AMİP-30
a

Author: admin_amip

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlət başçısı bununla bağlı deyib: “Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı”. Doğurdan da əgər BMT sistemi

Avropa ölkələrinin aparıcı müxalifət partiyaları ilə Azərbaycan Milli Məclisində təmsil olunan müxalifət siyasi qüvvələrin qanunvericilik təşəbbüslərinin müqayisəsi siyasi sistemlərin fərqli inkişaf mərhələlərini, institutların yetkinlik səviyyəsini və müxalifətin real təsir imkanlarını aydın şəkildə üzə çıxarır. Polşada Hüquq və Ədalət Partiyası (PiS), İspaniyada Xalq Partiyası (PP), Fransada Milli Birlik (Rassemblement National), Almaniyada Alternativ partiya (AfD) və Böyük Britaniyada Reform UK kimi qüvvələr müxalifətdə olsalar da, genişmiqyaslı, sistemli və ideoloji cəhətdən aydın formalaşmış qanunvericilik proqramları ilə çıxış edirlər. Onların təklifləri adətən konstitusiya islahatları, miqrasiya və sərhəd siyasətinin köklü

“19 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası baxımından müstəsna tarixi əhəmiyyət daşıyır”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu hadisə uzun illər davam edən işğal və separatizm probleminin Azərbaycanın öz Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində həll olunması ilə nəticələndi:“44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzün böyük hissəsinin bərpa edilməsindən sonra 19 sentyabr zəfəri Qarabağ üzərində Azərbaycan dövlətinin suverenliyinin tam təmin

Nikol Paşinyan bildirib ki, Ermənistanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı mövqeyi dəyişməyib. O, Ermənistanın indiyədək bazanın çıxarılmasını tələb etmədiyini, lakin Rusiya özü qoşunlarını çıxarmaq qərarı versə, İrəvanın buna etiraz etməyəcəyini deyib. Eyni zamanda, Ermənistan bazanın fəaliyyətinin davam etdirilməsi məsələsini də müzakirə etməyə hazırdır. 102-ci baza 1995-ci il razılaşması əsasında Ermənistanda yerləşir və onun fəaliyyət müddəti 2044-cü ilə qədər uzadılıb. Rusiya 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasını nə tələb edir, nə də Paşinyan indiyədək bununla bağlı rəsmi tələb irəli sürüb. Belə olduğu halda, bazanın çıxarılması

“Baş nazir Əli Əsədov karantin rejiminin uzadılması ilə bağlı növbəti sərəncam verib və 2027-ci il, 2 yanvara qədər uzadılıb. Karantin rejiminin uzadılması eyni zamanda quru sərhədlərin də bağlı qalması deməkdir. Bu baxımdan mütəmadi olaraq verilən qərarlar, karantinin uzadılması əhali arasında heç də birmənalı qarşılanmır. Bunun da səbəbləri var. Quru sərhədlərin bağlı qalması xüsusilə də yaxın qonşularımızın ərazisində-Rusiya və Ukraynada yaşayan azərbaycan əsilli şəxslərin, onların qohumlarının gediş-gəlişinə çox ciddi problem yaradır deyə quru sərhədlərin bağlı qalması bu insanların narahatlığına səbəb olur”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın sentyabrın 15–16-da Azərbaycana səfəri, ilk növbədə, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin yeni mərhələdə daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Türkiyə arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, regional təhlükəsizlik, enerji, nəqliyyat və geosiyasi proseslər baxımından da mühüm xarakter daşıyır. Səfər zamanı enerji əməkdaşlığı, yeni nəqliyyat və logistika imkanları, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsi kimi məsələlərin müzakirə olunması bunu bir daha göstərir”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. O deyib ki, Hakan Fidanın məhz indiki

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. “Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik”,- deyən dövlət başçısı vurğulayıb ki, bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. “Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq”, - deyə Prezident vurğulayıb. Prezidentin açıqlamasından belə

AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev sentyabrın 10-15-də İsveçdə səfərdə olublar. Bu barədə AMİP-in mətbuat xidmətindən məlumat yayıb. Bildirilib ki, səfər İsveçdə hakimiyyətdə olan sağ-mərkəz yönümlü Moderat Partiyasının dəvəti ilə baş tutub. Səfərin əsas məqsədi sentyabrın 13-də keçirilən parlament seçkilərini müşahidə etmək, seçki kampaniyasının son günlərində prosesin gedişatını izləmək olub. Səfər çərçivəsində Moderat Partiyasının rəhbərliyi, İsveç Riksdaqının və Avropa Parlamentinin partiyadan olan üzvləri ilə görüşlər keçirilib. Sentyabrın 13-də keçirilən seçki gecəsində AMİP rəhbərliyi İsveçin Baş naziri Ulf

“Azərbaycandan kənarda yaşayan bəzi şəxslərin ölkədə qalan qohumlarına guya siyasi fəaliyyətləri ilə əlaqədar təzyiqlər göstərilməsi barədə səsləndirdikləri iddialar konkret faktlarla əsaslandırılmalıdır. Hazırda bu istiqamətdə ortaya qoyulmuş konkret bir fakt görmürük”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir və dövlət qurumları kiminsə subyektiv mülahizələri və ya siyasi mövqeyinə əsaslanaraq qərar qəbul etmir: “Əgər hər hansı şəxs özünün və ya yaxınlarının hüquqlarının pozulduğunu düşünürsə, bununla bağlı aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Digər tərəfdən, hər

Rusiya Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandıracaq. Bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb. Bildirilib ki, Rusiya ərazisində “Şimali Qafqaz–Zaqafqaz” magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin kompleks şəkildə aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək bu kəmər vasitəsilə Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq. Şirkət onu da qeyd edib ki, sözügedən müddətdə Ermənistanda istehlakçıların qaz təchizatı məhdudlaşdırılmayacaq: “Bu dövrdə respublikada istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İran İslam Respublikasından əlavə təbii qaz tədarükü hesabına həyata keçiriləcək”. Qeyd edək ki, Ermənistanın qaza olan tələbatının 78 faizi Rusiyadan,