AMİP-30
a

Author: admin_amip

NATO-nun Çevrilmə üzrə Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Vandye Rusiya ordusunun təhlükəliliyi barədə danışıb: “Biz rusiyalıların döyüş əməliyyatlarını aparma tərzində ciddi dəyişikliklər gördük. Rəqib artıq 2022-ci ildəki kimi deyil. Onlar hazırlıq keçiblər. Çoxlu sayda insan həlak olub. Onlar öyrənirlər, uyğunlaşırlar. Məsələn, siz “Geran” dronlarının timsalında görürsünüz ki, onlar yeni standartları çox fəal şəkildə tətbiq edirlər. Onlar təşəbbüskardırlar, kreativdirlər və məhz buna görə də təhlükəlidirlər. Bu səbəbdən biz onlardan daha üstün olduğumuzu nümayiş etdirməliyik”. Açıq görünür ki, NATO Rusiyanı praktik döyüş təcrübəsindən narahatdır. Həm də ilk dəfədir

"Xaricdə yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərən, ölkəmizdə barələrində hüquqi qərarlar qəbul edilmiş şəxslərlə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunmalıdır. Həmin şəxslərin beynəlxalq axtarışa verilməsi və barələrində müvafiq hüquqi prosedurların həyata keçirilməsi bu prosesin hüquqi əsaslarını təşkil edir. Onların Azərbaycana gətirilməsi və məhkəmə qarşısında cavab verməsi hüquqi prosedurlardan asılı olan məsələdir. Bu baxımdan, sözügedən şəxslərin gələcək taleyini siyasi bəyanatlarla deyil, hüququn və beynəlxalq əməkdaşlığın imkanları çərçivəsində qiymətləndirmək lazımdır. Türkiyə Azərbaycanın qardaş və strateji müttəfiqidir. Azərbaycanla Türkiyə arasında mövcud olan sıx münasibətlər, eləcə

"AKP hakimiyyətinin Türkiyədə 2002-ci ildən həyata keçirdiyi dəyişikliklər ölkədə birmənalı qarşılanmayıb. Dünyəvi dövlət tərəfdarları qardaş ölkənin siyasi, iqtisadi və sosial strukturuna əhəmiyyətli dərəcədə təsir göstərən bu dəyişikliklərə indi də müqavimət göstərirlər". Politoloq Əli Orucov bu barədə Redaktor.az-a açıqlamasında AKP hakimiyyətinin Türkiyədə təhsil, dövlət-din münasibətləri və ictimai həyat sahələrində həyata keçirdiyi dəyişikliklərin ölkənin dünyəvi dövlətçilik ənənələrinə təsirindən danışarkən bildirdi. O vurğuladı ki, iqtidar partiyası dini-ideoloji məsələləri ön plana çəkərək İslamı özünün əsas dayağı kimi götürür və dindən siyasi vasitə kimi istifadə edir: “Lakin son dövrlərdə proseslər o həddə çatıb

Bakıda avtomobil toqquşması nəticəsində səkidə hərəkət edən piyadanın həyatını itirməsinən səbəb olan qəza yol hərəkəti təhlükəsizliyi və mövcud infrastrukturun vəziyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib. Belə hadisələrin qarşısının alınması üçün piyadaların hərəkət etdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, səkilərin qoruyucu məhəccərlər və fiziki maneələrlə təchiz edilməsi, eləcə də qəza riskinin yüksək olduğu ərazilərdə əlavə tədbirlərin görülməsi vacib hesab olunur. Bəs Bakıda piyadaların təhlükəsizliyini artırmaq üçün yol infrastrukturunda hansı dəyişikliklərə ehtiyac var? Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda avtomobillərin toqquşması

20 oktyabr Zəngilan şəhəri günüdür. Bu tarixi gün Azərbaycan xalqının əzəmətli Qələbəsinin, şəhidlərimizin əbədi xatirəsinin və doğma torpaqlara qayıdışın simvoludur. Zəngilan qədim tarixi, zəngin mədəni irsi, təbii gözəllikləri və strateji coğrafi mövqeyi ilə seçilən torpaqdır. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çaylarının qovuşduğu bu ərazi əsrlər boyu Azərbaycan xalqının mədəniyyət, din və dövlətçilik tarixinin mühüm bir hissəsi olub. Zəngilanın tarixi abidələri, məscidləri, türbələri, ziyarətgahları və qədim yaşayış məntəqələri bu torpağın milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. 1993-cü ilin oktyabrında Zəngilan erməni işğalına məruz qaldı. İşğal illərində Zəngilanın tarixi-dini

Tələbələrin gündəlik xərclərinin artması və təhsil müddətində üzləşdikləri maddi çətinliklər tələbə təqaüdlərinin məbləği ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə, Bakıda ictimai nəqliyyatdan istifadə xərclərinin artması, universitetlərin yerləşdiyi ərazilərə gedib-gəlmək üçün bir neçə nəqliyyat vasitəsinə ehtiyac yaranması tələbələrin aylıq büdcəsinə təsirsiz ötüşmür. Təhsil alan gənclərin əhəmiyyətli hissəsi gündəlik ehtiyaclarını qarşılamaq üçün məhdud maliyyə imkanları ilə kifayətlənməli olur. Bu baxımdan, təqaüdlərin mövcud məbləğinin tələbələrin real ehtiyaclarına nə dərəcədə uyğun olduğu məsələsi də diqqət çəkir.Yaşayış xərclərinin yüksəlməsi fonunda tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və onlara göstərilən maliyyə dəstəyinin

Azərbaycanda vahid məktəbli  forması bağlı rəsmi qərar Türkiyədəki bəzi qüvvələrin "narahatlığına" səbəb oldu. Həmin qüvvələrin son günlər apardığı kampaniyalar isə ölkələr arasında süni gərginliyin yaranmasına gətirib çıxarıb. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin açıqlamalarından və sosial şəbəkələrdəki mübahisələrdən asılı olacaq qədər zəif deyil: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər əsrlərin sınağından çıxmış tarixi qardaşlıq, ortaq milli-mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Bu münasibətlər ayrı-ayrı şəxslərin açıqlamalarından, sosial şəbəkələrdə yayılan mübahisələrdən və müəyyən siyasi dairələrin mövqeyindən asılı olacaq

Bu gün bütün Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gündür. 35 il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar əsrlər boyu azadlıq arzusu ilə yaşayan, milli iradəsini və dövlətçilik əzmini qoruyub saxlayan xalqımızın mübarizəsinin təntənəsi idi. Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix