Afsəddin Nəbiyev: “Rusiya belə gülünc metodları təkcə Ermənistanda tətbiq etmir”
Rusiyada erməni konyakı standartlara uyğun gəlmir. Rusiyada satışda olan erməni mənşəli konyakların 85%-ə qədəri ölkənin qaydalarına və dövlət standartlarına (GOST) uyğun gəlmir. Bu barədə “Soyuzkonyak” və “Antikontrafakt” təşkilatlarının birgə araşdırmasında deyilir. Ekspertlər bildiriblər ki, bəzi erməni istehsalçıları Rusiya bazarına göndərilən məhsullara süni aromatizatorlar əlavə edir, təxminən 50%-i isə üzüm mənşəli olmayan spirtlərdən istifadə edir. Araşdırma nəticələrinə görə, bu cür məhsulların “konyak” adlandırılması qanunvericiliyə ziddir və istehlakçıların aldadılması deməkdir. O da məlumdur ki, Rusiyanın Ermənistana iqtisadi nöqteyi-nəzərdən təzyiq rıçaqları, siyasi, hərbi təzyiq imkanlarından daha böyükdür. Ancaq indiyə
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA!
Azərbaycan mətbuatının tanınmış siması, jurnalistika sahəsində peşəkarlığı, prinsipiallığı və milli maraqlara sədaqəti ilə seçilən Aydın Quliyevi Milli İstiqlalçılar adından 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!Hörmətli Aydın bəy!Siz uzun illərdir ki, ölkəmizin informasiya məkanında sözün gücünü, jurnalistikanın cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu davamlı fəaliyyətinizlə sübut etməkdəsiniz.Rəhbərlik etdiyiniz media qurumu peşəkar jurnalistlər üçün nümunə olmaqla yanaşı, çoxsaylı oxucularınız üçün də etibarlı informasiya mənbəyidir.Hörmətli Aydın bəy!Bu əlamətdar gündə Sizi bir daha təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıram!Qələminiz iti, sözünüz kəsərli,
AMİP-in dövlət qeydiyyatına alınmasının 33-cü ildönümü qeyd olunub.
17 iyul 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk növbədə partiyanın dövlət qeydiyyatına alınmasının 33-cü ildönümü (17 iyul 1992) qeyd olunub.Tədbirdə Partiyanın Sədri, millət vəkili Arzuxan Əlizadə AMİP fəxri lideri Etibar Məmmədovun təbriklərini iclas iştirakçılarının diqqətinə çatdırıb. 33 il əvvəl bu günkü gün AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatı olaraq tarixə düşüb və bununla da ölkədə çoxpartiyalı sistemin əsası qoyulub. AMİP sədri bu münasibətlə partiya üzvlərini təbrik edərək, partiyanın keçdiyi tarixi yol və
Bu cür yerlərdə uşaqların çimməyinin qarşısı alınmalıdır – Deputat
“Təəssüflər olsun ki, hər il yay mövsümündə kanallarda, müxtəlif su hövzələrində, eləcə də Xəzər dənizində boğulma halları olur. Hər il mövsüm başlamamışdan əvvəl dövlət qurumları, xüsusən FHN bununla bağlı əhaliyə çağırış edir, xəbərdarlıqlar edilir. Qadağan olunmuş ərazilərdə, su hövzələrində, kanallarda çimməyin qadağan olunduğu və bu qadağalara riayət edilməsinin vacibliyi vurğulanır. Amma təəssüf ki, bu hallar nəinki azalmır, daha da artır”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, bu, əslində vətəndaş məsuliyyətsizliyidir: “Daha çox uşaqlar, yeniyetmələr bu halların qurbanına çevrilirlər. Ona görə ilk növbədə
Rəşad Bayramov: “Rusiya, birbaşa olmasa da, dolayı vasitələrlə bu prosesi pozmağa çalışacaq”
Məlum olduğu kimi, ABŞ Ankaradakı səfiri Tomas Barak vasitəsilə Zəngəzur dəhlizini öz nəzarətinə götürmək iddialarını ortaya qoyub. Tom Barak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazırdır. Diplomatın sözlərinə görə, Ağ Ev 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib. O da məlumdur ki, Zəngəzur dəhlizinin hər hansı ölkəyə icarəyə verilməsi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın faktiki ləğv edilməsidir. Rusiya bunu necə qarşılayacaq? Moskva hələlik buna münasibət bildirməyib, amma sözügedən məsələ reallaşarsa, Rusiyanın
Arzuxan Əlizadə: “Deputat da insandır, əsəbi ola bilər, amma…”
"Vəziyyəti sakitləşdirmək əvəzinə, gərginliyi daha da artırmaq deputatın əsəblərinin yerində olmadığından xəbər verir". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Gürcüstan parlamentinin Azərbaycan əsilli deputatı Ceyhun Çovdarovun seçicilərlə görüş zamanı onlara münasibətdə sərgilədiyi aqressiv hərəkəti şərh edərkən deyib. "Gürcüstanda baş verən insidentlə bağlı məlumatım var. Təbii ki, ictimai yerdə deputat, dövlət qulluqçusu və ya sıravi vətəndaş olmağından asılı olmayaraq, aqressiv hərəkətlərə yol vermək heç kəsə yaraşan iş deyil", deyə Arzuxan Əlizadə bildirib. Həmsöhbətimiz qeyd edib ki, deputat və dövlət qulluqçuları digər vətəndaşlara öz davranışları ilə nümunə
Güvən və etimad mühiti güclənir
Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin növbəti səfəri iyulun 10-da Ağdam şəhərinə təşkil olunub. Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir. Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu təcrübə Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və fəal şəkildə dəstəklənir. Dialoq mühiti siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir. Son illər ərzində Ağdam, Şuşa (2 dəfə), Zəngilan (2 dəfə), Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla təşkil olunmuş bu cür səfərlər artıq müsbət demokratik
“Zəngəzur dəhlizinə nəzarət uğrunda regional bir savaşın da ortada olması reallıqdır”
“Azərbaycan prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri arasında növbəti ikitərəfli görüş keçirildi. Məlum olduğu kimi, görüş Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində reallaşıb. Dünənki görüşü digər görüşlərdən fərqləndirən əsas cəhətlərdən biri, görüşün çox uzunmüddətli olması idi. Təxminən beş saat ərzində müxtəlif məsələlər müzakirə olunub. Mətbuata açıqlanan məsələlər var. Təbii ki, mətbuat üçün hələ geniş ictimaiyyət üçün hələ açıqlanması lazım bilinməyən tərəflər də olmamış deyil. İstənilən halda məlumdur ki, sülh danışıqları aparılıb. Sülh sazişi müqaviləsinin bağlanması istiqamətində atılan addımlar növbəti dəfə müzakirə edilib. Xüsusilə də,