, Azərbaycan Prezidentidir. Bütün dünya bilir ki, Cənubi Qafqazda sülh prosesinin təşəbbüskarı və əsas qüvvəsinin Azərbaycan olduğu şübhəsizdir. Ancaq çox təəssüf ki, bəzi dövlətlər, o cümlədən Fransa, eləcə də Avropa təsisatları çalışırlar ki, bölgədə sülh prosesinin əsas aparıcı qüvvəsi kimi Ermənistanı göstərsinlər. Bu məqsədlə Ermənistanda müxtəlif tədbirlərdüzənləyirlər, Avropa Siyasi Birliyinin sammiti, Aİ-Ermənistan sammiti kimi tədbirlər keçirirlər, müxtəlif ölkələrin rəhbərləri yığışıb Ermənistana gəlirlər. Burada məqsəd Ermənistanın regionda sülh prosesində əsas qüvvə olduğunu göstərmək və sübut etməkdir. Yalandan Ermənistanda konfrans,

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda regionda strateji əhəmiyyətli layihələr gündəmə gəlməkdədir. Bu layihələr arasında ən diqqətçəkəni 2025-ci il avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış birgə bəyannamə əsasında formalaşan TRIPP layihəsidir. Naxçıvanı Ermənistan ərazisi (Sünik/Zəngəzur) vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək bu nəqliyyat-infrastruktur marşrutu regionun strateji mənzərəsini dəyişmək potensialına malikdir. Son dövrlərdə Litva rəsmiləri TRIPP layihəsi çərçivəsində Kalininqrad modelinin tətbiqini təklif edirlər. Bu modelə əsasən, Rusiya vətəndaşlarının Litva ərazisindən keçərək Kalininqrada getməsi üçün tətbiq olunan

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin atasının dəfn mərasiminə buraxılmamasının müxalifət tərəfindən etirazla qarşılanmasına münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında bildirib ki, belə bir qərarın verilməsi üçün təqsirləndirilən şəxs özü və ya onun vəkilləri müvafiq formada müraciət etməlidirlər. “Məlumdur ki, Əli Kərimlinin atasının dəfni bayram günlərinə düşmüşdü. Müraciət olunubmu, istintaq orqanı bununla bağlı hansı qərarı qəbul edib, bilmirəm. İstənilən halda istər müsbət, istərsə də mənfi qərar vermək istintaq orqanının səlahiyyəti daxilindədir. Bu məsələyə kənar müdaxilə

"Cənubi Qafqazda baş verən son proseslər regionda yeni siyasi reallıqlar formalaşdırıb. Xüsusilə postmüharibə dövründə beynəlxalq təşkilatların fəaliyyəti, böyük dövlətlərin yanaşması və sülh prosesi ilə bağlı məsələlər yenidən geniş müzakirə olunur. Azərbaycan isə bu proseslərdə həm regional təhlükəsizliyin, həm də beynəlxalq hüququn əsas təminatçılarından biri kimi çıxış edir". Bu sözləri AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Azinforum.az-a açıqlamasında deyib.Deputat bildirib ki, uzun illər ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində real nəticə ortaya qoya bilmədi və faktiki olaraq işğalın davam etməsinə şərait yaratdı. Onun sözlərinə görə, həmsədr ölkələr olan

Cənab Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanda özünü “xilaskar” kimi təqdim etməyə çalışan bəzi xarici liderlərin real siyasi çəkisinin olmadığını vurğulayaraq onların yalnız ritorika ilə çıxış etdiyini, lakin öz ölkələrində belə ciddi ictimai dəstəyə malik olmadıqlarını qeyd edib. Dövlət başçısı xüsusilə Fransada aşağı reytinqlə üzləşən Emmanuel Makronun Ermənistan məsələsi üzərindən siyasi dividend qazanmaq cəhdlərini real vəziyyətdən uzaq və qeyri-səmimi yanaşma kimi xarakterizə edib. Eyni zamanda Makronun Ermənistana səfər planını Türkiyə üzərindən həyata keçirmək cəhdləri də regionda diplomatik həssaslığın və siyasi reallıqların nəzərə alınmadığını göstərib. Lakin

Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Dövlət başçısı görüşdə çıxışı zamanı həm regiondakı mövcud geosiyasi vəziyyətə, həm də Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq mühüm mesajlar verib. Prezident xüsusilə bəzi xarici dairələrin “Ermənistanı Azərbaycandan qoruduqları” ilə bağlı yaratmağa çalışdıqları görüntünü sərt tənqid edib: “Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki,

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycan tarixində mühüm rol oynamış Heydər Əliyev müxtəlif siyasi düşərgələri təmsil edən şəxslərin yaddaşında təkcə dövlət başçısı kimi deyil, həm də fərqli xatirələrlə qalıb. Modern.az saytı parlamentdə təmsil olunan siyasi partiya sədrlərinin Heydər Əliyevlə bağlı xatirələrini, onunla görüşüb-görüşmədiklərini və digər düşüncələrini öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu olan çox böyük şəxsiyyətdir. Azərbaycan dövlətçiliyiinin qorunub saxlanılmasında, möhkəmlənməsində və bugünkü qüdrətli ölkəyə çevrilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyi iki dövrə təsadüf edib: sovet

İkinci Dünya müharibəsi Azərbaycanda demək olar ki, hər ailənin yaddaşında iz qoyub. Kimi atasını, qardaşını, əmisini cəbhədə itirib, kimi də illərlə müharibənin yaraları ilə yaşayan doğmasının həsrətini çəkib. 1941-1945-ci illərdə yüz minlərlə azərbaycanlı ön cəbhəyə yollanarkən, onların taleyi sonrakı nəsillərin də həyat hekayəsinə çevrilib. Bu ağır müharibənin izi bəzi deputatların ailələrindən də yan keçməyib. Modern.az saytı babaları və yaxınları İkinci Dünya müharibəsində vəfat edən deputatları araşdırıb.  Deputat Arzuxan Əlizadənin babası Məstan Abdulla oğlu Əliyev 35 yaşında cəbhəyə yollanıb. Onun haqqında məlumat İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərin arxiv