AMİP Siyasi Şurasının 2024-cü ildə ilk iclası keçirildi
Yanvarın 16-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının 2024-cü ildə ilk iclası keçirilmişdir. Gündəlikdə duran məsələlərdən biri və başlıcası 20 Yanvar Anım gününün 34-cü ildönümünə hazırlıq işləri və görüləcək tədbirlər planı müzakirə olunub müvafiq qərarlar qəbul edildi. Başda AMİP lideri Etibar Məmmədov olmaqla AMİP-çilər ənənəvi olaraq yanvarın 20-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olanların xatirəsini ehtiramla yad edəcəklər. Daha sonra qarşıdan gələn növbədənkanar Prezident seçkilərində AMİP-in müşahidəçilik missiyası, səsvermə günündə ölkənin bütün ərazisində seçki prosesini izləmək üçün AMİP təmsilçilərinin cəlb olunması məsələsi geniş
Arzuxan Əlizadə: “Cənubi Qafqaz Asiyaya açılan qapı olduğu üçün Fransa ölkəmizdə agentura şəbəkəsini qurmağa çalışıb”
“Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı Frans-Press Agentliyinin sualını cavablandırarkən bildirib. A.Hacızadə qeyd edib ki, Fransa Respublikasının vətəndaşı Martin Rayan ötən il dekabrın 4-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş
Afsəddin Nəbiyev: “Sülh müqaviləsi tərəflər arasında o halda imzalana bilər ki, əsas mübahisəli məsələlərin 80-90 faizi razılaşdırılmış olsun”
Ermənistan parlament sədri Alen Simonyan bu günlərdə bəyan etdi ki, sülh sazişi delimitasiyadan əvvəl olmalıdır. Yəni Ermənistan Azərbaycanla sülh müqaviləsini iki dövlət arasında sərhədin delimitasiyasından əvvəl də imzalaya bilər. Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, sülh müqaviləsində delimitasiyanın mexanizmi öz əksini tapmalıdır: “Ermənistan-Azərbaycan sülh müqaviləsində iki ölkə arasında sərhəd delimitasiyanın konkret mexanizmi yer almalıdır. Sərhədin delimitasiya və demarkasiyası məsələsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasında və nəticə etibarilə sülh müqaviləsinin imzalanmasında əsas maneə olaraq qalır”. Ümumilikdə, Ermənistan tərəfinin bu gün ortaya qoyduğu