AMİP-30
a

KİV

Bu, hazırda Azərbaycan və Ermənistan arasında gedən danışıqların, müzakirələrin əsas predmetlərindən biridir   "İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək". Bu absurd ifadələri İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi səsləndirib. Xəraziyə görə, artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Səbəbini isə belə açıqlayıb: "Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur". Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid

Son zamanlar Paşinyanın istefasını tələb edənlərin sayı artıb. Paşinyan da qeyd edib ki, "əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olarsa, yaxın saniyələrdə hakimiyyəti tərk edəcək."Müxalifətçi deputatın sualını cavablandıran hökumət başçısı hakimiyyətdən Paşinyanın hakimiyyətdən getməsini tələb edənlərin sayı artsa da bu say 44 günlük Qarabağ savaşında Ermənistanın məğlubiyyətindən sonra Paşinyanın istefasını tələb edənlərin sayından çox deyil. İkinci Qarabağ savaşındakı məğlubiyyətə baxmayaraq seçkilərdə Paşinyan və komandasına səs vermiş ermənilər bu gün də Paşinyanı müdafiə etməkdə davam edirlər". Bu sözləri İnformator.az-a açıqlamasında politoloq

“Fransa Ermənistandan alət kimi istifadə etməklə Cənubi Qafqaza təsir imkanları əldə etməyə çalışır. Ermənidən çox erməni olduğunu göstərməyə çalışan Makron rejimi özünün islamofobiya, antitürk siyasətini reallaşdırmaq üçün, məhz erməni amilindən istifadə etməyə cəhd göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, biz bundan əvvəl də, yəni otuz il ərzində Fransanın erməni maraqlarından çıxış etdiyinə şahidlik etmişik, amma Makronun gəlişi ilə bu münasibətlər Azərbaycana qarşı açıq düşmənçilik mövqeyinə keçib: “Məşhur fransalı siyasi analitik, jurnalist və yazıçı Alen Soralın da dediyi kimi, “Makron Rotşildin bankında

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Rusiya Qarabağ ətrafında sülh və təhlükəsizliyi təmin etməyib. Mişel bunu erməni xalqına xəyanət adlandırıb. Avropa İttifaqı Şurasının Prezidenti iddia edib ki, Rusiya etnik ermənilərə xəyanət edib. O qeyd edib ki, hərbi əməliyyat zamanı Qarabağı öz nəzarətinə qaytaran Azərbaycanla münaqişədən belə bir dərs çıxarmaq lazımdır. “Vəziyyət aydındır, Rusiyanın erməni əhalisinə xəyanət etdiyini heç kim görməyə bilməz. Rusiya öz əsgərlərinin orada olmasını, sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət verməsini istəyib. Biz görürük ki, bu hərbi əməliyyat, bildiyiniz kimi, orada hərbi

Azərbaycan İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib.  Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Baş naziri Olaf Şolzun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulub. Lakin Fransa rəsmilərinin ermənipərəst bəyanatları, rəsmi Parisin Ermənistanı silahlandırmağa cəhd etməsi, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana qarşı ittihamları, o cümlədən Türkiyənin sülh formatında iştirak etməsinə imkan verilməməsi səbəbindən dövlət rəhbəri İlham

Bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün əlverişli imkan yaranıb. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror tədbirləri nəticəsində regionda 30 ildən çox davam edən münaqişənin bitməsi, Ermənistanın Qarabağ daxil olmaqla ərazi bütövlüyümüzü tanıması, qondarma qurumun özünü buraxması sülh sazişinin imzalanmasını yaxınlaşdırır. Lakin regionda marağı olan Fransanın aktivləşməsi onu göstərir ki, rəsmi Paris bölgədə sabitliyin yaranmasında maraqlı deyil. Bu da Fransanın ənənəvi imperiya siyasətinə əsaslanır. Çünki Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əminamanlığın təmin olunmasında yox, müharibə,

“Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf, birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı deyib. Qeyd edək ki, Azərbaycan müstəqil olduqdan sonra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Rəsmi Bakı illərdir ki, aparıcı beynəlxalq təşkilatlar və xarici dövlətlərlə yaxşı müasibətlər qurmağa nail olub.  Beynəlxalq aləmdə dost adlandırdığımız ölkələrin sayının çox olması da buna real nümunədir. Məhz bunun məntiqi nəticəsidir ki, müxtəlif zamanlarda Azərbaycana qarşı qərəzli

Oktyabrın 1-də rəsmi Bakının söz verdiyi kimi, ilk dəfə (30 ildən sonra) BMT missiyası Qarabağda olub. Missiyanın gəlişi ilə bağlı aşağıdakı məsələlər bir daha gündəmə gəldi: 1. Azərbaycan şəffaflığı təmin etdi və bir daha xoş niyyətini, humanistliyini nümayiş etdirdi və göstərdi ki, cavab verə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur. 2. Azərbaycan erməniləri çıxartmır, onlara hər hansı təzyiq göstərilmir, onlar öz xoşları ilə gedirlər. 3. Onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. 4. Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim ermənilərə Qarabağdan çıxması üçün təzyiq

Etiraf edilməlidir ki, Prezident İlham Əliyev Qarabağ problemini kökündən həll etməklə Azərbaycana böyük uğur qazandırıb. Təbii, bu məsələdə ordunun da rolu danılmazdır. Bu, həm də böyük diplomatik qələbədir ki, dünya gücləri Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul edir. Bütün bu proseslərə bilavasitə İlham Əliyev rəhbərlik edib. Ancaq maraqlıdır ki, radikal müxalifət bunu dilə gətirmək istəmir. 44 günlük qələbəni əldə edəndə məhz onlar deyirdi ki, qələbəmiz yarımçıqdır: çünki  Xankəndi, Əsgəran, Ağdərə, Xocalı yoxdur. İndi hamısı var, ancaq radikal müxalifətin yenə etirafı yoxdur. Bəyəm göz qabağında olan bu

Ermənistan parlamentində Roma statutu ilə bağlı müsbət qərar verilib. Belə ki, Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiya layihəsinə müsbət rəy verib. Müxalifət nümayəndələri iclasda iştirak etməyiblər. Beləliklə, Rusiya rəhbərliyinin sərt reaksiyasına səbəb olan məlum layihə qarşıdakı plenar iclasın gündəliyinə salınıb. Ermənistanın bu addımından sonra Rusiya Xarici İşlər Nazirliyinin reaksiyası gecikməyib. Rusiya XİN-i bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. İrəvan statutla bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb.