AMİP-30
a

Author: admin_amip

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə: “Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır – bu, sadəcə zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək”. Burada diqqəti çəkən və qəribə məqam odur ki, belə açıqlamalara baxmayaraq, Azərbaycana qarşı təzyiqlər,

“Çində baş tutan tədbir çərçivəsində Azərbaycan və Rusiya prezidentləri arasında görüş ehtimalı gündəmdə idi. Həm Azərbaycan, həm Rusiya mediasında belə bir görüşün baş tuta biləcəyi ilə bağlı fikirlər deyilmişdi. Hətta Dmitri Peskov da görüşün ola biləcəyini bildirmişdi. Amma ilk dəfə idi ki, belə bir beynəlxalq tədbirdə iştirak edən Azərbaycan və Rusiya prezidentləri ayrılıqda görüşmədilər”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.  O bildirib ki, hazırda iki ölkə arasında mövcud olan gərginlik fonunda başqa cür ola da bilməzdi: “Çünki Azərbaycanın ən azından etiket qaydalarına əməl etməli olan Rusiyadan,

“Hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biri Ermənistan Konstitusiyasında yer alan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarıdır. Bu, sadəcə Azərbaycanın deyil, qardaş Türkiyənin də ərazi bütövlüyünə qarşı yönəlmiş açıq ifadələr şəklində konstitusiyada mövcuddur”.  Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.  O bildirib ki, xüsusilə Ermənistanın müstəqillik aktında bu müddəalar xüsusi vurğulanır və həmin akt Ermənistan Konstitusiyasının tərkib hissəsi kimi qəbul olunur: “Bu baxımdan, Ermənistanda Konstitusiya islahatlarının aparılması zərurəti yaranır və bu, yalnız referendum yolu ilə mümkün ola bilər. Azərbaycan artıq 5 ildən

“ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması, etimad mühitinin yaradılması üçün vasitəçi olaraq formalaşdırılsa da mövcudluğu dönəmində heç bir iş görə bilmədi. Saysız-hesabsız regiona səfərlər, müxtəlif səviyyəli görüşlər və hazırlanan təkliflər münaqişəni nəinki həll edə bilmədi, əksinə onu çətinləşdirdi, dalana dirədi. Erməni baş nazir Paşunyanın "Qarabağ Ermənistandır, nöqtə" fikrini səsləndirməklə faktiki olaraq dinc nizamlanma yolunu qapatdı. Minsk Qrupunun həmsədr ölkələrinin yarıtmaz fəaliyyəti və tərəfkeşliyi İrəvanı şirnikləndirərək yeni ərazi iddialarına sövq etdi və hədələyici ritorika ilə danışmasına səbəb yaratdı. Azərbaycan belə olduqda öz

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti – XIII Qurultayının keçirilməsi istiqamətində hazırlıq prosesi sürətlə davam edir. Partiyanın Nizamnaməsinə uyğun olaraq ölkənin müxtəlif rayon və şəhərlərində hesabat-seçki konfransları yekunlaşmaq üzrədir. Bu konfransların əsas məqsədi partiya təşkilatlarının fəaliyyətini qiymətləndirmək, yeni idarəetmə heyətlərini formalaşdırmaq və qarşıdan gələn qurultayda iştirak edəcək nümayəndələri seçməkdir.Bu çərçivədə 1 sentyabr 2025-ci il tarixində Masallı rayon təşkilatınının strukturlarının yenidən formalaşması prosesi ilə bərabər, Lənkəran ŞT -da, Lerik və Astara rayon təşkilatlarında növbəti konfranslar keçirilib. Tədbirlərdə AMİP-in qarşıdakı siyasi kursu, ölkədə gedən ictimai-siyasi proseslər

“ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycan diplomatiyasının növbəti uğurudur”.  Bu sözləri Azərbaycan İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan uzun müddətdir ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı mövqeyini sərgiləyirdi:  “Ermənistana bu məsələ ilə bağlı birgə müraciət təklif olunmuşdu. Lakin təəssüf ki, rəsmi İrəvan uzun müddət ərzində digər məsələlərdə olduğu kimi bu məsələdə də qeyri-konstruktiv mövqe sərgilədi. Lakin nəhayət 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət ünvanlandı”.  Partiya

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində jurnalistin “Əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi” sualını cavablandırarkən deyib ki, bu, Ermənistanın özünə ziyan vuracaq, çünki regiondakı güc balansı hər baxımdan tamamilə Azərbaycanın xeyrinədir: “Yəni demək istərdim ki, Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü

ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kimi qurumların ləğv edilməli olduğunu deyib. Sitat: “Gömrük Komitəsi ümumiyyətlə ayrıca qurum kimi ləğv edilməlidir. Çünki bu, ruslardan kopyalanmış bir modeldir. Nəyə lazımdır? Dünyanın çox az ölkəsində ayrıca gömrük orqanları var. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi kimi qurumlar bu sırada yer alır. Orada işləyən bacarıqlı insanlar isə biznes qursunlar, öz biliklərini sahibkarlığa yönəltsinlər. Əslində bu, həm onlar üçün, həm də ölkə iqtisadiyyatı üçün daha faydalı olar. Azərbaycanda iqtisadiyyatın önünü açmaq üçün çoxlu agentliklərin, idarələrin ləgv edilməsi və sadə, şəffaf