AMİP-30
a

KİV

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində siyasi, iqtisadi və humanitar inteqrasiya proseslərinin sürətləndiyi bir dövrdə üzv ölkələrin siyasi partiyalarının Türk dünyası ilə əməkdaşlıq sahəsində fəaliyyət mexanizmləri də diqqət mərkəzinə çıxır. Qardaş Türkiyənin hakim partiyasında Türk dünyası ilə əlaqələrə cavabdeh ayrıca şöbənin fəaliyyət göstərməsi fonunda Azərbaycandakı siyasi partiyaların bu istiqamətdə hansı institusional imkanlara malik olduğu maraq doğurur. Azərbaycan partiyalarında Türk dünyası ilə bağlı ayrıca struktur bölmələrin olub-olmaması, eləcə də gələcəkdə belə qurumların yaradılması perspektivi ilə bağlı məsələni araşdırdıq. Modern.az-a açıqlamasında deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə gələcəkdə

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı mövqenin növbəti təsdiqidir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələrini və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəfləri əks etdirir. Beynəlxalq etimad Azərbaycanın əsas üstünlüklərindən biridir Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycanın ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib ki, Ermənistanın xalqımıza qarşı törətdiklərini heç vaxt unutmayacağıq, lakin gələcəyə baxmağı bacarmalıyıq: “Artıq təxminən bir ilə yaxındır ki, biz sülh şəraitində yaşayırıq və bunun müsbət nəticələrini görürük. Ermənistanın işğalçı qüvvələrinin xalqımıza və şəhərlərimizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə heyvan, o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz

Televiziya qarşısında keçirdiyimiz dəqiqələr, əslində, cəmiyyət olaraq maraqlarımızın, zövqümüzün və intellektual tələblərimizin aynasıdır. Son vaxtlar yerli efir məkanında aparılan islahatlar, bəzi qalmaqallı və sosial layihələrin qapadılması teleməkanın funksiyası ile bağlı müzakirələri yenidən alovlandırıb. Görəsən, hər gün cəmiyyətin problemlərini müzakirə edən, qanunlar təklif edən millət vəkillərimiz pultu əllərinə alanda özləri hansı verilişləri seçirlər? Onlar efirdə cəmiyyətin real mənzərəsini görə bilirlərmi? Modern.az olaraq deputatlar arasında sorğu keçirdik və onlardan hansı proqramları izlədiklərini, yerli televiziyaların mövcud vəziyyətini necə dəyərləndirdiklərini soruşduq. Məlum oldu ki, millət vəkilləri əyləncəli və şou xarakterli

“İslam İnkişaf Bankı və Azərbaycan arasındakı əməkdaşlıq ölkənin iqtisadi inkişafı və beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu təşkilatda 57 üzv dövlət birləşir:“Bu kontekstdə də Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığı İslam dünyasında iqtisadi əlaqələrin genişlənməsinə, yeni investisiyaların cəlb olunmasına və üzv ölkələrlə ticarət imkanlarının yaranmasına da çox böyük töhfədir. Eyni zamanda, bu işbirliyi digər beynəlxalq maliyyə institutları ilə də Azərbaycanın tərəfdaşlıq imkanlarını genişləndirmiş olur”. Millət

"Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".  Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib:  "Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır.  Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".  Prezident qeyd edib ki, bu, həm

Milli İrsin Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda ölkənin tanınmış elm, mədəniyyət və ictimaiyyət nümayəndələri ilə keçirilən silsilə görüşlər davam edir. Fondun növbəti görüşünün qonaqları filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Natəvan Dəmirçioğlu və Milli Məclisin deputatı, hüquqşünas Arzuxan Əlizadə olublar. AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində Fondun icraçı direktoru Pərviz Əmirov qonaqlara MİMTA Fondunun strateji fəaliyyət istiqamətləri, o cümlədən milli-mədəni irsimizin qorunması, tədqiqi və təbliği istiqamətində reallaşdırılan fundamental layihələr barədə ətraflı məlumat verib. Xüsusilə “MİMTA Yayımları”nın fəaliyyəti, o cümlədən Azərbaycanın mətbuat tarixində müstəsna yerə malik olan “Füyuzat”

Yayılan məlumatlara görə, Avropa İttifaqı Rusiyanın tətbiq etdiyi idxal məhdudiyyətlərinin təsirini kompensasiya etmək məqsədilə Ermənistana təcili ticarət dəstəyi paketi hazırlayır. Belə ki, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tətbiq olunan gömrük rüsumlarını azaltmağı nəzərdə tutan muxtar ticarət tədbirləri üzərində işləyir. Məlumata görə, Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən tədbirlər Rusiyanın qadağa tətbiq etdiyi təxminən 20 məhsul kateqoriyasının əksəriyyətini əhatə edəcək. Həmin məhsulların illik dəyəri təxminən 420 milyon avro təşkil edir. Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan

Azərbaycanda yas mərasimlərində ehsan verilməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu fonda bəzi vətəndaşlar hesab edirlər ki, toy mərasimlərində də müəyyən qaydaların tətbiqinə ehtiyac var. Xüsusilə, toy məclislərində baş verən insidentlər, dava-dalaşlar və digər xoşagəlməz halların qarşısının alınması üçün müxtəlif təkliflər səsləndirilir. Bununla ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, bu məsələ cəmiyyətdə geniş müzakirə olunur: “Azərbaycanın bir sıra rayonlarında və bu rayonların sayı getdikcə artır, yas mərasimlərində ehsan verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub. Başqa sözlə, yalnız çay süfrəsinin

Məktəbdə geyim qaydaları uzun illərdir təhsil mühitinin vacib elementlərindən biri hesab olunur. Şagirdlər üçün vahid məktəbli forması tətbiq edildiyi halda, müəllimlərin geyimi ilə bağlı standartların müəyyənləşdirilməsi məsələsi də zaman-zaman müzakirə mövzusuna çevrilir. Bəs müəllimlər üçün vahid və ya müəyyən çərçivələri olan geyim qaydalarının tətbiqi niyə vacibdir? Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, müəllimlərin standart geyimi ilə bağlı məsələ bir sıra ölkələrin təcrübəsində mövcuddur: "Xarici ölkələrdə bəzi ümumtəhsil və ali təhsil müəssisələrində müəyyən geyim standartları tətbiq olunur. Bu qaydalar əksər hallarda ümumi qanunvericiliklə deyil, həmin