AMİP-30
a

KİV

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Onik Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə prezidentə göndərdiyi vəsatət Ermənistanda yeni siyasi gərginlik yaradıb. Bundan sonra Armen Sarkisyanın vəsatəti geri göndərməsi, baş nazirin isə qərarından əl çəkməməsi siyasi böhranı kritik həddə çatdırıb. Qarşı duran tərəflər öz tərəfdarları ilə mitinqlər keçirirlər.

Azərbaycan hökuməti işğaldan azad olunmuş Suqovuşan kəndindəki “Suqovuşan-1”, “Suqovuşan-2”, Laçın rayonunun Güləbird kəndindəki “Güləbird” su elektrik stansiyalarının işə salınması haqda informasiyalar yaydıqdan sonra ermənilər öz media resurslarında işğal edərək oraya xərc qoymaqlarından peşmançılıqlarını açıq ifadə etməyə başlayıblar.