AMİP-30
a

Author: admin_amip

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk qonağı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadədir. Deputat üç qonşu ölkə - İran, Rusiya və Ermənistanla bağlı suallarımızı cavablandırıb: - Arzuxan bəy, cənub qonşumuzda etirazlar səngiyib. Demək olar ki, proses bitdi, yoxsa yeni dalğasını gözləyirsiniz? - İranda hadisələr Tehran bazarından başlamışdı. Tacirlər dolların bahalaşmasına, milli valyutanın dəyərini itirməsinə, üzləşdikləri problemlərə etiraz edirdilər. Bu etirazlar sonra ölkənin bir çox yerlərinə sıçradı. İndi gərginlik müəyyən qədər səngiyib, amma buna səbəb olan poblemlər aradan qalxmayıb. Əksinə, etirazçıların

"20 Yanvar təkcə faciə deyil, eyni zamanda müasir Azərbaycan tarixinin ən qürurlu və qəhrəmanlıq dolu səhifələrindən biridir".  Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı danışarkən deyib. Deputat vurğulayıb ki,  həmin gün azadlıq və müstəqillik uğrunda ayağa qalxmış Azərbaycan xalqına qarşı o zamankı SSRİ rəhbərliyi tərəfindən son dərəcə qəddar və qeyri-insani cəza mexanizmi işə salındı. SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, xüsusi xidmət orqanlarının rəhbərliyi bu prosesə birbaşa rəhbərlik etdi və SSRİ-nin o zamankı prezidenti Mixail Qorbaçovun əmri

"2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi əslində ölkənin strateji inkişafında mühüm dövrün başlanğıcını simvollaşdırır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Prezidentin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş bu qərar həm tarixi memarlıq ənənələrinin qorunmasına, həm də müasir şəhərsalma prinsiplərinin tətbiqinə görə böyük əhəmiyyət kəsb edir: "Məlumdur ki, sərəncamda Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq mədəniyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi və yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi əsas məqsəd kimi göstərilib. Bildiyiniz kimi, Azərbaycanın memarlıq və şəhərsalma

17 yanvar 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası baş tutub. ​İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Alizade 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı partiyanın hazırlıq işlərinə toxunub. O, şəhidlərimizin ziyarət edilməsi və anım mərasimlərinin təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib. Sədr vurğulayıb ki: ​"Şəhidlərimizin şəhadətinin 36-cı ildönümündə onların xatirəsinin yüksək səviyyədə anılması hər bir vətəndaşımızın mənəvi borcudur." ​İclasın gedişatında AMİP Səbail rayon təşkilatının sədri Vidadi Bəşirovun 75 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib.

"Hazırda təxminən 500-600 min sənədsiz ev var. Prezident İlham Əliyevin ötən il bununla bağlı imzaladığı fərman 100 min evin sənədləşdirilməsinə imkan verəcək". Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, evlərin sənədləşdirilməsi həm büdcəyə xeyli vəsaitin daxil olmasına şərait yaradacaq, həm də bələdiyyələrin büdcəsinə əlavə imkanların tanınması deməkdir: "Bələdiyyə sədrləri xahiş etdilər ki, bir çox məsələləri qaldıraq. Məhəllədaxili yollar, küçələrin işıqlandırılması və s. Ələlxüsus, son zamanlar sahibsiz itlərlə bağlı müraciətlər artıb. Əhali şikayət edir, bələdiyyələr isə yardım etmək iqtidarında

AZAL-a məxsus mülki təyyarənin vurulması ilə nəticələnən faciədən 1 ildən çox vaxt keçsə də, Rusiya tərəfi faciəyə məsul şəxsləri cəzalandırmaqda maraqlı deyil. Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinə atəş əmrini 11-ci hava hücumundan müdafiə ordusunun komandan müavini, general-mayor Aleksandr Tolopilonun verdiyi məlumdur. Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya tərəfinin göndərdiyi rəsmi məktubda Rusiya İstintaq Komitəsinin general-mayor Aleksandr Tolopilo barəsində aparılan araşdırmanı dayandırdığı göstərilib. Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadə bildirib ki, general

Son zamanlar sahibsiz itlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Əhali müraciət edir, amma bələdiyyələr bu məsələləri həll etmək imkanında deyirlər. Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Arzuxan Əlizadə  deyib. “Mən bu məsələ ilə bağlı bu yaxınlarda Sabunçu rayon İcra Hakimiyyətinə, onlar da Bakı Şəhər İcra Hakimiyyətinə və müvafiq qurumlara müraciət etdilər. Bakıxanov qəsəbəsində mənə bir rəsmi məlumat da verdilər. 11 saylı poliklinikaya bir ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub. Uşaqlar məktəblərə, valideynlər səhər işə gedəndə bu problemlərlə üzləşirlər. Əvvəlcə bələdiyələrə müraciət

Azərbaycan Respublikasının dövlət qurumları barədə "Facebook" sosial şəbəkəsində əsassız paylaşımlar edən "Palitra" hesabı və ona bağlı "TikTok"da "palitranews1" adlı hesab Ermənistan vətəndaşlarına məxsusdur və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib. Sözügedən hesab İrəvan şəhəri, V.Sargsyan prospekti, ev 6 ünvanında yaşayan Edgar Gazaryan və Olga Smbatyan adlı şəxslərin istifadəsindədir. Sosial şəbəkələrdə bu səhifələrin araşdırması onu göstərir ki, "Palitra" hesabında hər hansı bir müstəqil araşdırma əksini tapmayıb, yalnız Azərbaycanın dövlət siyasətini ləkələməyə yönələn müxtəlif paylaşımlar digər səhifələrdən kopyalanıb. "Palitra" hesabında əksini tapan dezinformasiya xarakterli materialları dərc edən və Azərbaycana qarşı