AMİP-30
a

KİV

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın keçirilməsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə və ekoloji dayanıqlılıq istiqamətində apardığı siyasətin davamlılığını göstərən mühüm təşəbbüsdür. Belə tədbirlərin əsas əhəmiyyəti yalnız müzakirələrin aparılması ilə məhdudlaşmamalı, burada səsləndirilən təkliflərin konkret layihələrə və praktiki addımlara çevrilməsi ilə ölçülməlidir. COP29-dan sonra Azərbaycanın iqlim gündəliyində fəal mövqeyini qoruması baxımından Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün də əhəmiyyətli platformadır”. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib. O deyib ki, şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin qorunması və artırılması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi kimi

Rusiya-Ukrayna münaqişəsinin həlli üçün diplomatik təmasların intensivləşdiyi vaxtda Brüssel Kiyevə hərbi dəstəyi gücləndirir. Ukrayna müttəfiqlərinin dəstəyi və Avropa İttifaqının krediti hesabına ABŞ istehsalı “Patriot” sistemləri üçün təxminən 1000 raketin tədarükünü müqavilələşdirir. Lakin müdafiə naziri Yevgeni Xmara bildirib ki, raketlərin böyük hissəsinin çatdırılması daha sonrakı illərə düşür və Ukraynanın hazırda əsas ehtiyacı məhz mövcud ehtiyatlardan təcili surətdə əlavə raketlərin əldə edilməsidir. Bu arada, Almaniya Ukraynaya əlavə “Patriot” raketləri göndərməyə hazırlaşır. Berlin xüsusilə qış aylarında Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna hava hücumlarını artıracağından ehtiyat edir.

Məlum olduğu kimi, Birləşmiş Ştatlar prezidenti Donald Trampın bir sıra səylərinə baxmayaraq, nə İranla müharibədə ciddi nəticə əldə etdi, nə də Rusiya-Ukrayna müharibəsini dayandıra bildi. Bu tərəfdən də noyabrda Konqresə keçiriləcək aralıq seçkiləri yaxınlaşır və seçkiyə heç bir uğur əldə etmədən getmək məğlubiyyət vəd edir. Belə bir vaxtda Birləşmiş Ştatlar bütün imkanlarını səfərbər edib Azərbaycanla Ermənistan sülh sazişinin imzalanmasını tezləşdirə və təmin edə bilərmi? Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sülh sazişinin paraflanması Trampın iştirakı ilə 2025-ci ilin avqustunda Vaşinqtonda baş tutub. Bu baxımdan

Tehran gözlənilmədən Ermənistanın Baş naziri Nikol Paşinyana "Tramp Yolu" ilə bağlı yeni, sərt şərtlər təqdim edib. İran hakimiyyəti TRIPP-in təhlükəsizliyinin ya yalnız Ermənistan silahlı qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib (görünür, Rusiya silahlı qüvvələrini nəzərdə tutur). Erməni mənbələrinə görə, Tehran bununla sərhədlərində Amerika qoşunlarının mövcudluğunun qarşısını almağa çalışır. Əks halda, artan münaqişə kontekstində iranlılar amerikalı hərbçilərini qanuni hədəf hesab edəcəklər. Bu isə İrəvanın onsuz da "iflic" vəziyyətində olan xarici siyasət layihəsinin həyata keçirilməsini ciddi şəkildə

Paytaxtda nəqliyyat sıxlığının azaldılması istiqamətində rəqəmsal texnologiyalardan istifadə və yol hərəkətinin daha səmərəli idarə olunması aktuallığını qoruyur. Xüsusilə ağıllı svetofor sistemlərinin tətbiqi nəqliyyat axınının daha çevik tənzimlənməsinə imkan yarada bilər. Nəqliyyat axınının real vaxt rejimində izlənilməsi və svetoforların avtomatik tənzimlənməsi şəhər yollarında sıxlığın azaldılmasına, sürücülərin gözləmə müddətinin qısaldılmasına və hərəkətin daha optimal təşkilinə kömək edə bilər. Bununla yanaşı, belə sistemlərin effektivliyi üçün infrastrukturun yenilənməsi, ictimai nəqliyyatın inkişafı və yol hərəkətinin kompleks şəkildə idarə olunması da vacib hesab olunur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə

“Yağıntıların güclü olması, əlbəttə ki, müəyyən çətinliklər yarada bilər. Lakin hər dəfə qısa müddətli güclü yağışdan sonra eyni küçə və yolların su altında qalması, nəqliyyatın iflic olması artıq məsələyə yalnız təbii fəlakət prizmasından yanaşmağın doğru olmadığını göstərir. Əgər eyni problem hər il, hətta hər güclü yağış zamanı təkrarlanırsa, burada şəhər infrastrukturunun, xüsusilə yağış sularının idarə olunması və drenaj sisteminin vəziyyətini ciddi şəkildə təhlil etmək lazımdır”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə deyib. Deputatın sözlərinə görə, problemin həlli üçün ilk növbədə şəhərin yağış sularının

Vətəndaşların deputatlara müraciətlərində əsasən sosial xarakterli problemlər üstünlük təşkil edir. Bunu Avantaj.media-ya açıqlamasında deputat Arzuxan Əlizadə bildirib. Deputat qeyd edib ki, xüsusilə işsizlik, məşğulluğun təmin olunması, sosial təminat, maddi çətinliklər, mənzil məsələləri və müxtəlif sosial xidmətlərlə bağlı müraciətlər kifayət qədər çoxdur. Onun sözlərinə görə, vətəndaşlar bəzən aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini, lakin problemlərinin həlli ilə bağlı konkret nəticə əldə edə bilmədiklərini bildirirlər. “İşsizliklə bağlı müraciətlər isə xüsusi diqqət çəkir. Xüsusilə regionlarda yaşayan vətəndaşlar üçün daimi və gəlir gətirən iş yerlərinin yaradılması, gənclərin əmək bazarına inteqrasiyası və peşə bacarıqlarına

“Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə fəal mövqeyini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.  O, İqlim Fəaliyyəti Həftəsinin paytaxtımızda keçirilməsinin əhəmiyyətindən danışıb:“Belə bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın COP29-dan sonra da qlobal iqlim gündəliyində fəal iştirak etdiyini göstərir. Bu baxımdan İqlim Fəaliyyəti Həftəsi həm ölkəmizin təcrübəsinin bölüşülməsi, həm də yeni təşəbbüslərin müzakirəsi üçün mühüm platformadır. Xüsusilə yaşıl enerji, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi

“Cıdır düzü və onun ətrafındakı sıldırım qayalıqlar Azərbaycan xalqının yaddaşında sadəcə təbiət mənzərəsi kimi deyil, Şuşanın tarixini və qəhrəmanlıq salnaməsini özündə yaşadan müqəddəs məkanlardan biri kimi qorunur. Bu ərazilərdə müxtəlif yazıların yazılması, qayaların üzərinin korlanması və mədəni irsimizə hörmətsiz münasibət göstərilməsi qəbuledilməzdir”. Bu sözləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Patrul.az-a açıqlamasında Şuşada bəzi turistlərin qaya və daşların üzərinə yazılar yazmasına kəskin etirazını bildirərkən deyib. Millət vəkili ölkəmizdə olan və ölkəmizə gələn xarici vətəndaşlara da çağırış edərək, onları tarixi abidələrimizə və mədəniyyətimizə hörmətlə yanaşmağa çağırıb: “Əməlin xarici vətəndaşlar tərəfindən

Xəbər verdiyimiz kimi, Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) 2 saylı enerji bloku 153 günlük planlı təmirdən sonra yenidən istismara verilərək ölkənin vahid enerji sisteminə qoşulub.  Rəsmi İrəvan bunu enerji təminatı baxımından mühüm addım kimi təqdim etsə də, Azərbaycanın illərdir səsləndirdiyi təhlükəsizlik və ekoloji narahatlıqlar fonunda stansiyanın fəaliyyəti yenidən regionda nüvə təhlükəsizliyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, "Metsamor" Atom Elektrik Stansiyasının yenidən fəaliyyətə başlaması Azərbaycan üçün ciddi narahatlıq doğuran məsələdir: “Çünki söhbət yalnız Ermənistanın enerji təminatından deyil, köhnəlmiş nüvə