AMİP-30
a

Author: admin_amip

8 NOYABR – BÖYÜK ZƏFƏR GÜNÜNÜN 5-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ AMİP -in BƏYANATI.Bu gün – 8 Noyabr – tariximizin ən şanlı, ən qürurlu səhifəsi, xalqımızın otuz illik həsrətinə son qoyan Böyük Zəfər Gününün 5-ci ildönümüdür! Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) olaraq, Vətən Müharibəsində qazanılan bu misilsiz Qələbə münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Beş il öncə, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının bir yumruq kimi birliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, milli qürurumuzun təntənəsi yaşandı.

Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Aİ-nin Mülki Müşahidəçilər Missiyasının (EUCM) formatı iki ölkə arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş imzalanana qədər dəyişməyəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxışı zamanı deyib. O bildirib: “Sazişin imzalanmasından və ratifikasiyasından sonra format dəyişdirilə bilər. Artıq Aİ tərəfdaşlarımızla bu məsələ ilə bağlı daha əsaslı müzakirələr aparmışıq və hələ də aparılacaq”. Sülh sazişindən sonra formatın dəyişdirilməsinə nə ehtiyac var? Artıq Aİ missiyası birdəfəlik Ermənistandan çıxarılmalı deyilmi? Formatın dəyişdirilməsində Ermənistanın məqsədi nədir? Sözügedən məsələ ilə bağlı

“İş qrafikinin azaldılması hazırda müzakirə mövzusu olmamalıdır. Çünki mövcud reallıqlar fonunda iş saatlarının azaldılmasının ciddi müsbət nəticə verəcəyini düşünmürəm”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, xüsusilə də Bakıda tıxac probleminin aradan qaldırılması üçün önləyici tədbirlərin görülməsi vacibdir: “Bu istiqamətdə daha ciddi və məqsədyönlü addımlar atılmalıdır. Belə tədbirlərdən biri də müxtəlif müəssisələr, o cümlədən təhsil müəssisələri üçün iş qrafiklərinin fərqli şəkildə tənzimlənməsidir.  Müəssisələr üzrə iş saatlarının başlanma və bitmə vaxtları müxtəlifləşdirilməli, müəyyən koordinasiyalı şəkildə planlaşdırılmalıdır. Bu yanaşma tıxacların azalmasına mühüm töhfə verə bilər.  Təbii ki, digər önləyici tədbirlər

“Bu gün çox təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqının digər institutları kimi AvroNest platformasını da şantaj və təzyiq vasitəsinə çevirib”. Bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin AvroNest Parlament Assambleyasının qətnamələrinə cavab bəyanatında əksini tapıb.  Bəyanatda qeyd olunur ki, bəzi avroparlamentar deputatlar qətnamələrin mətnlərinə Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz və qıcıq doğuran qeydlər əlavə ediblər: “Qətnamələrdən birində 2024-cü ilin parlament seçkiləri "saxtalaşdırılmış", xalq tərəfindən seçilmiş hakimiyyət isə “özünü elan etmiş” adlandırılır. Həmçinin polis əməkdaşlarına və dövlət institutlarına hücum etmiş, barələrində məhkəmənin ittihamedici hökmləri çıxarılmış şəxsləri

Hər bir xalqın tarixində sadəcə təqvim dəyişməsi deyil, tamamilə yeni bir era başladan, milli şüuru silkələyən və gələcəyi yenidən yazan anlar var. Azərbaycan üçün bu an, 2020-ci ilin payızında – 44 günlük Vətən Müharibəsi ilə başladı. Lakin bu Zəfər yalnız 44 günün nəticəsi deyildi; bu, 30 illik dözülməz bir həsrətin, beynəlxalq ədalətsizliyə qarşı yığılmış qəzəbin və bir millətin öz torpağına olan sonsuz sevgisinin coşqun təzahürü idi.2025-ci il, o Böyük Qələbənin beşinci ildönümüdür. Bu beş il ərzində biz təkcə tarixi zəfərin sevincini yaşamamışıq, həm də

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. İcra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, İcra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov cənayət məsuliyyətinə cəlb edilib.Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlıq üzv ölkələr arasında iqtisadi inteqrasiyanın və regional əlaqələrin möhkəmləndirilməsinin əsas istiqamətlərindən biridir. Bu kontekstdə dəmir yolu nəqliyyatının inkişafı, xüsusilə Trans-Xəzər və Bakı–Tbilisi–Qars (BTQ) xəttinin imkanlarının genişləndirilməsi, türk dünyasının iqtisadi məkanında vahid nəqliyyat şəbəkəsinin formalaşdırılmasında mühüm rol oynayır. Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT-yə üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclası da bu məqsədlərə xidmət edən mühüm platforma kimi çıxış edib. İclasda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılması, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal daşımaların inkişafı, həmçinin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28‑də regionlarda iqtisadi inkişafın yeni mərhələsinin işarəsi sayılan bir sıra sənaye obyektlərinin açılışında iştirak edib. İlk olaraq, “Taşobası MMC” tərəfindən Sabirabad Sənaye Məhəlləsidə yaradılmış pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub. Müəssisə Türkiyə, Almaniya və İtaliya texnologiyaları əsasında illik 8 min ton mahlıc və 10 min ton texniki çiyid istehsal gücünə malikdir.   Sonra, eyni məhəllədə yerləşən “Fırtına Su Sistemləri MMC”nin su filtrləri istehsalı müəssisəsinə baş çəkilib. Bu müəssisə ildə 210 min ədəd filtr və 15 min su filtri cihazı istehsal etməyi planlaşdırır.