Dövlət Bağçalı Azərbaycana gəlir: Dünyaya hansı mesajları verəcək?
Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı partiya sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib. O qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır: “Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək”. Bu baxımdan, səfərin hansı siyasi və strateji nəticələrə yol aça biləcəyi də maraq doğurur. Bəs bu səfər fonunda iki ölkə arasında hansı məsələlərin müzakirəsi gözlənilir? Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının
Arzuxan Əlizadə: “İlk növbədə, bu, daxili auditoriyaya hesablanmış informasiya siyasətinin tərkib hissəsi ola bilər”
“Sputnik Ermənistan” iddia edir ki, peyk görüntülərinə görə, guya Azərbaycan Silahlı Qüvvələri 2024–2026-cı illər ərzində Sünik (Zəngəzur) regionundakı Sev göl (Qaragöl) və Cermuk (İstisu) istiqamətlərindəki mövqelərdə genişmiqyaslı mühəndislik və möhkəmləndirmə işləri aparıb. Guya "Sentinel-2" peyk tərəfindən çəkilmiş müvafiq dövrlərə aid (iyul 2024 və sentyabr 2026) görüntülərin müqayisəsi nəticəsində ərazidəki dəyişikliklər qeydə alınıb. Ermənistanın səsləndirdiyi iddialar konkret faktlara əsaslanır, yoxsa sərhədin müəyyənləşdirilməsi prosesini Azərbaycanın ərazi genişləndirməsi kimi təqdim etməyə çalışır? Ekspertlərə görə, Ermənistanın səsləndirdiyi iddialar konkret faktlara əsaslanmır və hansısa sərhəd hərəkətlərini Azərbaycanın yeni ərazilər ələ keçirməsi kimi
Jurnalistləri döyənləri hansı məsuliyyət gözləyir? – Deputatdan AÇIQLAMA
Son bir həftə ərzində Azərbaycanda jurnalistlərin iki ayrı hadisədə fiziki zorakılığa məruz qalması media ictimaiyyətində narahatlıq yaradıb. Baş verənlər jurnalistlərin təhlükəsizliyi, peşə fəaliyyətinə müdaxilə və cəmiyyətdə media nümayəndələrinə münasibət məsələlərini yenidən gündəmə gətirib. Bəs son dövrlər jurnalistlərə qarşı zorakılıq hallarının artması nə ilə bağlıdır? Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, jurnalistlərə qarşı fiziki zorakılıq hallarının baş verməsi, ilk növbədə, cəmiyyətdə narahatlıq doğuran və ciddi şəkildə pislənilməli olan hadisələrdir: “Jurnalist öz peşə fəaliyyətini həyata keçirərkən hər hansı təzyiqə, təhdidə və fiziki müdaxiləyə məruz qalmamalıdır. Media
Ombudsman postuna 3 namizəd: Arzuxan Əlizadə də mövqeyini açıqladı
Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclasda Ombudsman vəzifəsinə təqdim edilmiş üç namizədin namizədliyi müzakirə olunub. İclası açan komitə sədri Zahid Oruc Azərbaycan Respublikasının Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizədin təqdim edildiyini bildirib. Namizədlər hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevadır. İclasda çıxış edən Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə və komitənin digər üzvləri müzakirə olunan məsələ ilə
Arzuxan Əlizadə: “Atəşkəs müvəqqəti sakitlik deyil, müharibənin siyasi-diplomatik yolla həllinə aparan mexanizm olmalıdır”
Ukrayna prezidenti Volodimir Zelenskinin hazırkı cəbhə xətti boyunca atəşkəs elan edilməsi təklifi Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Təklifin qəbul edilməsi hərbi əməliyyatların intensivliyini azalda, tərəflər arasında danışıqlar üçün şərait yarada və münaqişənin siyasi-diplomatik yolla həlli imkanlarını genişləndirə bilər. Bununla belə, cəbhə xəttində atəşin dayandırılması müharibənin başa çatması və ya ərazi məsələlərinin həlli demək deyil. Əsas sual Rusiyanın belə bir razılaşmaya nə dərəcədə hazır olması, atəşkəsin hansı şərtlərlə həyata keçiriləcəyi və tərəflərin razılaşmaya əməl etməsinə necə təminat veriləcəyidir. Zelenskinin təklifi qəbul olunarsa,
Deputat: İcra hakimiyyətləri balanslarına verilən yaşıllıqların qorunmasına görə məsuliyyət daşıyırlar
Azərbaycanda bəzi magistral yolların kənarında yerləşən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarılaraq yerli icra hakimiyyətlərinin balansına verilib. Lakin bu dəyişiklikdən sonra həmin ərazilərdə yaşıllıqlara qulluq və ağacların mühafizəsi ilə bağlı problemlərin olduğu bildirilir. Bir sıra yolkənarı ərazilərdə ağacların quruması, vaxtında suvarılmaması və lazımi aqrotexniki qulluq göstərilməməsi yaşıllıqların vəziyyəti ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, ağacların idarə edilməsinin yerli icra hakimiyyətlərinə verilməsinin nəticələri, qurumların məsuliyyəti və mövcud problemlərin həlli məsələsi aktuallaşır. Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, magistral yolların kənarında yerləşən
Afsəddin Nəbiyev: “Bu, Azərbaycana öz mövqeyini daha geniş auditoriyaya çatdırmaq üçün əlavə imkanlar yaradır”
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanın iki mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşması bizə göstərilən hörməti nümayiş etdirir: “Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız
Arzuxan Əlizadə Ombudsman aparatından danışdı: “Müraciətlər get-gedə artır”
"Ölkə vətəndaşlarının Ombudsman aparatına müraciətləri get-gedə artır. Bu da təsisata olan etimadın göstəricisidir". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında komitənin sədr müavini, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, ölkə daxilində Ombudsman aparatına müraciət edən vətəndaşların məmnunluğu məsələsində, eyni zamanda bu institutun beynəlxalq əlaqələrinin genişlənməsi də rol oynayır: "Digər məsələlərlə bağlı da deyə bilərəm ki, təsisatın son illərdə insanların etimadı baxımından çəkisi də xeyli artıb. Bu baxımdan, mən digər namizədlərə də uğurlar arzu edirəm, lakin Səbinə Əliyevanın namizədliyini dəstəkləyəcəyəm".
Orbandan sonra Vuçiç: Rusiyanın Avropadakı siyasi dayaqları sıradan çıxır?
Serbiyada Aleksandr Vuçiçin hakimiyyətinin sona çatması ilə bağlı yayılan məlumatlar ölkənin siyasi gələcəyi və Rusiyanın Avropadakı tərəfdaşları ilə münasibətləri ətrafında müzakirələri gücləndirir. Tələbə etirazlarının siyasi proseslərə təsiri və Moskva ilə yaxın əlaqələri olan liderlərin üzləşdiyi çətinliklər Avropada geosiyasi münasibətlərin dəyişməsi baxımından diqqət çəkir. Serbiyada tələbə etirazlarının siyasi nəticələri ölkənin xarici siyasət kursuna və Rusiya ilə münasibətlərinə necə təsir göstərə bilər? Viktor Orban və Aleksandr Vuçiçlə bağlı iddialar fonunda Rusiyanın Avropadakı siyasi təsir imkanlarının zəiflədiyini demək olarmı, yoxsa bu prosesləri ayrı-ayrı ölkələrin daxili siyasi dinamikası ilə izah
Rəşad Bayramov: “Sanksiyalar bir çox hallarda konkret siyasi məqsədlərə uyğun hazırlanır”
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da aparacağıq: “İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət